Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1566/2024 12.12.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “tərəflər arasında bağlanmış alğı-satqı müqavilələrinə və xx.xx.2023-cü il tarixli EBCM № 594980 saylı elektron qaiməyə əsasən 18000 manat əsas borc, 3240 manat ƏDV borcu, xx.xx.2023-cü il tarixli EBDA № 731984 saylı elektron qaiməyə əsasən 19.700 manat əsas borc, 3546 manat ƏDV borcu və gecikdirilmiş vaxt üçün 2224.3 manat məbləğində pul olmaqla, ümumilikdə 46710.30 manat pulun və 231 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “tərəflər arasında bağlanmış alğı-satqı müqavilələrinə və xx.xx.2023-cü il tarixli EBCM № 594980 saylı elektron qaiməyə əsasən 18000 manat əsas borc, 3240 manat ƏDV borcu, xx.xx.2023-cü il tarixli EBDA № 731984 saylı elektron qaiməyə əsasən 19.700 manat əsas borc, 3546 manat ƏDV borcu və gecikdirilmiş vaxt üçün 2224.3 manat məbləğində pul olmaqla, ümumilikdə 46710.30 manat pulun və 231 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddiaçı nümayəndəsi xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə razılaşma əsasında mübahisənin həll olunduğunu bildirmiş, bu səbəbdən iddiadan imtina etdiklərini bildirmiş və bu barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə borcun bir qismi ödənildiyindən iddiaçı ilə barışıq əldə olunduğunu və mübahisənin məhkəmədən kənar qaydada həllini tapdığını bildirmiş, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hər iki tərəfin nümayəndəsi tərəfindən təqdim edilən ərizələri nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, hazırkı vəziyyətdə iş üzrə tərəflərin ərizə ilə müraciət edərək iddiadan imtina edilməsi və işə xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmələri və iddiadan imtina edilməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Belə ki, tərəflərin məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, hazırkı işdə cavabdeh borcun bir qismini ödəmiş və bundan sonra hər iki tərəf mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə razılığa gəlmişlər. Bu səbəbdən tərəflər icraata xitam veilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə tərəflərin müraciətinə münasibətdə qeyd edir ki, iş üzrə icraata xitam verilməsi qanuni və əsaslıdır. MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “tərəflər arasında bağlanmış alğı-satqı müqavilələrinə və xx.xx.2023-cü il tarixli EBCM № 594980 saylı elektron qaiməyə əsasən 18000 manat əsas borc, 3240 manat ƏDV borcu, xx.xx.2023-cü il tarixli EBDA № 731984 saylı elektron qaiməyə əsasən 19.700 manat əsas borc, 3546 manat ƏDV borcu və gecikdirilmiş vaxt üçün 2224.3 manat məbləğində pul olmaqla, ümumilikdə 46710.30 manat pulun və 231 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbi üzrə üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1566/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1566/2024
12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver