Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1586/2025 12.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “müqavilə üzrə borc” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13.214,08 manat borcun, iddiaçı tərəfindən iddia üzrə məhkəməyə ödənilən 129,64 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (“iddiaçı”) ilə Cavabdeh (cavabdeh) arasında xx.xx.2021- ci il tarixində, Ş/27 nömrəli “yaş tütünün alqısatqısına dair” müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci maddələsinə əsasən cavabdeh istifadəsində olan 9.3 ha torpaq/əkin sahəsində iddiaçı tərəfindən verilən NC-291, İTB-683 və İTB-6184 “virciniya” tipli tütün toxumunun və şitilinin müvafiq aqrotexniki qaydalara uyğun olaraq əkilməsi, becərilməsi, yetişdirilməsi və yığımını həyata keçirib tam həcmdə iddiaçıya satmağı, iddiaçı isə tələblərə uyğun olan yaş tütünü qəbul etməyi və müəyyənləşdirilmiş dəyərini ödəməyi öhdəsinə götürür. Bundan sonra, iddiaçı və cavabdeh arasında xx.xx.2022-ci il tarixində bu müqaviləyə 1 nömrəli əlavə imzalanmışdır və belə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə müvafiq toxum, şitil, gübrə, dərman veriləcəkdir. Bunun əsasında iddiaçı tərəfindən cavabdehə malların təhvil-qəbul aktı ilə rəsmiləşdirilən, ümumilikdə 11.192,50 manat dəyərində mallar təqdim edilmiş və/və ya xidmətlər göstərilmişdir. Cavabdeh tərəfindən 2022-ci il əkin mövsümü üçün ümumi 86.315,00 kiloqramlıq, müvafiq e-qaimələrlə dəyəri 23.739,41 manat olaraq müəyyənləşdirilən tütün təhvil verilmişdir. Qeyd olunan məbləğdən 13.693,39 manat cavabdehə ödənilmiş, qalan məbləğ isə cavabdehin iddiaçıya olan 11.192,50 manat borcundan silinmişdir (qarşılıqlı borcların əvəzləşdirilməsi aktları ilə). Beləliklə, 2022-ci il dövrü üçün cavabdehin iddiaçıya 1.146,46 manat borcu yaranmışdır. Bunun ardınca isə iddiaçı və cavabdeh arasında xx.xx.2023-cü il tarixində, Ş/2023/018 nömrəli “tütünün istehsalına dair” müqavilə imzalanmışdır. Müqavilənin preambulasının 2-ci bəndinə əsasən cavabdehin istifadəsində 7.03 ha torpaq/əkin sahəsi vardır və müqavilənin 1-ci maddəsinə əsasən həmin müqavilənin 1 saylı əlavəsində göstərilən kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun tütünü istehsal edib əldə edilmiş məhsulu tam həcmdə iddiaçıya təhvil verməli, iddiaçı isətələblərə uyğun olan tütün məhsulunu tam həcmdə qəbul edib dəyərini ödəməlidir. Sözügedən müqavilənin 6.1-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehə malların təhvil-qəbul aktı ilə rəsmiləşdirilən, ümumilikdə 4.515,00 manat dəyərində mallar təqdim etmiş və/və ya xidmətlər göstərmişdir. Cavabdeh tərəfindən 2023cü il əkin mövsümü üçün ümumi 68.925,00 kiloqramlıq, müvafiq e-qaimələrlə dəyəri 18.209,31 manat müəyyənləşdirilən tütün təhvil verilmişdir. Bu məbləğdən 2022 və 2023cü il mövsümü üzrə cavabdehin iddiaçıya olan ümumi borcu çıxılmış, qalan məbləğ cavabdehə ödənilmişdir. Daha sonra iddiaçı və cavabdeh arasında xx.xx.2023-cü il tarixində, Ş/2024/009 nömrəli “tütünün istehsalına dair” Müqavilə imzalanmışdır. Müqavilənin preambulasının 2-ci bəndinə əsasən cavabdehin istifadəsində 7.15 ha torpaq/əkin sahəsi vardır və müqavilənin 1-ci maddəsinə əsasən həmin müqavilənin 1 saylı Əlavəsində göstərilən kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun tütünü istehsal edib əldə edilmiş məhsulu tam həcmdə iddiaçıya təhvil verməli, iddiaçı isə tələblərə uyğun olan tütün məhsulunu tam həcmdə qəbul edib dəyərini ödəməlidir. Sözügedən müqavilənin 6.1ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehə malların təhvil-qəbul aktı ilə rəsmiləşdirilən, ümumilikdə 696,00 manat dəyərində mallar - toxum təqdim etmişdir. Cavabdeh tərəfindən 2024-cü il əkin mövsümü üçün ümumi 45.390,00 kiloqramlıq, müvafiq e-qaimələrlə dəyəri 15.159,65 manat müəyyənləşdirilən tütün təhvil verilmişdir. Bunlardan savayı, cavabdeh iddiaçı ilə bağladığı müqavilələrdə nəzərdə tutulan öhdəliklərinin icrası ilə əlaqədar "xxxx" ASC ilə kredit müqavilələri bağlamışdır. Belə ki, cavabdeh öz öhdəliklərini lazımınca, düzgün yerinə yetirə bilmədiyi üçün kredit müqavilələri ilə əldə etdiyi kredit məbləğini və ona uyğun hesablanan faiz məbləğlərinin əvəzini tam ödəyə bilməmişdir. Nəticədə "xxxx" ASC ilə iddiaçı arasında xx.xx.2023-cü il tarixində, habelə xx.xx.2024-cü il tarixində “tələbin güzəşti” müqavilələri imzalanmışdır. Belə ki, 22 dekabr 2023-cü il tarixli “tələbin güzəşti” müqaviləsinin 1.1-ci maddəsinə əsasən tələbi güzəşt edən qismində çıxış edən "xxxx" ASC müqavilənin 1 nömrəli əlavəsində sadalanan kredit müqavilələri üzrə borclulara münasibətdə mövcud olan bütün tələb hüquqlarını güzəşt etməyi, tələbi əldə edən qismində çıxış edən İddiaçı isə tələblərin dəyərini "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürür. Bununla da, müqavilənin 1 nömrəli əlavəsinə əsasən "xxxx" ASC cavabdehə olan 314,54 manat tələb hüququnu iddiaçıya güzəşt etmişdir. Bununla yanaşı, 18 mart 2024-cü il tarixli “tələbin güzəşti” müqaviləsinin 1.1-ci maddəsinə uyğun olaraq tələbi güzəşt edən qismində çıxış edən "xxxx" ASC müqavilənin 1 nömrəli əlavəsində sadalanan kredit müqavilələri üzrə borclulara münasibətdə mövcud olan bütün tələb hüquqlarını güzəşt etməyi, tələbi əldə edən qismində çıxış edən iddiaçı isə tələblərin dəyərini "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürür. Bununla da, müqavilənin 1 nömrəli əlavəsinə əsasən "xxxx" ASC cavabdehə olan 12.899,54 manat tələb hüququnu iddiaçıya güzəşt etmişdir. Beləliklə, cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixli “tələbin güzəşti” müqaviləsi çərçivəsində 314,54 manat borcu, xx.xx.2024-cü il tarixli “tələbin güzəşti” müqaviləsi çərçivəsində 12.899,54 manat borcu yaranmışdır. Ümumilikdə, cavabdeh iddiaçıya 13.214,08 manat borc məbləğini ödəməlidir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixində borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən hər hansı addım atılmamışdır.
3. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı və cavabdeh arasında imzalanmış xx.xx.2021-ci il tarixli Ş/27 nömrəli “yaş tütünün alqı-satqısına dair” müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə 11192,50 manat dəyərində mallar verilmiş və xidmətlər göstərilmiş, cavabdehin e-qaimələrlə təhvil verdiyi 23739,41 manat məbləğdən 2022-ci il tarixində 4977,30 manat cavabdehə ödənilmiş, 10046,04 manat qarşılıqlı borcların əvəzləşdirməsi aktları ilə borcundan silinmiş, 8716,08 manat isə cavabdehin kredit borcuna görə "xxxx" ASC-yə ödənilmişdir. 2022-ci il üzrə cavabdehin 1146,46 manat borcu qalmışdır. İddiaçı və cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli Ş/2023/018 nömrəli “tütünün istehsalına dair” müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə 4515 manat dəyərində mallar təqdim edilmiş və xidmətlər göstərilmiş, cavabdehin e-qaimələr təhvil verdiyi 18209,31 manat məbləğdən xx.xx.2023-cü il tarixli Ş/2023/018 nömrəli “tütünün istehsalına dair” müqavilə müqavilə əsasında verilmiş 4515 manat məbləğ, xx.xx.2021-ci il tarixli Ş/27 nömrəli “yaş tütünün alqı-satqısına dair” müqavilə üzrə 1146,46 manat məbləğ, 22 dekabr 2023-cü il tarixli “tələbin güzəşti” müqaviləsi 314,54 manat borc, ümumilikdə 5976 manat qarşılıqlı borcların əvəzləşdirilməsi aktı ilə 2023-cü il tarixində borcundan silinmiş, 6414,04 manat cavabdehə ödənilmiş, 5819,27 manat isə cavabdehin kredit borcuna görə "xxxx" ASC-yə ödənilmişdir. 2023-cü il üzrə cavabdehin borcu qalmamışdır. 2024-cü il tarixinə iddiaçı tərəfindən cavabdehə 12147,85 manat məbləğində avans verilmişdir. İddiaçı və cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli Ş/2024/009 nömrəli “tütünün istehsalına dair” müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə 696 manat dəyərində mallar (toxum) təqdim edilmiş, cavabdehin e-qaimələr təhvil verdiyi 15159,65 manat məbləğdən 3031,93 manat cavabdehə ödənilmiş, 12127,72 manat isə qarşılıqlı borcların əvəzləşdirməsi aktları ilə borcundan silinmişdir. Bu müqaviləm üzrə cavabdehin 716,63 manat borcu qalmışdır. xx.xx.2024-cü il tarixli “tələbin güzəşti” müqaviləsinin 1 nömrəli Əlavəsinə əsasən "xxxx" ASC cavabdehə olan 12899,54 manat tələb hüququnu iddiaçıya güzəşt etmişdir. Beləliklə, cavabdeh iddiaçıya xx.xx.2024cü il tarixli “tələbin güzəşti” müqaviləsi çərçivəsində 12899,54 manat və xx.xx.2023-cü il tarixli Ş/2024/009 nömrəli “tütünün istehsalına dair” müqavilə üzrə 716,63 manat, ümumilikdə 13615,57 manat borc məbləğini ödəməlidir. Qeyd olunanlar əsasən Cavabdeh 13615,67 manat borcun, iddiaçı tərəfindən iddia üzrə məhkəməyə ödənilən 129,64 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iclasın təxirə salınmasını xahiş etmişdir.
5. Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.
6. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh izahatında bildirmişdir ki, əvvələr həmin müəssisəni türklər işlədirdi. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 8000 manat məbləğində borcu var idi. Həmin borcun yarısını ödəməyini bildiriblər. O da iddiaçıya nağd şəklində 4200 manat məbləğində pul ödəyib. Ona ödəniş barədə sənəd verəcəklərini desələr də, ödəniş barədə heç bir sənəd təqdim etməyiblər. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona yenidən tütün toxumu verilsin və o da borcunu məhsul şəklində ödəsin.
III. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
8. İşin müəyyən olunmuş mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində, Ş/27 nömrəli “yaş tütünün alqısatqısına dair” müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci maddələsinə əsasən cavabdeh istifadəsində olan 9.3 ha torpaq sahəsində iddiaçı tərəfindən ona verilən NC-291, İTB-683 və İTB-6184 “Virciniya” tipli tütün toxumunun və şitilinin müvafiq aqrotexniki qaydalara uyğun olaraq əkilməsi, becərilməsi, yetişdirilməsi və yığımını həyata keçirib tam həcmdə iddiaçıya satmağı, iddiaçı isə tələblərə uyğun olan yaş tütünü qəbul etməyi və müəyyənləşdirilmiş dəyərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilə hər iki tərəfin imza və möhürləri ilə rəsmiləşdirilmiş, tərəflərin həqiqi hüquqi iradə ifadələrini əks etdirməklə etibarsız olmamışdır.
9. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində, Ş/2024/009 nömrəli “tütünün istehsalına dair” müqavilə imzalanmışdır. Müqavilənin predmentinə əsasən cavabdeh istifadəsində olan 7.15 ha torpaq sahəsində iddiaçı tərəfindən verilən məhsullar vasitəsi ilə (dərman, gübrə, ştil və s.) müvafiq aqrotexniki qaydalara uyğun olaraq tütünün əkilməsi, becərilməsi, yetişdirilməsi və yığımını həyata keçirib tam həcmdə iddiaçıya satmağı, iddiaçı isə tələblərə uyğun olan yaş tütünü qəbul etməyi və müəyyənləşdirilmiş dəyərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilə hər iki tərəfin imza və möhürləri ilə rəsmiləşdirilmiş, tərəflərin həqiqi hüquqi iradə ifadələrini əks etdirməklə etibarsız olmamışdır.
10. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində, Ş/2023/018 nömrəli “tütünün istehsalına dair” müqavilə imzalanmışdır. Müqavilənin predmentinə əsasən cavabdeh istifadəsində olan 7.03 ha torpaq sahəsində iddiaçı tərəfindən verilən məhsullar vasitəsi ilə (dərman, gübrə, ştil və s.) müvafiq aqrotexniki qaydalara uyğun olaraq tütünün əkilməsi, becərilməsi, yetişdirilməsi və yığımını həyata keçirib tam həcmdə iddiaçıya satmağı, iddiaçı isə tələblərə uyğun olan yaş tütünü qəbul etməyi və müəyyənləşdirilmiş dəyərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilə hər iki tərəfin imza və möhürləri ilə rəsmiləşdirilmiş, tərəflərin həqiqi hüquqi iradə ifadələrini əks etdirməklə etibarsız olmamışdır.
11. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-ci il tarixli, xx.xx.2023-ci il tarixli qiymətlərin razılaşdırma protokolundan görünür ki, tərəflər arasında bağlanmış qeyd olunan müqavilələr əsasında iddiaçı tərəfindən cavabdehə verilən tütün əkilməsi üçün istifadə olunan məhsulların qiyməti ilə bağlı tərəflər razılığa gəlmişlər.
12. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-ci il tarixli, xx.xx.2023-ci il tarixli, xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktlarından görünür ki, iddiaçı aralarında bağlanan müqavilələrə əsasən cavabdehə tütün əkilməsi üçün müxtəlif məhsullar (ştil, gübrə, dərman və s.) təhvil verilmiş və xidmətlər göstərilmişdir. Həmin aktlar cavabdeh və iddiaçı tərəfin nümayəndələri tərəfindən imzalanmışdır.
13. İş materiallarında olan qarşılıqlı borcların əvəzləşdirilməsi haqqında xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli aktlardan görünür ki, cavabdeh iddiaçıya aralarında bağlanan müqavilə əsasında tütün təhvil vermiş və həmin təhvil verilən məhsulun dəyəri cavabdehin borcundan çıxılmaqla əvəzləşdirilmişdir. Həmin aktlar cavabdeh və iddiaçı tərəfin nümayəndələri tərəfindən imzalanmışdır.
14. İş materiallarında olan xx.xx.2022-ci il tarixli K5082 saylı “maliyyələşdirmə barədə” ərizədən görünür ki, Cavabdeh "xxxx" ASC tərəfindən illik faiz dərəcəsi 4,5 % olmaqla, 12 ay müddətinə 15300 manat məbləğində kredit verilmişdir.
15. İş materiallarında olan iddiaçı “tələbi əldə edən” İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “tələbi güzəşt edən” "xxxx" ASC arasında xx.xx.2023-cü il tarixli “tələbin güzəşti (alqısatqısı) barədə” müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən tələbi güzəşt edən siyahısı bu müqavilənin 01 nömrəli Əlavəsində sadalanan kredit müqavilələri üzrə borclulara münasibətdə mövcud olan bütün tələb hüquqlarını güzəşt etməyi, tələbi əldə edən isə müqavilənin 1.2-ci bəndində göstərilən tələblərin dəyərini tələbi güzəşt edənə ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə hər iki tərəfin imza və möhürləri ilə rəsmiləşdirilmiş, tərəflərin həqiqi hüquqi iradə ifadələrini əks etdirməklə etibarsız olmamışdır.
16. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “tələbin güzəşti (alqı-satqısı) barədə” müqaviləyə 01 nömrəli əlavə olaraq imzalanan xx.xx.2023-cü il tarixli “barəsində tələb hüquqları güzəşt edilən kredit müqavilələri və onlara dair məlumat”dan görünür ki, Cavabdeh "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixli K5082 nömrəli və xx.xx.2022-ci il tarixli K5892 nömrəli kredit müqaviləsi üzrə borclu olduğu 314,54 manat borc (əsas borc 150 manat, faiz borcu 156,67 manat, dəbbə pulu 7,87 manat) "xxxx" ASC tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə güzəşt edilmişdir.
17. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" ASC arasında xx.xx.2024-cü il tarixli “tələbin güzəşti (alqı-satqısı) barədə” müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən tələbi güzəşt edən siyahısı bu müqavilənin 01 nömrəli Əlavəsində sadalanan kredit müqavilələri üzrə borclulara münasibətdə mövcud olan bütün tələb hüquqlarını güzəşt etməyi, tələbi əldə edən isə müqavilənin 1.2-ci bəndində göstərilən tələblərin dəyərini tələbi güzəşt edənə ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə hər iki tərəfin imza və möhürləri ilə rəsmiləşdirilmiş, tərəflərin həqiqi hüquqi iradə ifadələrini əks etdirməklə etibarsız olmamışdır.
18. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “tələbin güzəşti (alqı-satqısı) barədə” müqaviləyə 01 nömrəli əlavə olaraq imzalanmış xx.xx.2024-cü il tarixli “barəsində tələb hüquqları güzəşt edilən kredit müqavilələri və onlara dair məlumat”dan görünür ki, Cavabdeh "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli K6000 nömrəli və xx.xx.2023-cü il tarixli K5892 nömrəli kredit müqaviləsi üzrə borclu olduğu 12899,54 manat borc (əsas borcu 12653,28 manat, faiz borcu 30,10 manat və dəbbə pulu 216,16 manat) "xxxx" ASC tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə güzəşt edilmişdir.
V. Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 656-cı maddəsinə əsasən Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğı-satqısı və verilməsi haqqında müddəalar tətbiq edilir.
Vl. Məhkəmənin mövqeyi:
20. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
21. Məhkəmə ilk öncə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi iddiaçı ilə tələbi güzəşt edən ("xxxx" ASC) arasında bağlanmış müqavilələrdən irəli gəlir.
22. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqavilələri ilə cavabdehin iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliyi yaranmışdır. Bundan sonra "xxxx" ASC ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında tələbin güzəşti barədə müqavilələr bağlanmış və Cavabdeh "xxxx" ASC qarşısında olan öhdəliyi İddiaçı Açıq Səhmdar Cəmiyyətinə güzəşt edilmişdir. Nəticədə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında öhdəliyi yaranmış və bu öhdəliyi icra etməməsi iddiaçıya Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Göstərilənlər işin mübahisələndirilməyən hallarıdır.
23. İşin mübahisələndirilən halına isə həmin müqavilələr əsasında cavabdehin iddiaçıya borcunun olub-olmaması halı aiddir. Belə ki, iş materialları və tərəflərin izahatlarından göründüyü kimi tərəflər arasında bağlanmış müqavilələrə əsasən iddiaçı tərəfindən cavabdehə mallar və xidmətlər təhvil verilmiş, cavabdeh tərəfindən təqdim edilən tütünün müəyyən hissəsi onun borcundan çıxılmış, lakin cavabdehin həmin müqavilələr üzrə ümumilikdə 13214,08 manat borcu qalmış, həmin müqavilələr üzrə öhdəliklərin icrası üçün “Paşa Bank ASC” ilə cavabdeh arasında kredit müqavilələri bağlanmış, cavabdehə kredit verilmiş, cavabdeh həmin krediti lazımi qaydada ödəyə bilmədiyindən həmin kredit iddiaçı tərəfindən (zaminlik müqaviləsinə əsasən) tam qaydada ödənilmiş, bundan sonra "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış tələbin güzəşti müqavilələrinə əsasən ümumilikdə 13214,08 manat tələb hüququ iddiaçıya güzəşt edilmişdir. Qanunvericiliyin tələbinə görə, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir.
24. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçı tərəfindən tələb edilən borcun mövcudluğunu etiraf etmiş, lakin həmin borcu tütün şəklində ödəmək istədiyini bildirmişdir. İddiaçı tərəfindən cavabdehdən tutulması tələb edilən borc cavabdeh tərəfindən qəbul edildiyindən məhkəmə təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir.
25. AR Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
26. Beləliklə, qeyd olunan normaların tələblərini və göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, Cavabdeh 13615,67 manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir.
27. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu qismində 129,64 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, həmçinin ödənilməmiş 1,20 manat dövlət rüsumuna görə pul cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Vİl. Nəticə:
28. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 13615,67 manat məbləğində borc və 129,64 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İş üzrə ödənilməmiş 1,20 manat dövlət rüsumuna görə pul Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova