Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1691/2022 21.12.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “1464,77 manat əsas borcun, 402,80 manat cərimə borcunun və ödənilmiş mediasiya xərcinə görə 60 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək “1464,77 manat əsas borcun, 402,80 manat cərimə borcunun və ödənilmiş mediasiya xərcinə görə 60 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixli ********* nömrəli xam pambığın alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, satıcı 4,30 ha torpaq sahəsində pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam-pambığı bütünlüklə mövcud standartlara və xx.xx.2007-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xam-pambığın yığılması və tədarükünə dair təlimatın” tələblərinə əsasən Azərbaycan X1 Pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və alıcıda saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə, müqavilədə qeyd olunmuş qiymətlərlə alıcının mülkiyyətinə tədarük mövsümü vaxtı, lakin 15 noyabr 2021-ci il tarixindən gec olmayaraq təhvil verməyi, alıcı isə qəbul etdiyi xam-pambığın kondisiya kütləsinin dəyərini müqavilə ilə müəyyən edilmiş qaydada alıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.8-ci maddəsinə əsasən satıcı tərəfindən pambıq əkilmədikdə, alıcı müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulan avansın verilməsini dayandıra bilər. Bu halda satıcı aldığı avans məbləğinin 2 (iki) mislini alıcıya geri qaytarır. Belə olan halda satıcı tərəfindən alıcıya razılaşdırılmış həcmdə xam-pambığın təhvil verilməməsinə görə hazırki müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş cərimə məbləği tətbiq edilmir. Müqavilənin 4.1-ci bəndinə əsasən satıcı müqavilədə göstərilən həcmdə xampambıq təhvil verməsə, bunun nəticəsində yaranmış əsas borcun hər gecikdirilən gün üçün alıcıya 0,1% həcmdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş “Qiymətlərin razılaşdırılması Protokolu”ndan görünür ki, 1-ci növ xam pambığın dəyəri 650 manat, ikinci növ xam pambığın dəyəri 630 manat, 3-cü növ xam pambığın dəyəri 590 manat və dördüncü növ xam pambığın dəyəri 550 manat müəyyən olunmuşdur. İş materiallarında olan maliyyə arayışından da görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixinə 1464,77 manat əsas borc, gecikdirilmiş 275 gün üçün hesablanmış 402,80 manat cərimə borcu mövcuddur. Hər iki tərəfin imzaları ilə təsdiq olunmuş xx.xx.2021-ci il tarixli 190169 və 190170 nömrəli, xx.xx.2021-ci il tarixli 190513 nömrəli ödəniş qəbzlərindən də aydın olur ki, ümumilikdə 5268,47 manat dəyərində satıcı tərəfindən xam-pambıq təhvil verilmişdir ki, bu da müqavilədə nəzərdə tutulmuş miqdardan az olmuşdur. Nəticədə cavabdehin təhvil aldığı avansın dəyəri tam ödənilmədiyindən iddiaçıya 1464,77 manat əsas borcu yaranmışdır. Təqdim edilmiş xx.xx.2021-ci il tarixli ********* nömrəli müqavilə üzrə verilmiş avans və qaytarılmış borc cədvəlindən görünür ki, Cavabdeh ümumilikdə 6733,24 manat avans verilmiş, 5268,4726 manat pambıq təhvil verilməklə qaytarılmışdır. Göründüyü kimi, cavabdeh müqavilə üzrə öhdəliyini tam şəkildə yerinə yetirmədiyindən ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən cavabdehə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada bildiriş təqdim olunmuş və xx.xx.2022-ci il tarixdə cavabdeh iddia tələbinə rəsmi etirazını məhkəməyə təqdim etmişdir. Cavabdeh həmin etirazda qeyd edilmişdir ki, Yevlax rayonu ərazisində mülkiyyətində olan 4,3 ha torpaq sahəsində pambıq bitkisi əkmişdir. Müqavilənin şərtlərinə əsasən bitkinin becərilməsində istifadə olunan toxum materialları, gübrə və s. MMC hesabına ödənilmişdir. Vegetasiya dövründə pambığın becərilməsi MMC-də fəaliyyət göstərən arqonomların üzərinə düşür. Lakin müşahidələr göstərir ki, ziyanvericilərə qarşı və digər məqsədlər üçün nəzərdə tutulan preparatların istifadəsində normadan artıq istifadə hallarına yol verilmişdir. Bunun nəticəsində məhsulun maya dəyəri artmış və gəlir aşağı düşmüşdür. Digər tərəfdən istifadə olunan səpin materialı (toxum) səpin keyfiyyətlərinə- lazım olan standartlara cavab vermir. AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və X2 Regional Mərkəzinin xx.xx.2021-ci il tarixli arayışına əsasən bu rədəm 26% olmuşdur. Göründüyü kimi, toxumun cücərmə faizi normadan çox aşağıdır. Bu səbəblərdən pambıq sahəsindən gözlənilən məhsul yığılmamış və borc yaranmışdır. Odur ki, iddia əsassızdır. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilən xx.xx.2021-ci il tarixli S.00xx.xx.00704, S.00xx.xx.00705, S.00xx.xx.00706, S.00xx.xx.00707,S.00xx.xx.00708 nömrəli xx.xx.2021-ci il tarixli S00xx.xx.00536 və S00xx.xx.00538 nömrəli sertifikatlar və analiz nəticələrinə dair Türkiyə Respublikasının Tarım və Orman Bakanlığının sənədlər təsdiq edir ki, iddiaçıya əkilmək üçün təqdim edilmiş sözügedən pambıq çiyidi 99,9% saf, rütubətlilik səviyyəsi 0% olmuş, cücərmə norması 85-90% təşkil etmiş, heç bir zərərli və s.əlavələr, xəstəliklər aşkar edilməmişdir. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara 2xx.xx.2021ci il tarixli xam-pambığın alqı-satqısı müqaviləsi, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli ödəniş qəbzləri, Qiymətlərin razılaşdırılması Protokolu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 567, 600) İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixli ********* nömrəli xam pambığın alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, satıcı 4,30 ha torpaq sahəsində pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xampambığı bütünlüklə mövcud standartlara və xx.xx.2007-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xam-pambığın yığılması və tədarükünə dair təlimatın” tələblərinə əsasən Azərbaycan X1 Pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və alıcıda saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərlə alıcının mülkiyyətinə tədarük mövsümü vaxtı, lakin 15 noyabr 2021-ci il tarixindən gec olmayaraq təhvil verməyi, alıcı isə qəbul etdiyi xam-pambığın kondisiya kütləsinin dəyərini müqavilə ilə müəyyən edilmiş qaydada alıcıya ödəməyi öhdəsinə götürmüşdür. 2.1.8-ci maddəsinə əsasən satıcı tərəfindən pambıq əkilmədikdə, alıcı müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulan avansın verilməsini dayandıra bilər. Bu halda satıcı aldığı avans məbləğinin 2 (iki) mislini alıcıya geri qaytarır. Belə olan halda, satıcı tərəfindən alıcıya razılaşdırılmış həcmdə xam-pambığın təhvil verilməməsinə görə hazırkı müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş cərimə məbləği tətbiq edilmir. 4.2-ci bəndinə əsasən satıcı müqavilədə göstərilən həcmdə xam-pambıq təhvil verməsə, bunun nəticəsində yaranmış əsas borcun hər gecikdirilən gün üçün alıcıya 0,1% həcmdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından da görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixinə 1464,77 manat əsas borc, gecikdirilmiş 275 gün üçün hesablanmış 402,80 manat cərimə borcu mövcuddur. Hər iki tərəfin imzaları ilə təsdiq olunmuş xx.xx.2021-ci il tarixli 190169 və 190170 nömrəli, xx.xx.2021-ci il tarixli 190513 nömrəli ödəniş qəbzlərindən də aydın olur ki, ümumilikdə 6733,24 manat məbləğində avans verilmiş, 5268,47 manat dəyərində satıcı tərəfindən xam-pambıq təhvil verilmişdir ki, bu da müqavilədə nəzərdə tutulmuş miqdardan az olmuşdur. Nəticədə cavabdehin təhvil aldığı avansın dəyəri tam ödənilmədiyindən iddiaçıya 1464,77 manat əsas borcu yaranmışdır. İddiaçı təqdim etdiyi analiz nəticələrinə dair sənədin tarixi, hansı toxumlara aid olması, həmin toxumun cavabdeh tərəfindən əkilməsi müəyyən edilmir. Belə ki, analiz sənədi xx.xx.2021-ci il tarixdə Yevlax rayonuna gətirilmiş pambıq toxumları ilə bağlıdır. Tərəflər arasında müqavilə xx.xx.2021-ci il tarixdə bağlanmış və mart-aprel ayında əkilmiş pambıq bitkisi ilə bağlıdır. İddiaçının təqdim etdiyi sənəd isə 2021-ci ilin dekabr ayında yəni cavabdeh pambıq bitkisini əkdikdən və məhsul götürdükdən sonrakı dövrə, yəni 2022-ci ildə əkiləcək toxumlara aid olmuşdur. İddiaçının təqdim etdiyi xx.xx.2021-ci il tarixli S.00xx.xx.00704, S.00xx.xx.00705, S.00xx.xx.00706, S.00xx.xx.00707,S.00xx.xx.00708 nömrəli xx.xx.2021-ci il tarixli S00xx.xx.00536 və S00xx.xx.00538 nömrəli sertifikatlar və analiz nəticələrinə dair Türkiyə Respublikasının Tarım və Orman Bakanlığının sənədlər təsdiq edir ki, iddiaçıya əkilmək üçün təqdim edilmiş sözügedən pambıq çiyidi 99,9% saf, rütubətlilik səviyyəsi 0% olmuş, cücərmə norması 85-90% təşkil etmiş, heç bir zərərli və s.əlavələr, xəstəliklər aşkar edilməmişdir. Bunun əksini sübut edən hər hansı hallar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, sadəcə iddia tələbi təkzib edilmişdir. Bundan əlavə cavabdeh tərəfindən 5268,47 manat dəyərində xam-pambıq təhvil verilmiş, əkin müddətində və pambığın qığılması müddətində pambıq toxumlarının bitiş verməməsi ilə bağlı həmin dövrdə cavabdehin yazılı etirazı olmamış, mütəxəssis rəyi və ya aqronomun və tərəflərin iştirakı ilə tərtib edilmiş akt təqdim etməmişdir. Təqdim etdiyi labaratoriya analizi isə ümumi bir sənəd olmaqla cavabdehə verilən və 2021-ci ilin martaprel aylarında əkilən toxumlara aid olması sübut olunmur. İddiaçının təqdim etdiyi sertifikalar və analiz nəticələrinə dair sənəd ümumilikdə iddiaçı tərəfindən alınmış toxumlara aid olduğundan daha mötəbər sübut olaraq qəbul edilməlidir. Alqı-satqı müqaviləsi üzrə öhdəliklər iddiaçı tərəfindən tam icra edilmiş və 6733,34 manat məbləğində zəruri vəsaitlər verilmiş və xidmətlər göstərilmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etməmişdir. Eyni zamanda iş materiallarına əlavə olunmuş sübutlarla Cavabdeh 1464,77 manat əsas borcu, 402,80 manat cərimə borcu olduğu və borcu 275 gün gecikdirdiyi təsdiq edilir. Məhkəmə iddia tələbinin “402,80 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən satıcı müqavilədə göstərilən həcmdə xam-pambıq təhvil verməsə, bunun nəticəsində yaranmış əsas borcun hər gecikdirilən gün üçün alıcıya 0,1% həcmdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 40 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək cavabdehdən 1464,77 manat əsas borc və 40 manat cərimə borcu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia qismən təmin edilsə də, əsas borc məbləği əsasən dəyişmədiyindən 60 manat mediasiya xərci cavabdehdən tutulmalı, həmçinin ödənilməli olan 38,68 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli ********* nömrəli alqı-satqı müqaviləsi üzrə 1464,77 manat əsas borc, 40 manat cərimə borcu və 60 manat mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. Ödənilməmiş 38,68 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1691/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1691/2022
21.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver