Məhkəmə qərarları › İş №e-2-2(117)-1676/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1676/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1676/2024 26.11.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızı, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “10 noyabr 2021-ci il tarixli AK-339 saylı müqaviləyə əsasən 11.530.79 manat əsas borc, 3871.67 manat lizinq mükafatı, 800 manat dəbbə borcu olmaqla cəmi 16202.46 manat, 10 noyabr 2021-ci il tarixli AK.340 saylı müqaviləyə əsasən 7844.65 manat əsas borc, 2322.44 manat lizinq mükafatı, 600 manat dəbbə borcu olmaqla cəmi 10767.09 manat, ümumilikdə 26969.55 məbləğində borcun, iddiа ərizəsinə görə ödənilmiş 170 mаnаt dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada "xxxx" MMC-nin xeyrinə tutulması, lizinq predmeti olan Audi A4 minik markalı **-PR-*** minik markalı avtomobilin mülkiyyətçisinə qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ərizə ilə məhkəməyə müraciət edərək “10 noyabr 2021-ci il tarixli AK-339 saylı müqaviləyə əsasən 11.530.79 manat əsas borc, 3871.67 manat lizinq mükafatı, 800 manat dəbbə borcu olmaqla cəmi 16202.46 manat, 10 noyabr 2021-ci il tarixli AK.340 saylı müqaviləyə əsasən 7844.65 manat əsas borc, 2322.44 manat lizinq mükafatı, 600 manat dəbbə borcu olmaqla cəmi 10767.09 manat, ümumilikdə 26969.55 məbləğində borcun, iddiа ərizəsinə görə ödənilmiş 170 mаnаt dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada "xxxx" MMC-nin xeyrinə tutulması, lizinq predmeti olan Audi A4 minik markalı **-PR-*** minik markalı avtomobilin mülkiyyətçisinə qaytarılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Əvvəlcə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə sənədlər Cavabdeh1 çatdırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. İşin məhkəmə araşdırılması zamanı müəyyən olunduğu kimi cavabdehlərdən biri kimi Cavabdeh1 iddia ərizəsi və ona əlavə sənədlər çatdırılmamışdır. Belə ki, Elektron Məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən Cavabdeh1 VÖEN-i mövcud deyildir ki, bu halda sonuncuya münasibətdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər kağız daşıyıcıda (cavabdehin elektron kabineti olmadıqda poçt vasitəsilə) çatdırılmalıdır. Lakin iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin Cavabdeh1 göndərilməsinə dair sübut məhkəməyə təqdim edilməmişdir ki, bu hal iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Kommersiya mübahisələri üzrə pretenziya qaydasına riayət edilməsi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə çatdırılmalı olması barədə qanunvericiliyin tələbləri formal xarakter daşımır. Çatdırılma və ya təqdim olunma dedikdə həmin sənədlərin rəsmi olaraq qarşı tərəfə verilməsi kimi başa düşülür. Belə təqdim olunmada qanunvericiliyin güddüyü əsas məqsəd qarşı tərəfin ona qarşı qaldırılmış iddiadan əvvəlcədən məlumatlı olması, müdafiəsini təşkil etməsinə imkan yaradılması və iddiaçının tələbinin hüquqi əsasını təşkil edən sənədlərlə məhkəmə iclasınadək tanış olmasıdır. İddiaçı tərəf hazırkı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi prinsiplərindən biri də çəkişmə prinsipidir ki, çəkişmə prinsipi təmin olunmadan ədalət mühakiməsinin həyata keçirilməsi yolverilməzdir. Nə qədər ki, iddiaçı tərəfindən cavabdeh Bayramov Asimə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin çatdırılması təmin edilməyib sonuncu məhkəmə araşdırmasının gedişindən məlumatı olmayacaq və iddia ərizəsinin tərkib hissəsi hesab edilən cavabdehlərin ünvanı barədə rəsmi sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədən hazırki işə baxıla bilməz. Qeydiyyat ünvanı üzrə yaşamayan və faktiki yaşadığı ünvan məlum olmayan hər hansı borcluya qarşı iddia tələbinin irəli sürülməsinin mümkünlüyünə dair məhkəmə qeyd edir ki, qanunverici iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə cavabdehə çatdırlmasını təmin etmək vəzifəsini məhz iddiaçının üzərinə qoymuşdur və belə təqdimetməni təmin etmək iddiaçının vəzifəsidir ki, qanunvericiliyin bu tələbləri formal xarakter daşımır. Qeyd olunduğu kimi çatdırılma və ya təqdim olunma dedikdə həmin sənədlərin rəsmi olaraq qarşı tərəfə verilməsi kimi başa düşülür ki, belə təqdim olunmada qanunvericiliyin güddüyü əsas məqsəd qarşı tərəfin ona qarşı qaldırılmış iddiadan əvvəlcədən məlumatlı olması, müdafiəsini təşkil etməsinə imkan yaradılması və çəkişmə prinsipinin təmin edilməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qanunvericiliyin iddia ərizəsinin forma və məzmuna dair tələblərə riayət edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prossesul Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Hazırki iddia ərizəsində tələbin “Lizinq Predmeti olan Audi A4 minik markalı **-PR- *** minik markalı avtomobilin mülkiyyətçisinə qaytarılması” hissəsinin hansı cavabdehə qarşı yönəlməsi qeyd edilməmişdir. Məhkəmə irəli sürülmüş tələbə baxaraq qeyd edir ki, iddiaçının tələbi bu hissədə dəqiq və aydın deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə riayət etməklə ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbi üzrə ödənilmiş 170 manat dövlət rüsumu Şirvan Kommersiya Məhkəməsinin hesabına ödənildiyindən Şəki Kommersiya Məhkəməsi tərəfindən ödənilmiş dövlət rüsumu qaytarılmır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “10 noyabr 2021-ci il tarixli AK-339 saylı müqaviləyə əsasən 11.530.79 manat əsas borc, 3871.67 manat lizinq mükafatı, 800 manat dəbbə borcu olmaqla cəmi 16202.46 manat, 10 noyabr 2021-ci il tarixli AK.340 saylı müqaviləyə əsasən 7844.65 manat əsas borc, 2322.44 manat lizinq mükafatı, 600 manat dəbbə borcu olmaqla cəmi 10767.09 manat, ümumilikdə 26969.55 məbləğində borcun, iddiа ərizəsinə görə ödənilmiş 170 mаnаt dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada "xxxx" MMC-nin xeyrinə tutulması, lizinq predmeti olan Audi A4 minik markalı **-PR-*** minik markalı avtomobilin mülkiyyətçisinə qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar