Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-17/2021 04.03.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “cavabdehin nizamnaməsinin, vergidən dövlət reyestrindən çıxarışının, qeydiyyat şəhadətnaməsinin, səhmdarlarının yeni reyestrinin, 2016, 2017 və 2018-ci illərin yekununa dair keçirilmiş səhmdarlarının ümumi yığıncağının protokollarının, həmin illərə dair ümumi yığıncağında qeydiyyatdan keçməklə iştirak edən səhmdarların, həmin illər üzrə keçirilmiş ümumi yığıncağına səhmdar olaraq çağırılması ilə bağlı bildirişin, həmin illər üzrə audit rəyi ilə təsdiq edilmiş maliyyə nəticələri barədə (mənfəət və zərər haqqında hesabatlarının) illik hesabatlarının, müəssisənin mühasibat balansının, vergi orqanına təqdim edilmiş mənfəət vergi bəyənnamələrinin və onlara əlavələrin, həmin illər üzrə cəmiyyətin səhmdarlarına dividend hesablanıbhesablanmaması barədə məlumat, əgər hesablanmışdırsa həmin illər üzrə hesablanmış və ödənilmiş dividendlərin məbləğləri barədə müvafiq təsdiqedici sənədlərin, emissiya prospektinin, fiziki və hüquqi şəxslərlə bağlanmış icarə müqavilələrinin surətlərinin, cəmiyyətin balansında olan vəsaitlərin (tikililər, qurğular, avadanlıqlar və s.) siyahısı, halhazırda səhmdar cəmiyyətin adından çıxış edən səlahiyyətli şəxsin kim olması barədə məlumatı və səlahiyyətləri təsdiq edən sənədin surətinin verilməsinin cavabdehə həvalə edilməsi və 2014-cü ildən bu günədək xalis mənfəətdən payına düşən dividendin hesablanaraq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin nizamnaməsinin, vergidən dövlət reyestrindən çıxarışının, qeydiyyat şəhadətnaməsinin, səhmdarlarının yeni reyestrinin, 2016, 2017 və 2018-ci illərin yekununa dair keçirilmiş səhmdarlarının ümumi yığıncağının protokollarının, həmin illərə dair ümumi yığıncağında qeydiyyatdan keçməklə iştirak edən səhmdarların, həmin illər üzrə keçirilmiş ümumi yığıncağına səhmdar olaraq çağırılması ilə bağlı bildirişin, həmin illər üzrə audit rəyi ilə təsdiq edilmiş maliyyə nəticələri barədə (mənfəət və zərər haqqında hesabatlarının) illik hesabatlarının, müəssisənin mühasibat balansının, vergi orqanına təqdim edilmiş mənfəət vergi bəyənnamələrinin və onlara əlavələrin, həmin illər üzrə cəmiyyətin səhmdarlarına dividend hesablanıb-hesablanmaması barədə məlumat, əgər hesablanmışdırsa həmin illər üzrə hesablanmış və ödənilmiş dividendlərin məbləğləri barədə müvafiq təsdiqedici sənədlərin, emissiya prospektinin, fiziki və hüquqi şəxslərlə bağlanmış icarə müqavilələrinin surətlərinin, cəmiyyətin balansında olan vəsaitlərin (tikililər, qurğular, avadanlıqlar və s.) siyahısı, hal-hazırda səhmdar cəmiyyətin adından çıxış edən səlahiyyətli şəxsin kim olması barədə məlumatı və səlahiyyətləri təsdiq edən sənədin surətinin verilməsinin cavabdehə həvalə edilməsi və 2014-cü ildən bu günədək xalis mənfəətdən payına düşən dividendin hesablanaraq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını və iddiaçının vəkili və nümayəndəsinin ərizəsini araşdırıb, cavabdehin məhkəmə iclasında nümayəndəsinin iştirak etməməsini onun tərəfindən işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi kimi qiymətləndirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh ASC-yə qarşı “cavabdehin nizamnaməsinin, vergidən dövlət reyestrindən çıxarışının, qeydiyyat şəhadətnaməsinin, səhmdarlarının yeni reyestrinin, 2016, 2017 və 2018-ci illərin yekununa dair keçirilmiş səhmdarlarının ümumi yığıncağının protokollarının, həmin illərə dair ümumi yığıncağında qeydiyyatdan keçməklə iştirak edən səhmdarların, həmin illər üzrə keçirilmiş ümumi yığıncağına səhmdar olaraq çağırılması ilə bağlı bildirişin, həmin illər üzrə audit rəyi ilə təsdiq edilmiş maliyyə nəticələri barədə (mənfəət və zərər haqqında hesabatlarının) illik hesabatlarının, müəssisənin mühasibat balansının, vergi orqanına təqdim edilmiş mənfəət vergi bəyənnamələrinin və onlara əlavələrin, həmin illər üzrə cəmiyyətin səhmdarlarına dividend hesablanıbhesablanmaması barədə məlumat, əgər hesablanmışdırsa həmin illər üzrə hesablanmış və ödənilmiş dividendlərin məbləğləri barədə müvafiq təsdiqedici sənədlərin, emissiya prospektinin, fiziki və hüquqi şəxslərlə bağlanmış icarə müqavilələrinin surətlərinin, cəmiyyətin balansında olan vəsaitlərin (tikililər, qurğular, avadanlıqlar və s.) siyahısı, halhazırda səhmdar cəmiyyətin adından çıxış edən səlahiyyətli şəxsin kim olması barədə məlumatı və səlahiyyətləri təsdiq edən sənədin surətinin verilməsinin cavabdehə həvalə edilməsi və 2014-cü ildən bu günədək xalis mənfəətdən payına düşən dividendin hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-17/2021
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-17/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver