Məhkəmə qərarları › İş №e-2-2(117)-1673/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1673/2022

20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1673/2022 20.12.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “1571,25 manat borcun, ilkin mediasiya sessiyasında iştirakla əlaqədar ödənilmiş 60 manatın (35,71 manatı dövlət rüsumuna aid edilməklə) cavabdehdən tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı “1571,25 manat məbləğində borcun, ilkin mediasiya sesssiyasında iştirakla əlaqədar ödənilmiş 60 manat xərcin ödənilməsi” barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. “X1” MMC ilə Cavabdeh arasında 8 ha və 12 ha torpaq sahələrinə dair xx.xx.2018-ci il tarixli 12 nömrəli, xx.xx.2018-ci il tarixli 1211 nömrəli müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən, istehsalçı mülkiyyət hüququ ilə özünə məxsus olan/icarəyə götürdüyü (torpağa mülkiyyət, istifadə və ya icarə hüquqlarını təsdiq edən sənədlərin notarial qaydada, yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş surəti bu müqaviləyə əlavə olunur) Ağdaş rayon Şəmsabad kəndində yerləşən 8 ha və 12 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X1” MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini İstehsalçının borclarını çıxmaq şərtilə İstehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələrin 2.4-cü bəndinin c yarımbəndinə əsasən, Cavabdeh pambıq pambığı xx.xx.2018-ci il tarixindən gec olmamaq şərti ilə son məhsuladək yığıb “X1” MMC-yə təhvil verməlidir. Müqavilələrin 2.4-cü bəndinin e yarımbəndinə əsasən Cavabdeh MMC-dən aldığı borcu tam həcmdə 1 dekabr 2018-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələrin 6.2-ci bəndinə əsasən, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 il müddətinə qüvvədədir. İddiaçı tərəfindən cavabdehin sifarişi əsasında 14063,80 manat dəyərində xampambıq təhvil verilmiş, işlər görülmüş və xidmətlər göstərilmiş, lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməmiş və nəticədə 1571,25 manat ödənilməmiş borcu qalmışdır. Borcun olması iş və xidmətlərin görülməsi barədə akt, üzləşmə aktı və ödəniş qəbzləri ilə öz təsdiqini tapır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyindən onun ödənilməmiş 1571,25 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli üzləşmə aktından görünür ki, cavabdeh tərəfindən 14063,80 manat məbləğində xam-pambıq təhvil verilmiş, 1571,25 manat ödənilməmiş borcu qalmışdır. Hər iki tərəf öz imzaları ilə aktın doğruluğunu təsdiq etmişlər. İş materiallarında olan Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı MMC hüquqi şəxs olaraq xx.xx.2018-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmış, digər kənd təsərrüfatı müəsissələrinin, həmçinin “X1” MMC-nin qoşularaq yenidən təşkil edilməsi nəticəsində yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən cavabdehə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada bildiriş təqdim olunmasına baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Sübutlar məhkəməyə təqdim olunmuşdur. Həmin sübutlara: iş və xidmətlərin görülməsi barədə akt, üzləşmə aktı, ödəniş qəbzləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İlkin olaraq qeyd edilməlidir ki, “X1” MMC sonradan yenidən təşkil edilməsi nəticəsində hazırkı hüquqi şəxsə birləşdirindən hazırkı iddiaçının bu tələblə çıxış etmə hüququ mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə- MM) 56.2-ci maddəsinə əsasən hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (MM maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1). Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında podrat, xidmət və alqı-satqı münasibətlərindən əmələ gələn qarışıq müqavilə bağlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, “X1” MMC ilə Cavabdeh arasında 8 ha və 12 ha torpaq sahələrinə dair xx.xx.2018-ci il tarixli 12 nömrəli, xx.xx.2018-ci il tarixli 1211 nömrəli müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən, istehsalçı mülkiyyət hüququ ilə özünə məxsus olan/icarəyə götürdüyü (torpağa mülkiyyət, istifadə və ya icarə hüquqlarını təsdiq edən sənədlərin notarial qaydada, yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş surəti bu müqaviləyə əlavə olunur) Ağdaş rayon Şəmsabad kəndində yerləşən 8 ha və 12 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X1” MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini İstehsalçının borclarını çıxmaq şərtilə istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələrin 2.4-cü bəndinin c yarımbəndinə əsasən, Cavabdeh pambıq pambığı xx.xx.2018-ci il tarixindən gec olmamaq şərti ilə son məhsuladək yığıb “X1” MMC-yə təhvil verməlidir. Müqavilələrin 2.4-cü bəndinin e yarımbəndinə əsasən Cavabdeh MMC-dən aldığı borcu tam həcmdə 1 dekabr 2018-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələrin 6.2-ci bəndinə əsasən, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 il müddətinə qüvvədədir. İddiaçı tərəfindən cavabdehin sifarişi əsasında 14063,80 manat dəyərində xampambıq təhvil verilmiş, işlər görülmüş və xidmətlər göstərilmiş, lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməmiş və nəticədə 1571,25 manat ödənilməmiş borcu qalmışdır. Borcun olması iş və xidmətlərin görülməsi barədə akt, üzləşmə aktı və ödəniş qəbzləri ilə öz təsdiqini tapır. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli üzləşmə aktından görünür ki, cavabdeh tərəfindən 14063,80 manat məbləğində xam-pambıq təhvil verilmiş, 1571,25 manat ödənilməmiş borcu qalmışdır. Hər iki tərəf öz imzaları ilə aktın doğruluğunu təsdiq etmişlər. Məhkəmə iş materiallarını araşdırıb qeyd edir ki, iş materiallarına əlavə edilmiş iş və xidmətlərin görülməsi barədə aktlar, üzləşmə aktı və ödəniş qəbzləri cavabdehin borcunun mövcudluğunu təsdiqləyir. Odur ki, iddiaçının tələbi təmin edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 35,71 manat olmalıdır ki, iddiaçı 60 manat mediasiya xərcini ödədiyindən dövlət rüsumu ödəməkdən azaddır. İddia tələbi təmin edildiyindən 35,71 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə iddiaçı mediasiya xərci olaraq cəmi 60 manat məbləğində vəsaiti cavabdehdən tələb etdiyindən, həmin mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1571,25 manat borc və 60 manat mediasiya xərci tutularaq İddiaçı MMCnin xeyrinə ödənilsin. Cavabdeh ödənilməmiş 35,71 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar