Məhkəmə qərarları › İş №e-2-2(117)-1561/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1561/2024

19.12.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1561/2024 19.12.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Səmədov Rüfət Rasim oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı "X1 Təmir Quraşdırma-Sazlama İdarəsinin” dövlət büdcəsinə olan 18387.34 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1947.09 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 12151.97 manat və İşsizlikdən Sığorta Fonduna olan 487.41 manat borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri kimi Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AZE*******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Vergi ödəyicisi olan hüquqi şəxs öhdəliklərini yerinə yetirmədiyindən, "X1 Təmir Quraşdırma-Sazlama İdarəsinin” dövlət büdcəsinə 18387.34 manat, İcbari Tibbi Sığorta Fonduna 1947.09 manat, Dövlət Sosial Müdafiə Fonduna 12151.97 manat və İşsizlikdən Sığorta Fonduna 487.41 manat borcu yaranmışdır. Hüquqi şəxsin qeydiyyat sənədlərinə əsasən, Maraqlı şəxs X1 Təmir Quraşdırma- Sazlama İdarəsinin icra orqanının rəhbəridir. Borcun ödənilməsi təmin edilmədiyindən ərizəçi hazırkı tələblə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, X1 Təmir Quraşdırma-Sazlama İdarəsinin dövlət büdcəsinə 18387.34 manat, İcbari Tibbi Sığorta Fonduna 1947.09 manat, Dövlət Sosial Müdafiə Fonduna 12151.97 manat və İşsizlikdən Sığorta Fonduna 487.41 manat borcu vardır. Bu səbəbdən qeyd olunan borc məbləğinin ödənilməsinin təmin edilməsi üçün hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin struktur vahidləri üzrə idarəetmənin təkmilləşdirilməsi və səmərəliliyin artırılması tədbirləri barədə” Azərbaycan X6 Agentliyinin xx.xx.2024-cü il tarixli 13-4/3-1-24Ü/2024 nömrəli Əmrindən göründüyü kimi Bakı X1 Təmir-Quraşdırma və Sazlama İdarəsi X4 İdarəsinə (Abşeron SSİ hüquqi varis elan olunmaqla) birləşdirilmiş və idarələr üzrə işçilərin yerləşdirilməsi, əmlakın səmərəli istifadəsi məqsədilə bölgüsü, birləşmə ilə bağlı müvafiq dövlət qurumlarının məlumatlandırılması və əmrin icrasından irəli gələn məsələlərin həlli ilə bağlı müvafiq tapşırıq verilmişdir. Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-2-9/2-63382/2024 nömrəli məktubla Şəki Kommersiya Məhkəməsinin sorğusuna cavab olaraq bildirilmişdir ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən X2 Təmir Quraşdırma-Sazlama İdarəsi Azərbaycan X6 Agentliyinin xx.xx.2024-cü il tarixli əmri ilə X5 Sistemlərinin İstismarı İdarəsinə qoşularaq ləğv prosesinə daxil edilmişdir. Bundan əlavə olaraq X2 Təmir Quraşdırma-Sazlama İdarəsi ləğv olunduğu tarixdən Maraqlı şəxs direktor vəzifəsindən azad edilmiş hesab ediləcəkdir. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-2-1/2-7753/2024 nömrəli məktubla Şəki Kommersiya Məhkəməsinin sorğusuna cavab olaraq bildirilmişdir ki, dövlət reyestrində X2 Təmir Quraşdırma-Sazlama İdarəsinin xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına keçməsi və Azərbaycan Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli əmrinə əsasən X5 Sistemlərinin İstismarı İdarəsinə qoşulması barədə məlumat mövcuddur. Hazırda həmin idarənin qeydiyyatının ləğv edilməsi ilə bağlı vergi inzibatçılığı tədbirləri davam etdirilir. Azərbaycan Meliorasiya və X7 Səhmdar Cəmiyyətinin Maraqlı şəxs barədə 16 nömrəli əmrində qeyd edilmişdir ki, Bakı X1 Təmir-Quraşdırma və Sazlama İdarəsinin rəisi, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin a-bəndinə (idarənin ləğvi) əsasən 04 aprel 2024-cü il tarixdən tutuduğu vəzifədən azad edilsin, onunla bağlanılmış xx.xx.2005-ci il tarixli əmək müqaviləsinə xitam verilsin. Eyni zamanda, iş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından da müəyyən edilir ki, Azərbaycan X6 Agentliyinin xx.xx.2024-cü il tarixli əmri və Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC-nin xx.xx.2024-cü il tarixli əmrlərinin icrasının təmin edilməsi məqsədi ilə Bakı İxtisaslaşdırılmış Elektirik Avadanlıqlarının təmir Quraşdırma- Sazlama İdarəsinə aid adları göstərilən sənədlər (1 ədəd möhür, 1 ədəd ştamp, nizamnamə, şəhadətnamə, VÖEN, elektron imza kartı) X4 İdarəsinə təhvil verilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, X1 Təmir Quraşdırma-Sazlama İdarəsinin icra orqanının rəhbəri Maraqlı şəxsdur. Maraqlı şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, X1 Təmir Quraşdırma-Sazlama İdarəsi hazırda fəaliyyər göstərmir. Əvvəllər həmin idarənin rəhbəri olmuşdur. Lakin daha sonra idarə ləğv edilib başqa idarəyə birləşdirilib. Hazırda təqaüddədir və müəssisənin rəhbərliyindən çıxıb. Həmçinin arvadının səhhəti ilə bağlı problemlərinin olduğu, bu səbəbdən başqa ölkəyə getmə ehtimalının olmasını bildirmişdir. Ölkədən getmək hüququ məhdudlaşdırılarsa, hüquqlarının pozulacağını bildirmiş və məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, ərizəçi tərəf məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən, işə ərizəçi tərəfin iştirakı olmadan baxmışdır. Tərəflər iş materiallarını məhkəməyə təqdim etmişdir. Həmin materiallara: Vergi ödəyiciləri olan hüquqi şəxsin şəxsi hesab vərəqəsi, bildiriş, xəbərdarlıq, məktublar, əmrlər və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə maraqlı şəxsin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək sığortaçının vəzifəsidir. 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənlərin vəzifələridir. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-5.2.2-ci maddəsinə əsasən sığorta haqlarını vaxtında və tam həcmdə ödəmək icbari tibbi sığorta üzrə sığortalıların vəzifəsidir. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.2 və 6.2.3cü maddələrinə əsasən, işçilərini işsizlikdən sığorta etdirmək və “İşsizlikdən sığorta” haqqında Qanunu ilə müəyyən edilmiş qaydada, məbləğdə və vaxtda sığorta haqqını sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, vergi ödəyicisi olan hüquqi şəxs öhdəliyini yerinə yetirmədiyindən, "X1 Təmir Quraşdırma-Sazlama İdarəsinin” dövlət büdcəsinə 18387.34 manat, İcbari Tibbi Sığorta Fonduna 1947.09 manat, Dövlət Sosial Müdafiə Fonduna 12151.97 manat və İşsizlikdən Sığorta Fonduna 487.41 manat borcu yaranmışdır. Məhkəməyə təqdim olunmuş Azərbaycan X6 Agentliyinin xx.xx.2024-cü il tarixli 13- 4/3-1-24Ü/2024 nömrəli əmrindən aydın olur ki, Bakı X1 Təmir-Quraşdırma və Sazlama İdarəsi X4 İdarəsinə (Abşeron SSİ hüquqi varis elan olunmaqla) birləşdirilmişdir. Həmin hal Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024cü il tarixli 3-21-2-9/2-63382/2024 nömrəli məktubu və AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli 3-21-2-1/2-7753/2024 nömrəli məktub ilə də öz təsdiqini tapmışdır. Həmin məktubların məzmununda qeyd edilmişdir ki, X2 Təmir Quraşdırma-Sazlama İdarəsi ləğv prosesinə daxil edilmiş və bundan əlavə olaraq həmin idarə ləğv olunduğu tarixdən Maraqlı şəxs direktor vəzifəsindən azad edilmiş hesab ediləcəkdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş Azərbaycan Meliorasiya və X7 Səhmdar Cəmiyyətinin Maraqlı şəxs barədə 16 nömrəli əmrindən görünür ki, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin a-bəndinə (idarənin ləğvi) əsasən 04 aprel 2024-cü il tarixdən tutuduğu vəzifədən azad edilmişdir. Maraqlı şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, X1 Təmir Quraşdırma-Sazlama İdarəsi hazırda fəaliyyət göstərmir. Əvvəllər həmin idarənin rəhbəri olmuşdur. Lakin daha sonra idarə ləğv edilib başqa idarəyə birləşdirilib. Hazırda təqaüddədir və müəssisənin rəhbərliyindən çıxıb. Həmçinin arvadının səhhəti ilə bağlı problemlərinin olduğu, bu səbəbdən başqa ölkəyə getmə ehtimalının olmasını bildirmişdir. Ölkədən getmək hüququ məhdudlaşdırılarsa, hüquqlarının pozulacağını bildirmiş və məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən iş materiallarına münasibətdə qeyd edir ki, hazırkı işdə ərizəçi vergi ödəyicisi olan X1 Təmir Quraşdırma-Sazlama İdarəsinin dövlət büdcəsinə və müvafiq fondlara yaranan vergi borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının ölkədən getmək hüququnun müvvəqəti məhdudlaşdırılmasını məhkəmədən xahiş edir. Lakin iş materiallarından da göründüyü kimi vergi ödəyicisi olan hüquqi şəxs Azərbaycan X6 Agentliyinin xx.xx.2024-cü il tarixli 13-4/3-1-24Ü/2024 nömrəli əmri ilə X4 İdarəsinə birləşdirilmiş və yeni hüquqi şəxs yaradılmışdır. Düzdür AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və 2 Saylı Ərazi Vergilər Baş İdarəsinin məktublarında göstərilən məlumatlarda həmin hüquqi şəxsin hazırda ləğv prosesinə olduğu qeyd edilsə və elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən Maraqlı şəxs həmin hüquqi şəxsin icra orqanının rəhbəri kimi reyestrdən adı çıxarılmasa da, məhkəmə həmin hüquqi şəxsin vergi borcuna əsasən maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasını qanuni və ədalətli hesab etmir. Məhkəmə qeyd edir ki, hazırkı işdə iş materiallarından aydın olduğu kimi Maraqlı şəxs Azərbaycan Meliorasiya və X7 Səhmdar Cəmiyyətinin 16 nömrəli əmri ilə vəzifəsindən azad edilsə də, hal-hazırda reyestrdə borclu hüquqi şəxsin icra orqanının rəhbəri olaraq görünür və sistemdən adı çıxarılmamışdır. Eyni zamanda, iş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından da müəyyən edilir ki, Azərbaycan X6 Agentliyinin xx.xx.2024-cü il tarixli əmri və Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASCnin xx.xx.2024-cü il tarixli əmrlərinin icrasının təmin edilməsi məqsədi ilə Bakı İxtisaslaşdırılmış Elektirik Avadanlıqlarının təmir Quraşdırma-Sazlama İdarəsinə aid adları göstərilən sənədlər (1 ədəd möhür, 1 ədəd ştamp, nizamnamə, şəhadətnamə, VÖEN, elektron imza kartı) X4 İdarəsinə təhvil verilmişdir. Lakin maraqlı şəxsin adı reyestrdən çıxarılmasa belə, məhkəmə bu hissəyə münasibətdə qeyd edir ki, hazırkı vəziyyətdə hüquqi şəxs mövcud deyil. Belə ki, həmin hüquqi şəxs ləğv edilmə prosesinə daxil olmuş və əmrdən də göründüyü kimi X4 İdarəsinə birləşdirilmişdir. Bununlada həmin hüquqi şəxsin öhdəlikləri yeni yaradılmış hüquqi şəxsə keçmişdir. Mülki Məcəllənin: 56.1-ci maddəsinə əsasən, hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. 57.1. Təhvil aktında və bölünmə balansında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır. 57.2. Təhvil aktı və bölünmə balansı hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul etmiş onun təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı tərəfindən təsdiq edilir və nizamnamələrlə birlikdə yeni yaranmış hüquqi şəxslərin dövlət qeydiyyatına alınması və ya mövcud hüquqi şəxslərin nizamnamələrində dəyişikliklər edilməsi üçün təqdim olunur. 57.3. Nizamnamələrlə birlikdə təhvil aktının və bölünmə balansının təqdim edilməməsi, habelə onlarda yenidən təşkil edilmiş hüquqi şəxsin öhdəlikləri üzrə hüquq varisliyi haqqında müddəaların olmaması yeni yaranmış hüquqi şəxsləri dövlət qeydiyyatına almaqdan imtina edilməsinə səbəb olur. 58.1. Hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul etmiş hüquqi şəxsin təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı, bu Məcəllənin 55.3-cü maddəsində nəzərdə tutulan hallarda isə kənar idarəçi hüquqi şəxsin yenidən təşkili barəsində onun kreditorlarına yazılı bildiriş göndərməyə borcludurlar. 58.2. Yenidən təşkil edilən hüquqi şəxsin kreditorunun ixtiyarı var ki, yenidən təşkil edilən hüquqi şəxsin borclu olduğu öhdəliklərə xitam verilməsini və ya onların vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etsin. 58.3. Əgər bölünmə balansı yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq varisini müəyyənləşdirməyə imkan vermirsə, yeni yaranmış hüquqi şəxslər yenidən təşkil edilmiş hüquqi şəxsin öhdəlikləri üçün onun kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə müəyyən edir ki, maraqlı şəxsin rəhbəri olduğu müəsissə dövlətin payı 100 faiz olan və dövlətin balansında olan hüquqi varis müəyyən edilməklə X4 İdarəsinə birləşdirilmiş və təhvil aktına uyğun olaraq da bütün öhdəliklər yeni hüquqi şəxsə keçmişdir. Maralı şəxsin adının ləğv edilmiş müəsissənin rəhbəri olaraq dövlət reyestrində formal olaraq qalması və hazırkı tələbin irəli sürməsi nəticəsində həmin şəxsin azadlıq və AR Konstitusiyasında nəzərdə tutulan hüquqlarını pozur. AR Konstitusiya Məhkəməsinin 3 iyul 2015-ci il tarixli “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında qeyd etmişdir ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün mülki məhkəmə icraatına dair qanunvericiliyin mühüm və əsas mənbəyi olan Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Qeyd edilən halları ümumiləşdirərək məhkəmə hesab edir ki, vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi təmin edilməməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. Hazırki iş üzrə ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddia tələbi rədd edildiyi üçün dövlət rüsumu dövlətin hesabına aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı "X1 Təmir Quraşdırma-Sazlama İdarəsinin” dövlət büdcəsinə olan 18387.34 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1947.09 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 12151.97 manat və İşsizlikdən Sığorta Fonduna olan 487.41 manat borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri kimi Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AZE*******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar