Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1577/2024 02.12.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “xx.xx.2024cü il tarixli 02/03274 nömrəli operativ lizinq müqaviləsinə əsasən 750 manat borcun, texnikanın tam bərpası üçün hesablanmış 2300 manat maddi ziyanın və 50.50 manat dövlət rüsumunun tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC Cavabdeh qarşı “xx.xx.2024-cü il tarixli 02/03274 nömrəli operativ lizinq müqaviləsinə əsasən 750 manat borcun, texnikanın tam bərpası üçün hesablanmış 2300 manat maddi ziyanın və 50.50 manat dövlət rüsumunun tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli 02/03274 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqavilənin: 1-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən, lizinqə verən kənd təsərrüfatı texnikasını mülkiyyət hüququnun lizinq alana keçməməsi şərtilə 1 ədəd, 561392 zavod nömrəli SR-2045 markalı taxılyığan kombaynı xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasında dövr ərzində istifadəyə verməyi, lizinq alan isə texnikadan istifadəyə görə lizinq verənə bu müqavilənin 1.1-ci bəndində müəyyən edilmiş 4000 manat məbləğində ödənişin həyata keçirilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, 750 manat ödənilməmiş borcu qalmışdır. 2.2.5-ci bəndinə əsasən, texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanmasını, vaxtında texniki xidmətlərin aparılmasnı, təmirini, GPS avadanlıq dəstinin qorunub saxlanmasını və icazəsiz konstruktiv dəyişiklik edilməməsini təmin edir. 2.2.6-cı bəndinə əsasən, texnikanın qəzaya düşdüyü və ya təbii fəlakət nəticəsində texnikaya zərər dəydiyi andan ən geci 12 saat ərzində istifadəyə verənə yazılı məlumat verir və zərərin ödənilməsini təmin edir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli 02/03274 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqaviləyə əsasən, cavabdeh texnikanı saz vəziyyətdə təhvil verməyi öhdəsinə götürmüş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və 750 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Eyni zamanda texnika saz vəziyyətdə geri qaytarılmamış və 2300 manat məbləğində maddi ziyan vurulmuşdur. İddiaçı borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1137 nömrəli Fərmanına əsasən "xxxx" ASC-nin adı İddiaçı ASC ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 02/03274 nömrəli akta əsasən 1 ədəd, 561392 zavod nömrəli SR-2045 markalı taxılyığan kombaynı "xxxx" ASC-nin Ucar RN-nin mühəndisi X2 tərəfindən Cavabdeh saz vəziyyətdə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 02/03274 nömrəli akta əsasən 1 ədəd, 561392 zavod nömrəli SR-2045 markalı taxılyığan kombaynı Cavabdeh tərəfindən "xxxx" ASC-nin Ucar RN-nin rəhbəri X1 yanacaq sistemi nasaz vəziyyətdə geri qaytarılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, 561392 zavod nömrəli SR-2045 markalı taxılyığan kombaynda “kombaynın yanacaq nasosu nasaz vəziyyətdədir” statuslu qüsur aşkar edilmişdir. Əlavə olaraq məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh texnikada aşkar olunmuş qüsuru xx.xx.2024-cü il tarixinədək aradan qaldırmağı öhdəsinə götürmüşdür. Bundan başqa iş materiallarına əlavə edilmiş arayışdan müəyyən olunur ki, texnikada aşkar olunmuş qüsurun aradan qaldırılması üçün 2300 manat tələb olunur. (yüksək təzyiqli yanacaq nasosu 1800 manat və işçilik haqqı 50 manat). İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli 02/03274 nömrəli operativ lizinq müqaviləsi üzrə Cavabdeh tərəfindən 3250 manat ödəniş edilmiş, 750 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu xx.xx.2024-cü il tarixdə bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqavilə, aktlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, tərəflər arasında xx.xx.2024cü il tarixli 02/03274 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqavilə imzalanmışdır. Həmin müqavilənin 1-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən, lizinqə verən kənd təsərrüfatı texnikasını mülkiyyət hüququnun lizinq alana keçməməsi şərtilə 1 ədəd, 561392 zavod nömrəli SR-2045 markalı taxılyığan kombaynı xx.xx.2024xx.xx.2024-cü il tarixləri arasında dövr ərzində istifadəyə verməyi, lizinq alan isə texnikadan istifadəyə görə lizinq verənə bu müqavilənin 1.1-ci bəndində müəyyən edilmiş 4000 manat məbləğində ödənişin həyata keçirilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, 750 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə 750 manat borcun tutulmasına münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, 561392 zavod nömrəli SR-2045 markalı taxılyığan kombaynda “kombaynın yanacaq nasosu nasaz vəziyyətdədir” statuslu qüsur aşkar edilmişdir. Əlavə olaraq məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh texnikada aşkar olunmuş qüsuru xx.xx.2024-cü il tarixinədək aradan qaldırmağı öhdəsinə götürmüşdür. Bundan başqa iş materiallarına əlavə edilmiş arayışdan müəyyən olunur ki, texnikada aşkar olunmuş qüsurun aradan qaldırılması üçün 2300 manat tələb olunur. (yüksək təzyiqli yanacaq nasosu 1800 manat və işçilik haqqı 50 manat). Qeyd edilən arayışdan da göründüyü kimi aşkarlanmış qüsur olan yüksək təzyiqli yanacaq nasosu 1800 manat və işçilik haqqı 50 manat texnikanın saz vəziyyətə gətirilməsi üçün vəsait tələb olunur. Lakin iddiaçı tərəfindən həmin arayışda 2300 manat vəsaitin tələb olunduğu qeyd edilmişdir. Məhkəmə hesab edir ki, texnikanın saz vəziyyətə gətirilməsi üçün cəmi 1850 manat vəsait cavabdehdən tututlaraq iddiaçıya verilməlidir. Cavabdeh tərəf iddia tələbi ilə bağlı hər hansı bir etirazını və iddia ilə bağlı münasibətini məhkəməyə bildirməmiş və ona qarşı olan tələbin əsasını mübahisələndirməmişdir. Bu səbəbdən tələb edilən lizinq məbləği tərəflər arasında bağlanmış müqavilənin şərtləri ilə uyğunsuzluq təşkil etmədiyindən əlavə araşdırma aparılmamışdır. Məhkəmə iddiaçının tələbini əsaslandıran halları nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki məhkəmə icraatında iddiaçının üzərinə iddia tələbini sübut etmək, cavabdehin üzərinə etirazlarının əsasını sübut etmək, məhkəmənin isə həmin hallara hüquqi qiymət verməklə bağlı vəzifələr qoymuşdur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). İş üzrə cavabdeh iddia tələbinə dair etirazları məhkəməyə bildirməmiş və ya onların əsasında dayanan sübutlar barədə məhkəməyə hər hansı bir dəlil təqdim etməmişdir. Qeyd olunanlara, əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 50.50 manat dövlət rüsumunun 43.05 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 7.45 manat rüsum isə iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli 02/03274 nömrəli operativ lizinq müqaviləsinə əsasən 750 manat borc məbləği, 1850 manat maddi ziyan və 43.05 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1577/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1577/2024
02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver