Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1583/2025 09.12.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızı, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “müqavilə üzrə borc” tələbinə dair işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İ. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “müqavilə üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3.759,08 manat borcun, iddiaçı tərəfindən iddia üzrə məhkəməyə ödənilən 57,59 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (“iddiaçı”) ilə Cavabdeh (“cavabdeh”) arasında xx.xx.2024-cü il tarixində, Q/2024/012 nömrəli “tütünün istehsalına dair” müqavilə imzalanmışdır. Müqavilənin preambulasının 2-ci bəndinə əsasən cavabdehin istifadəsində 9.33 ha torpaq/əkin sahəsi vardır və müqavilənin 1-ci maddəsinə əsasən həmin müqavilənin 1 saylı əlavəsində göstərilən kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun tütünü istehsal edib əldə edilmiş məhsulu tam həcmdə iddiaçıya təhvil verməli, iddiaçı isə tələblərə uyğun olan tütün məhsulunu tam həcmdə qəbul edib dəyərini ödəməlidir. Sözügedən müqavilənin 6.1-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehə malların təhvil-qəbul aktı ilə rəsmiləşdirilən, ümumilikdə 6416,00 manat (altı min dörd yüz on altı manat) dəyərində mallar - toxum təqdim etmiş, eyni zamanda cavabdehin öz əhdəliklərini rahatlıqla icra edə bilməsi üçün iddiaçı tərəfindən cavabdehə ümumilikdə 11.900,00 manat (on bir min doqquz yüz manat) avans verilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh öhdəliklərini vicdanla yerinə yetirməyərək planlaşdırılmış miqdarda, razılaşdırılmış tələblərə cavab verən, keyfiyyətli və yararlı tütün istehsal etməmişdir. Belə ki, 2024-cü il əkin mövsümü üçün cavabdeh tərəfindən ümumi dəyəri sadəcə 18.196,00 manat olan tütün təhvil verilmişdir. Həmin məbləğdən 3.639,23 manat (üç min altı yüz otuz doqquz manat iyirmi üç qəpik) cavabdehə ödənilmiş, qalan məbləğ isə cavabdehin iddiaçıya olan 18.316,00 manat borcundan çıxılmışdır. Nəticə etibarilə, son olaraq cavabdehin iddiaçıya 3.759,08 manat borcu qalmışdır. Beləliklə, cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixli, Q/2024/012 nömrəli “tütünün istehsalına dair” müqavilə çərçivəsində 3.759,08 manat borcu yaranmışdır və həmin borc məbləği iddiaçıya ödənilməlidir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixində borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən hər hansı addım atılmamışdır.
İİ. Tərəflərin mövqeləri:
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz məhkəməyə daxil olmamışdır.
İİİ. Məhkəmə baxışının hədləri:
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən rizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
İV. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
V. Məhkəmənin mövqeyi:
6. İşin müəyyən olunmuş mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixində, Q/2024/012 nömrəli “tütünün istehsalına dair” müqavilə imzalanmışdır. Müqavilənin predmentinə əsasən cavabdeh istifadəsində olan 9.33 ha torpaq sahəsində iddiaçı tərəfindən verilən məhsullar vasitəsi ilə (dərman, gübrə, ştil və s.) müvafiq aqrotexniki qaydalara uyğun olaraq tütünün əkilməsi, becərilməsi, yetişdirilməsi və yığımını həyata keçirib tam həcmdə iddiaçıya satmağı, iddiaçı isə tələblərə uyğun olan yaş tütünü qəbul etməyi və müəyyənləşdirilmiş dəyərini ödəməyi öhdəsinə götürür.
7. Məhkəmə tərəflər arasında bağlanmış “tütünün istehsalına dair” müqavilənin həqiqiliyinə qiymət verərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə hər iki tərəfin imza və möhürləri ilə rəsmiləşdirilmiş, tərəflərin həqiqi hüquqi iradə ifadələrini əks etdirməklə etibarsız olmamışdır.
8. İş materiallarında olan xx.xx.2024-cü il tarixində, Q/2024/012 nömrəli “tütünün istehsalına dair” müqavilə imzalanmış 1 saylı əlavədən görünür ki, tərəflər istehsal olunmalı tütünün növü, qiyməti və minimal miqdarı barədə razılığa gəlmişlər.
9. İş materiallarında olan xx.xx.2024-cü il tarixində, Q/2024/012 nömrəli “tütünün istehsalına dair” müqaviləyə imzalanmış 6 saylı əlavədən görünür ki, tərəflər iddiaçı tərəfindən cavabdehə verilməli olan tütün yetişdirilməsi üçün isdifadə olunacaq məhsulların qiyməti barədə razılığa gəlmişlər.
10. İş materiallarında olan xx.xx.2024-cü il tarixində, Q/2024/012 nömrəli “tütünün istehsalına dair” müqaviləyə imzalanmış 7 saylı əlavədən və ona əlavə edilən cədvəl nömrə 1 və nömrə 2-dən görünür ki, tərəflər cavabdeh tərəfindən iddiaçıya satılmalı olan tütün məhsulunun növləri üzrə qiyməti barədə razılığa gəlmişlər.
11. İş materiallarında olan xx.xx.2024-cü il tarixli TBL ******* nömrəli, xx.xx.2024-cü il tarixli TBL 013713 nömrəli malların təhvil-qəbul aktlarından görünür ki, xx.xx.2024-cü il tarixində, Q/2024/012 nömrəli “tütünün istehsalına dair” müqaviləyə əsasən cavabdehə tütün əkilməsi üçün müxtəlif məhsullar (toxum, gübrə və s.) təhvil verilmişdir. Həmin aktlar cavabdeh və iddiaçı tərəfin nümayəndələri tərəfindən imzalanmışdır.
12. İş materiallarında Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ünvanlanan ərizələrdən görünür ki, cavabdeh iddiaçıdan ona tütün əkilməsi üçün məhsulların verilməsini xahiş etmiş və həmin məhsulların dəyərinin tərəfindən ödənilməsinə zəmanət vermişdir.
13. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli hesabdan çıxarış məlumatlarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfinədən Cavabdeh məxsus "xxxx" ASC-də olan bank hesabına avans kimi cəmi 15539,23 manat pul köçürülmüşdür.
14. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 10137071 nömrəli, xx.xx.2024-cü il tarixli 11393104 nömrəli, xx.xx.2024-cü il tarixli 10097538 nömrəli, xx.xx.2024-cü il tarixli 10051750 nömrəli, xx.xx.2024-cü il tarixli 11723972 nömrəli, xx.xx.2024-cü il tarixli 11679858 nömrəli, xx.xx.2024-cü il tarixli 10793647 nömrəli, xx.xx.2024-cü il tarixli 11262216 nömrəli, xx.xx.2024-cü il tarixli 10916629 nömrəli elektron qaimələrdə Cavabdeh tərəfindən iddiaçıya verilən tütünün növlər üzrə qiyməti və ümumi dəyəri öz əksini tapmışdır.
15. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi xx.xx.2024-cü il tarixli, Q/2024/012 nömrəli “tütünün istehsalına dair” müqavilədən irəli gəlir. Belə ki, iş materiallarında olan sənədlərdən məlum olmuşdur ki, iddiaçı qeyd olunan müqavilə çərçivəsində cavabdehi tütün əkməsi üçün müəyyən məbləğdə avans vermiş və zəruri məhsullarla təmin etmişdir. Bu hal iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır. Cavabdeh isə öz növbəsində müqavilə üzrə üzərinə düşən öhdəliyi qismən icra etmiş, iddiaçıya müəyyən məbləğdə tütün təhvil vermiş, lakin qalıq qismində 3759,08 manat dəyərində tütün təhvil verməmişdir. Cavabdeh bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Nəticədə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında borc öhdəliyi yaranmış və bu öhdəliyi icra etməməsi iddiaçıya Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
16. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və cavabdehdən xx.xx.2024-cü il tarixində, Q/2024/012 nömrəli “tütünün istehsalına dair” müqavilə üzrə 3759,08 manat borc tutularaq iddiaçıya ödənilməlidir.
17. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 57,59 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
18. Beləliklə, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
Vİ. Nəticə:
19. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 3759,08 manat borc və 57,59 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim : Elnarə Hüseynova