Məhkəmə qərarları › İş №e-2-2(117)-1622/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1622/2022

06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1622/2022 06.12.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “9454,62 manat borc və 100 manat mediasiya rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “9454,62 manat borc və 100 manat mediasiya rüsumunun tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC Cavabdeh arasında bağlanmış 29 noyabr 2021-ci il tarixli ********** nömrəli müqaviləyə əsasən fermer öz qanuni istifadəsində olan Ağcabədi rayon (şəhər), Kəbirli kənd (qəsəbə) ərazisində yerləşən 27,22 ha torpaq alıcı tərəfindən göstəriləcək aqrotexniki xidmətlərə görə və toxum almaqla borclanaraq və ya fermer kartından istifadə etməklə toxumun dəyərini ödəmək şərtilə şəkər çuğunduru (bundan sonra “məhsul” adlandırılacaq) bitkisini yetişdirib, əldə olunan məhsulu alıcıya satmağı, alıcı isə təhvil verilmiş məhsulun müqabilində bu müqavilədə müəyyən olunmuş şərtlərlə hesablanmış məbləği, toxumun dəyərini və aqrotexniki işlərə görə ödənilmiş məbləğ çıxıldıqdan sonra, müvafiq hesab-fakturanın sistemə daxil edildiyindən sonrakı 15 iş günü ərzində, VÖENİ olmayan fermerlər tərəfindən təhvil verilən məhsulun dəyərini isə toxumun dəyəri və aqrotexniki işlərə görə ödənilmiş məbləğ çıxıldıqdan sonra, 15 iş günü ərzində malların təhvil-təslim aktı sənədi əsasında bank köçürməsi qaydasında fermerə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 8.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və 12 ay müddətinə qüvvədədir. İddiaçı tərəfindən cavabdehə məxsus sahəyə 9454,62 manat dəyərində mal satılmış və xidmət görülmüş, lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməmiş və nəticədə 9454,62 manat ödənilməmiş borcu qalmışdır. Borcun olması görülmüş işlərin, xidmətlərin təhvil-təslimi aktı və malların fiziki şəxslərə təhvili-qəbulu qəbzi ilə öz təsdiqini tapır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyindən onun ödənilməmiş 9454,62 manat borcu qalmışdır. İş materiallarına əlavə edilmiş təhvil-təslim aktından və malların fiziki şəxslərə təhviliqəbulu qəbzindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 2329,62 manat və eyni tarixdə 7125 manat dəyərində cavabdehə mal satılmış və xidmətlər göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada bildiriş göndərilmiş, xx.xx.2022ci l tarixdə Qəzyan poçt şöbəsi tərəfindən məhkəməyə təqdim olunmuş teleqrama əsasən, bildirş xx.xx.2022-ci il tarixdə cavabdehin atası X1 imza etdirilməklə çatdırılsa da, bildiriş naməlum səbəblərdən itirilmişdir. Burdan da göründüyü kimi, bildiriş cavabdehin atası tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, lakin iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Sübutlar məhkəməyə təqdim olunmuşdur. Həmin sübutlara: iş və xidmətlərin görülməsi barədə akt, malların fiziki şəxslərə təhvili-qəbulu qəbzi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 567, 600-cü maddəsinin 1-ci və 3-cü bəndləri). Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında xidmət və alqı-satqı münasibətlərindən əmələ gələn qarışıq müqavilə bağlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı MMC Cavabdeh arasında bağlanmış 29 noyabr 2021-ci il tarixli ********** nömrəli müqaviləyə əsasən fermer öz qanuni istifadəsində olan Ağcabədi rayon (şəhər), Kəbirli kənd (qəsəbə) ərazisində yerləşən 27,22 ha torpaq alıcı tərəfindən göstəriləcək aqrotexniki xidmətlərə görə və toxum almaqla borclanaraq və ya fermer kartından istifadə etməklə toxumun dəyərini ödəmək şərtilə şəkər çuğunduru (bundan sonra “məhsul” adlandırılacaq) bitkisini yetişdirib, əldə olunan məhsulu alıcıya satmağı, alıcı isə təhvil verilmiş məhsulun müqabilində bu müqavilədə müəyyən olunmuş şərtlərlə hesablanmış məbləği, toxumun dəyərini və aqrotexniki işlərə görə ödənilmiş məbləğ çıxıldıqdan sonra, müvafiq hesabfakturanın sistemə daxil edildiyindən sonrakı 15 iş günü ərzində, VÖENİ olmayan fermerlər tərəfindən təhvil verilən məhsulun dəyərini isə toxumun dəyəri və aqrotexniki işlərə görə ödənilmiş məbləğ çıxıldıqdan sonra, 15 iş günü ərzində malların təhvil-təslim aktı sənədi əsasında bank köçürməsi qaydasında fermerə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə 9454,62 manat avans verilmiş və xidmət görülmüş, lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməmiş və nəticədə 9454,62 manat ödənilməmiş borcu qalmışdır. Borcun olması iş və xidmətlərin görülməsi barədə akt və malların fiziki şəxslərə təhvili-qəbulu aktı ilə öz təsdiqini tapır. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də cavabdeh öhdəliyini lazımınca yerinə yetirməmiş və nəticədə onun iddiaçıya 9454,62 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 114,55 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən həmin dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bununla yanaşı 100 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 9454,62 manat borc və 100 manat mediasiya xərci tutularaq İddiaçı MMCnin xeyrinə ödənilsin. Cavabdeh 114,55 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar