Məhkəmə qərarları › İş №e-2-2(117)-1572/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1572/2022

19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1572/2022 19.12.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “xx.xx.2022-ci il tarixə xx.xx.2015-ci il tarixli 1853-GL/15 nömrəli müqavilə üzrə yaranmış 18132 manat gecikdirilmiş əsas borc və 28028,11 manat cərimə, 200 manat mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş 300 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı “xx.xx.2022-ci il tarixə xx.xx.2015-ci il tarixli 1853-GL/15 nömrəli müqavilə üzrə yaranmış 18132 manat gecikdirilmiş əsas borc və 28028,11 manat cərimə, 200 manat mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş 300 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli 1853-GL/15 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən ümumi məbləği 24 415 manat olan və 1 nömrəli Əlavədə göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə vermək şərti ilə lizinqə verir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən, göstərilən hallardan biri mövcud olduqda lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, lizinq müqaviləsinə vaxtından əvvəl xitam verir, texnikanı mübahisəsiz geri götürür, lizinq alan əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və qrafik üzrə yaranmış borcun, texnikanın işlək vəziyyətə gətirilməsi üçün tələb olunan xərclərin, gecikdirilmiş günlər üçün hesablanmış cərimənin lizinq alan tərəfindən alınması üçün məhkəməyə müraciət edir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun Agentliyə xx.xx.2015-ci il tarixli 1853-GL/15 nömrəli lizinq müqaviləsi üzrə 18132 manat gecikdirilmiş əsas borcu yaranmış və iddiaçı həmin borca 28028,11 manat cərimə borcu hesablamışdır. İddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh məhkəmə iclasında iştirak etməməsinin səbəblərini bildirməmişdir. Cavabdeh məhkəmə icraatı zamanı etiraz təqdim edərək Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ona qarşı olan eyni iddia tələbi rədd edilmişdir. Ona görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli 1853-GL/15 nömrəli lizinq müqaviləsinin spesifikasiyasından görünür ki, 1 ədəd traktor Belarus 1221 5 il müddətinə, 1 ədəd Kotan 4 gövdəli asma KR 14-5 1 il müddətinə, 1 ədəd Kotan 4 gövdəli asma KR-14 1 il müddətinə və 1 ədəd Traktor Belarus 892 5 il ödəmə müddətinə güzəştdən sonrakı qalıq məbləği 24415 manat olmaqla verilmişdir. İş materiallarına əlavə edilmiş təhvil-təslim aktlarından görünür ki, 1 ədəd traktor (MİZ-892, şassi nömrəsi 0002283) və 1 ədəd kotan (KR-14 markalı, şassi nömrəsi 110136 olan), 1 ədəd traktor (MİZ-1221 şassi nömrəsi 0001485) və 1 ədəd kotan KR-14-5 şassi nömrəsi 10516 olan) təhvil alınmışdır. İş materiallarına əlavə edilmiş ödəniş qrafiklərindən görünür ki, xx.xx.2015-ci il tarixli 1853-GL/15 nömrəli müqavilə dövrü ərzində cavabdeh tərəfindən rübdə bir dəfə olmaqla hər dəfə 1238 manat pul ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixli 1853-GL/15 nömrəli müqavilə üzrə cavabdeh tərəfindən 6283 manat ödənilmişdir, 18 132 manat gecikdirilmiş borcu vardır və 28028,11 manat cərimə borcu hesablanmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: lizinq müqavilələri, maliyyə arayışları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra mətndə MM) maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri,). MM-in: 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-4.3. Əşya sublizinqə verildikdə satıcıya qarşı tələb hüququ sublizinq müqaviləsi üzrə lizinq alana keçir. 747-4.4. Lizinq obyektinin sublizinqə verilməsi zamanı hökmən lizinq verənin yazılı razılığı olmalıdır. 748.1. Lizinq müqaviləsi yazılı formada bağlanılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə (əvvəlki Aq) cavabdeh X1 arasında xx.xx.2015-ci il tarixli 1853-GL/15 nömrəli lizinq müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli 1853-GL/15 nömrəli müqavilə dövrü ərzində cavabdeh tərəfindən rübdə bir dəfə olmaqla hər dəfə 1238 manat pul ödənilməsini öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixli 1853-GL/15 nömrəli müqavilə üzrə cavabdeh tərəfindən 6283 manat ödənilmişdir, 18 132 manat gecikdirilmiş borcu vardır və 28028,11 manat cərimə borcu hesablanmışdır. İşlə bağlı cavabdehin etirazına münasibətdə məhkəmə qeyd edir ki, qeyd edilən məsələ ilə bağlı Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(107)-1054/2021 nömrəli qətnaməsi qüvvədədir və həmin qətnamədə məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, həmin zaman mübahisəyə baxılarkən tərəflər arasında 53_L nömrəli, 02 aprel 2007-ci il tarixli 246 L/1 nömrəli, 09 mart 2011-ci il tarixli və 403-L nömrəli, 11 aprel 2011-ci il tarixli müqavilələri qüvvədə olmadığı üçün cavabdndən və həmin müqavilələrin əsasında xx.xx.2015-ci il tarixli 1853-GL/15 nömrəli hazırkı tələb üzrə müqavilə bağlandığından, iddiaçı ləğv edilmiş müqavilələr üzrə tələb irəli sürdüyündən iddia tələbi rədd edilmişdir.Həmin qətnamədə apelyasiya məhkəməsi iddiaçının iddia tələbi irəli sürmək hüququnu özündə saxladığını bildirir. Bu səbəbdən cqumentləri əsassızdır. Həmin müqavilələr ləğv edilərək xx.xx.2015-ci il tarixdə yeni müqavilə bağlanmışdır. İdddığından iddiaçının həmin müqavilə üzrə tələb irəli sürmək hüququ vardır. binin müqavilə üzrə hesablanmış cərimə borclarına münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci bəndlərində tərəflər razılaşmışlar ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Odur ki, tərəflərin əmlak mənafeləri nəzərə alınaraq cavabdehdən xx.xx.2015-ci il tarixli 1853-GL/15 nömrəli nömrəli müqavilə üzrə 1000 manat cərimə borcu tutulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin (bundan sonra mətndə-MPM) 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia qismən təmin edildiyindən cavabdehdən 229 manat dövlət rüsumunun 146 manatı cavabdehdən dövlət gəlirinə tutulmalıdır. Bundan əlavə, iddiaçı hüquqi xidmətlərə görə 300 manat məbləğində vəsaitin cavabdehdən tutulmasını tələb edir. MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçının nümayəndəsinin məhkəmə iclaslarında iştirak etməməsini, cavabdehin tələbi maddi imkansızlıq üzündən icra etməməsini bildirməsini nəzərə alıb cavabdehdən hüquqi xidmətə görə haqqın 100 manat həddində tutulmasını ağlabatan hesab edir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. MPM-in: 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi qismən təmin edildiyindən 100 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya, 146 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabeh Cavabdeh xx.xx.2022-ci il tarixə xx.xx.2015-ci il tarixli 1853-GL/15 nömrəli müqavilə üzrə yaranmış 18132 manat gecikdirilmiş əsas borc və 1000 manat cərimə borcu, 100 manat mediasiya xərci və 100 manat məbləğində hüquqi xidmət haqqı tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. 229 manat dövlət rüsumunun 146 manatı Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar