Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1621/2022 14.12.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “11837,14 manat məbləğində əsas borcun və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “11837,14 manat məbləğində əsas borcun və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 084/2020 nömrəli “Məhsulların nisyə alqı-satqısı” haqqında müqaviləyə əsasən, satıcı alıcıya nisyə (borc) olaraq ümumi dəyəri 11837,14 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmağı, alıcı isə 11837,14 manat məbləğini 3 ay müddətinə pul şəklində ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, 11837,14 manat məbləğində məhsul İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. Hər iki tərəf öz imzaları ilə aktın doğruluğunu təsdiq etmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli "Mövcud borcun etirafı haqqında" müqavilədən görünür ki, həmin tarixə Cavabdeh 11837,14 manat məbləğində ödənilməmiş borcu yaranmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən borclu kreditora 11837,14 manat borcunun olduğunu tam etiraf edir və borcunu müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən, borclu borc məbləğini bu müqavilə bağlandıqdan sonra hər ay 3945,7 manat olmaqla, xx.xx.20221-ci il tarixinədək tam olaraq kreditora ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndinə əsasən, ödəniş gecikdirildiyi təqdirdə hər gecikdirilən gün üçün ümumi məbləin 0,5 %-i həcmində dəbbə pulu hesablanacaq. Müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Cavabdeh ilə aralarında xx.xx.2022-ci il tarixdə müqavilə imzalanmışdır. Lakin, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin, məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin (bundan sonra mətndə-MPM) 185-ci maddəsinə əsasən mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada materiallar məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2020-ci il tarixli Məhsulların nisyə alqı-satqısı müqaviləsi, təhviltəslim aktı, cavabdehin ərizəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 567,568.1, 600-cü maddələri) Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında müxtəlif çeşidli məhsulların alqı-satqısı ilə bağlı münasibətlər yaranmış və müqavilə öhdəliyinin cavabdeh tərəfindən icra edilməməsi nəticəsində mübahisə yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 084/2020 nömrəli “Məhsulların nisyə alqı-satqısı” haqqında müqaviləyə əsasən, satıcı alıcıya nisyə (borc) olaraq ümumi dəyəri 11837,14 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmağı, alıcı isə 11837,14 manat məbləğini 3 ay müddətinə pul şəklində ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktı ilə 11837,14 manat məbləğində məhsulun İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilməsi öz təsdiqini tapmışdır.Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli "Mövcud borcun etirafı haqqında" müqavilə ilə Cavabdeh 11837,14 manat məbləğində ödənilməmiş borcuun olmasını alıcı tərəf təsdiq edirlər. Həmçinin xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh iddiaçıya olan 11837,14 manat məbləğində borcunun olmasını etiraf etmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alıb hesab edir ki, cavabdehin 11837,14 manat məbləğində iddiaçıya borcunun olması tam təsdiq olunur və bunun əksini təsdiqləyə bilən arqumentləri cavabdeh təqdim etməmiş, hər hansı bir etirazını bildirməmişdir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Məhkəmə iş materiallarını keçirib hesab edir ki, təqdim edilən sübutlar cavabdehin borcunun mövcudluğunu təsdiqləyir. Odur ki, tələbi təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Hazırki müabhisə üzrə ödənilməli dövlət rüsumunun məbləği 125,51 manat olmalıdır ki, iddiaçı tərəf 200 manat mediasiya xərcini ödədiyindən dövlət rüsumu ödəməkdən azad olunur. Odur ki, 125,51 ödənilməmiş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı 200 manat məbləğində mediasiya xərcini cavabdehdən tələb etdiyindən həmin mediasiya xərci də cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 11837,14 manat məbləğində əsas borc və 200 manat mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 125,51 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1621/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1621/2022
14.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver