Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-161/2024 02.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X1 Fondunun Cavabdeh MMC-yə qarşı “9700,38 manat əsas borc, 606,27 manat 15 ay üçün vurulmuş ziyana görə pulun, 100 manat mediasiya xərcinin və 20,91 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: “İcraçı” X4 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli DTF-XM- 014/21 nömrəli xidmət müqaviləsinə əsasən sifarişçi icraçıya Şəki rayonunda yerləşən X2 35,76 ton toxum materialını həmin toxumların “İcraçı”ya verilən andan 5 gün ərzində emal edərək sifarişçiyə veməyi, icraçı isə sifarişçiyə göstərdiyi xidmətə görə haqq ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən icraçının sifarişçiyə göstərdiyi xidmətin dəyəri ƏDV ilə birlikdə 1687,87 manat, 1 ton emal xidmətinin dəyəri 40 manat məbləğində qiymətləndirilir. 3.2-ci bəndinə əsasən bir ton toxum emalı üçün razılaşdırılmış qiymət sabitdir və hər hansı bir dəyişikliyə məruz qaldıqda əlavə razılaşma ilə müəyyən edilir. 3.4cü bəndinə əsasən sifarişçi bu müqavilənin 1.3-cü bəndində nəzərdə tutulmuş məbləğin 30%-ni qabaqcadan, qalan 70%-ni isə emal edilmiş toxumu təhvil alanadək təqdim olunan hesab-faktura əsasında 2 iş günü ərzində icraçının hesabına köçürür. xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixli DTF-XM-014/21 nömrəli müqaviləyə 1 nömrəli Əlavə razılaşmadan görünür ki, sifarişçi qeyd olunan müqavilədə göstərilmiş həcmdən əlavə olaraq 40 ton toxum materialının Şəki rayonunda yerləşən X2 emal edilməsini sifariş etmiş, icraçı isə əsas toxum verildiyi andan 6 gün ərzində müqavilənin şərtləri ilə emal prosesini həyata keçirməyi öhdəsinə götürmüşdür. Razılaşmanın 2-ci bəndinə əsasən sifarişçiyə göstərilmiş xidmətin dəyəri ƏDV daxil 1888 manat təşkil edir. Bir ton toxum emalı üçün isə xidmətin dəyəri 40 manatdır. xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixli DTF-XM-014/21 nömrəli müqaviləyə 2 nömrəli Əlavə razılaşmadan görünür ki, sifarişçi qeyd olunan müqavilədə göstərilmiş həcmdən əlavə olaraq 17,78 ton toxum materialının Şəki rayonunda yerləşən X2 emal edilməsini sifariş etmiş, icraçı isə əsas toxum verildiyi andan 6 gün ərzində müqavilənin şərtləri ilə emal prosesini həyata keçirməyi öhdəsinə götürmüşdür. Razılaşmanın 2-ci bəndinə əsasən sifarişçiyə göstərilmiş xidmətin dəyəri ƏDV daxil 839,20 manat təşkil edir. Bir ton toxum emalı üçün isə xidmətin dəyəri 40 manatdır. xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixli DTF-XM-014/21 nömrəli müqaviləyə 3 nömrəli Əlavə razılaşmadan görünür ki, sifarişçi qeyd olunan müqavilədə göstərilmiş həcmdən əlavə olaraq 11,30 ton toxum materialının Şəki rayonunda yerləşən X2 emal edilməsini sifariş etmiş, icraçı isə əsas toxum verildiyi andan 2 gün ərzində müqavilənin şərtləri ilə emal prosesini həyata keçirməyi öhdəsinə götürmüşdür. Razılaşmanın 2-ci bəndinə əsasən sifarişçiyə göstərilmiş xidmətin dəyəri ƏDV daxil 533,36 manat təşkil edir. Bir ton toxum emalı üçün isə xidmətin dəyəri 40 manatdır. xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixli DTF-XM-014/21 nömrəli müqaviləyə 4 nömrəli Əlavə razılaşmadan görünür ki, sifarişçi qeyd olunan müqavilədə göstərilmiş həcmdən əlavə olaraq 12,38 ton toxum materialının Şəki rayonunda yerləşən X2 emal edilməsini sifariş etmiş, icraçı isə əsas toxum verildiyi andan 2 gün ərzində müqavilənin şərtləri ilə emal prosesini həyata keçirməyi öhdəsinə götürmüşdür. Razılaşmanın 2-ci bəndinə əsasən sifarişçiyə göstərilmiş xidmətin dəyəri ƏDV daxil 438,20 manat təşkil edir. Bir ton toxum emalı üçün isə xidmətin dəyəri 30 manatdır. xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixli DTF-XM-014/21 nömrəli müqaviləyə 5 nömrəli Əlavə razılaşmadan görünür ki, sifarişçi qeyd olunan müqavilədə göstərilmiş həcmdən əlavə olaraq 8,20 ton toxum materialının Şəki rayonunda yerləşən X2 emal edilməsini sifariş etmiş, icraçı isə əsas toxum verildiyi andan 2 gün ərzində müqavilənin şərtləri ilə emal prosesini həyata keçirməyi öhdəsinə götürmüşdür. Razılaşmanın 2-ci bəndinə əsasən sifarişçiyə göstərilmiş xidmətin dəyəri ƏDV daxil 290,28 manat təşkil edir. Bir ton toxum emalı üçün isə xidmətin dəyəri 30 manatdır. xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixli DTF-XM-014/21 nömrəli müqaviləyə 6 nömrəli Əlavə razılaşmadan görünür ki, sifarişçi qeyd olunan müqavilədə göstərilmiş həcmdən əlavə olaraq 13,20 ton toxum materialının Şəki rayonunda yerləşən X2 emal edilməsini sifariş etmiş, icraçı isə əsas toxum verildiyi andan 2 gün ərzində müqavilənin şərtləri ilə emal prosesini həyata keçirməyi öhdəsinə götürmüşdür. Razılaşmanın 2-ci bəndinə əsasən sifarişçiyə göstərilmiş xidmətin dəyəri ƏDV daxil 623,04 manat təşkil edir. Bir ton toxum emalı üçün isə xidmətin dəyəri 40 manatdır. xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixli DTF-XM-014/21 nömrəli müqaviləyə 7 nömrəli Əlavə razılaşmadan görünür ki, sifarişçi qeyd olunan müqavilədə göstərilmiş həcmdən əlavə olaraq 216,480 ton toxum materialının Şəki rayonunda yerləşən X2 emal edilməsini sifariş etmiş, icraçı isə əsas toxum verildiyi andan 30 gün ərzində müqavilənin şərtləri ilə emal prosesini həyata keçirməyi öhdəsinə götürmüşdür. Razılaşmanın 2-ci bəndinə əsasən sifarişçiyə göstərilmiş xidmətin dəyəri ƏDV daxil 7663,39 manat təşkil edir. Bir ton toxum emalı üçün isə xidmətin dəyəri 30 manatdır. xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixli DTF-XM-014/21 nömrəli müqaviləyə 8 nömrəli Əlavə razılaşmadan görünür ki, sifarişçi qeyd olunan müqavilədə göstərilmiş həcmdən əlavə olaraq 4600 kq toxum materialının Şəki rayonunda yerləşən X2 emal edilməsini sifariş etmiş, icraçı isə əsas toxum verildiyi andan 1 gün ərzində müqavilənin şərtləri ilə emal prosesini həyata keçirməyi öhdəsinə götürmüşdür. Razılaşmanın 2-ci bəndinə əsasən sifarişçiyə göstərilmiş xidmətin dəyəri ƏDV daxil 162,84 manat təşkil edir. Bir ton toxum emalı üçün isə xidmətin dəyəri 30 manatdır. İş materiallarında olan təhvil-təslim aktlarından görünür ki, xx.xx.2021-ci il tarixdə buğdadan 20600 kq və arpadan isə 7660 kq, xx.xx.2021-ci il tarixdə 5900 kq arpa, xx.xx.2021-ci il tarixdə 3240 kq, xx.xx.2021-ci il tarixdə 3345 kq, xx.xx.2021-ci il tarixdə 6200 kq, xx.xx.2021-ci il tarixdə 5900 kq, xx.xx.2021-ci il tarixdə 8440 kq, xx.xx.2021-ci il tarixdə 5470 kq həcmində toxumu X5 Zavodunun nümayəndələri Y.Alxasov və R.Əhmədov Cavabdeh MMC-nin nümayəndəsi İ.Abdullayevə təhvil vermiş və hər iki tərəf aktı imzalamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 494026 nömrəli elektron qaimədən görünür ki, X4 tərəfindən alıcı Cavabdeh MMC-yə xidmət göstərilməsinə görə ödənilməli 14126,25 manat məbləğin əks olunduğu həmin qaimə sonuncuya təqdim edilmişdir. Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, iddiaçı bununla bağlı sonuncuya müraciət etmiş və ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmalarına baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə, əlavə razılaşmalar, təhvil-təslim aktları, elektron qaimə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra mətndə MM ) maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 752.1). Məhkəmə ilk növbədə onu qeyd edir ki, hazırkı mübahisə üzrə tərəflər aralarında bağlanmış müqaviləni xidmət müqaviləsi adlandırsalar da, onlar arasında bağlanmış müqavilə hüquqi mahiyyətinə görə podrat müqaviləsidir. Belə ki, iddiaçı cavadehin sifarişi əsasında müqavilə və ona əlavə razılaşmalarla nəzərdə tutulmuş miqdarda buğda və arpa məhsullarının emalı ilə bağlı hərəkətləri icra etməyi və sonuncu isə icraçının bu hərəkətlərinin qarşılığında muzd ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli DTF-XM-014/21 nömrəli xidmət müqaviləsinə əsasən sifarişçi icraçıya Şəki rayonunda yerləşən X2 35,76 ton toxum materialını həmin toxumların “İcraçı”ya verilən andan 5 gün ərzində emal edərək sifarişçiyə veməyi, icraçı isə sifarişçiyə göstərdiyi xidmətə görə haqq ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən icraçının sifarişçiyə göstərdiyi xidmətin dəyəri ƏDV ilə birlikdə 1687,87 manat, 1 ton emal xidmətinin dəyəri 40 manat məbləğində qiymətləndirilir. 3.2-ci bəndinə əsasən bir ton toxum emalı üçün razılaşdırılmış qiymət sabitdir və hər hansı bir dəyişikliyə məruz qaldıqda əlavə razılaşma ilə müəyyən edilir. 3.4-cü bəndinə əsasən sifarişçi bu müqavilənin 1.3-cü bəndində nəzərdə tutulmuş məbləğin 30%-ni qabaqcadan, qalan 70%ni isə emal edilimiş toxumu təhvil alanadək təqdim olunan hesab-faktura əsasında 2 iş günü ərzində icraçının hesabına köçürür. Müqaviləyə 1, 2, 3, 4, 5, 6, 7, 8 nömrəli Əlavə razılaşmalardan və təhvil-təslim aktlarından göründüyü kimi iddiaçı tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilərək tərəflər arasında razılşadırılmış həcmdə toxum cavabdehə təhvil verilsə də, cavabdeh müqavilə üzrə görülmüş işlərə görə 14126,25 manat dəyərində haqq ödəməli olmasına baxmayaraq 4425,87 manat ödəniş etmiş, qalan 9700,38 manat məbləği ödəməmişdir. İddiaçı həmin qalıq məbləği mübahisələndirir ki, göründüyü kimi bunda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə qeyd edir ki, 9700,38 manat borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı onun tərəfindən alıcı Cavabdeh MMC-yə müvafiq olaraq 14126,25 manat məbləğində xidmət göstərilməsi ilə əlaqədar ödənilməli borca dair xx.xx.2020-ci il tarixli 868753 nömrəli elektron qaiməni məhkəməyə təqdim edilmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş həmin elektron qaiməyə münasibətdə qeyd edir ki, həmin qaimə məhkəmə tərəfindən birbaşa sübut qismində qəbul edilməsə də, iş materiallarında olan müqaviləyə əlavə razılaşmalar, təhvil-təslim aktları ilə birlikdə qiymət verildikdə cavabdehin borcunun qaldığı təsdiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Bundan başqa iddiaçı 15 ay üçün vurulmuş ziyana görə 606,27 manat pulun ödənilməsini də tələb edir ki, iddiaçı ərizəsində və məhkəmə iclasında verdiyi izahatında həmin məbləği əsas borca gecikdirilmiş illik 5 % olaraq tələb etmişdir. Odur ki, məhkəmə 606,27 manat məbləğə ziyan olaraq deyil, əsas borca illik 5 %-lə hesablanmalı faiz borcu kimi hüquqi qiymət verir. Məhkəmə 606,27 manat pulun da ödənilməsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7.-ci maddəsinə əsasən bu Məcələdə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə ilik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə tərəfindən adi hesablama aparıldıqda müəyyən olunur ki, gecikdirilmiş borca illik 5 %-lə hesablanmış faiz borcu 606,27 manat (9700,38 * 5 % = 485,019 manat 1 il üçün, 485,019 / 12 ay = 40,42 manat 1 ay üçün, 40,42 * 15 ay = 606,27) təşkil edir ki, 606.27 manat Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdehdən 9700,38 manat əsas borc, 15 ay üçün əsas məbləğə illik 5 %-ə hesablanmış 606,27 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 120,92 manat təşkil edir. İddia tələbi təmin edidliyindən ödənilməli 120,92 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin iddiaçı tərəfindən 20,91 manat dövlət rüsumu ödənilmiş, 100,01 manat dövlət rüsumu ödənilməmiş qalmışdır. Bu səbəbdən ödənilməmiş qalan 100,01 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda iddiaçı 100 manat mediasiya xərci ödəmiş və həmin məbləği, eləcə də ödədiyi 20,91 manat dövlət rüsumunu cavabdehdən tələb etdiyindən həmin məbləğlər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 9700,38 manat əsas borc, 606,27 manat 15 ay üçün faiz, 100 manat mediasiya xərci və 20,91 manat tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X1 Fonduna ödənilsin. Ödənilməmiş 100,01 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-161/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-161/2024
02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver