Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1545/2024 21.11.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdehnə qarşı “cavabdehdən 5890.56 manat əsas borc, 2391.34 manat cərimə olmaqla, ümumilikdə 8281.9 manat pul vəsaitinin və 102.92 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı “cavabdehdən 5890.56 manat əsas borc, 2391.34 manat cərimə olmaqla, ümumilikdə 8281.9 manat pul vəsaitinin və 102.92 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə MPL-6 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə ödənilməmiş 5890.56 manat əsas borcu yaranmışdır. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər arasında xx.xx.2023-cü il tarixli MPL-6 nömrəli alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, satıcı əlavələrdə göstərilən məhsulları alıcıya satmağlı, alıcı isə həmin məhsulların dəyərini bu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. 2.2-ci bəndinə əsasən sifarişin dəyəri tam olaraq ödənildikdən sonra mallar alıcıya təhvil verilir. 3.1-ci bəndinə əsasən mallar alıcı tərəfindən sifariş olunduqdan və satıcı tərəfindən həmin sifariş qəbul edildikdən sonra satıcı alıcıya elektron qaimə təqdim etməli və alıcı sifariş məbləğinin ödənişini mallar təhvil alındıqdan sonra 15 təqvim günü müddətində Azərbaycan manatı və köçürmə yolu ilə etməlidir. 5.1-ci bəndinə əsasən alıcı müəyyən edilmiş qaydada ödənişi etmədikdə satıcı alıcıdan hər gün üçün çatdırılmayan malların dəyərinin 0.1% həcmində cərimə tələb etmək hüquqna malikdir. 9.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 1 il müddətində qüvvədə qalır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 5890.56 manat dəyərində mallar cavabdehə təhvil verilmiş və sənədə cavabdeh tərəfindən imza edilməklə təsdiq edilmişdir. Eyni zamanda məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli elektron-qaimədən də göründüyü kimi 5890.56 manat dəyərində mallar cavabdehə satılmışdır. Bundan başqa xx.xx.2024-cü il tarixli maliyyə arayışı məhkəməyə təqdim edilmiş və həmin arayışda cavabdehin 5890.56 manat əsas və 406 gün gecikmə üçün hesablanmış 2391.34 manat cərimə borcunun mövcud olduğu göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 5890.56 manat dəyərində mallar cavabdehə təhvil verilmiş və sənədə cavabdeh tərəfindən imza edilməklə təsdiq edilmişdir. Əlavə olaraq müqavilə şərtlərinin dəqiqləşdirilməsi məqsədi ilə məhkəmə tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli sorğu ünvanlanmış, və xx.xx.2024-cü il tarixli cavab məktubunda iddiaçı bildirmişdir ki, müqavilənin 2.2-ci bəndi yanlışlıqla qeyd edilmişdir, cavabdehə 4 çeşiddə mallar satılmış və bunun qarşılığı olaraq heç bir ödəniş edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdeh xx.xx.2024-cü il tarixdə rəsmi qaydada bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı cavabdeh əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara alqı-satqı müqaviləsi, maliyyə arayışı, elektron-qaimə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023cü il tarixdə MPL-6 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı əlavələrdə göstərilən məhsulları alıcıya satmağlı, alıcı isə həmin məhsulların dəyərini bu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmiş, cavabdeh tərəf isə öz öhdəliklərini yerinə yetirməmişdir. Bu səbəbdən də cavabdehin ödənilməmiş əsas və cərimə borcu qalmışdır. Məhkəmə iddia tələbinin “5890.56 manat əsas borcun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli maliyyə arayışı məhkəməyə təqdim edilmiş və həmin arayışda cavabdehin 5890.56 manat əsas borcunun mövcud olduğu göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 5890.56 manat dəyərində mallar cavabdehə təhvil verilmiş və sənədə cavabdeh tərəfindən imza edilməklə təsdiq edilmişdir. Eyni zamanda məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli elektron-qaimədən də göründüyü kimi 5890.56 manat dəyərində mallar cavabdehə satılmışdır. Tqdim edilmiş iş materiallarından da görünür ki, iddiaçı tərəfindən cavabdehə 5890.56 manat dəyərində mallar verilmiş, lakin bunun qarşılığında cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Bu səbəbdən də 5890.56 manat əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin “2391.34 manat məbləğində cərimə borcunun tutulması”na münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinə əsasən alıcı müəyyən edilmiş qaydada ödənişi etmədikdə satıcı alıcıdan hər gün üçün çatdırılmayan malların dəyərinin 0.1% həcmində cərimə tələb etmək hüquqna malikdir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 239 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd olunanlara, əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 102.92 manat dövlət rüsumu ödənildiyindən və iddia əsas məbləğə münasibətdə tam təmin edildiyindən, məhkəmə hesab edir ki, dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən 5890.56 manat əsas borc, 239 manat cərimə borcu və 102.92 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim : Mübariz Hüseynov