Məhkəmə qərarları › İş №e-2-2(117)-1703/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1703/2022

16.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1703/2022 16.12.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “2019-cu il 01 iyun tarixli 07/00023982 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1600 manat borcun və 60 manat mediasiya xərcinin tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC Cavabdeh qarşı “2019-cu il 01 iyun tarixli 07/00023982 nömrəli qısa müddətli lizinq müqaviləsinə əsasən 1600 manat borcun və 60 manat mediasiya xərcinin tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2019-cu il 01 iyun tarixli 07/00023982 nömrəli kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə verilməsi barədə müqavilənin : 1-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən, lizinqə verən kənd təsərrüfatı texnikasını mülkiyyət hüququnun lizinq alana keçməməsi şərtilə 1 ədəd SR-2035 dövlət qeydiyyat nişanlı kombaynı istifadəyə verməyi, lizinq alan isə texnikadan istifadəyə görə lizinq verənə bu müqavilənin 1.1-ci bəndində müəyyən edilmiş şərtə uyğun olaraq müqavilənin tərkib hissəsi olan ödəniş qrafikində (Əlavə 1) göstərilən məbləğdə və müddətdə ödənişlərin həyata keçirilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, nəticədə 1600 manat ödənilməmiş borcu qalmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışından da göründüyü kimi 2019-cu il 01 iyun tarixli 07/00023982 nömrəli kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə verilməsi barədə müqaviləyə əsasən cavabdeh 3000 manat məbləği ödəməyi öhdəsinə götürmüş, lakin həmin məbləğdən 1400 manat ödəniş etmiş və nəticədə 1600 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu il 01 iyun tarixli 07/00023982 nömrəli kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə verilməsi barədə müqaviləyə əsasən, cavabdeh 3000 manat ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və nəicədə borcu yaranmışdır. "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1137 nömrəli Fərmanına əsasən "xxxx" ASC-nin adı İddiaçı ASC ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu xx.xx.2022-ci il tarixdə bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə verilməsi barədə müqavilə, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.1, 427.3, 442, 747.1-ci maddələri) Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2019-cu il 01 iyun tarixli 07/00023982 nömrəli kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə verilməsi barədə müqaviləyə əsasən lizinqə verən kənd təsərrüfatı texnikasını mülkiyyət hüququnun lizinq alana keçməməsi şərtilə 1 ədəd SR- 2035 dövlət qeydiyyat nişanlı kombaynı istifadəyə verməyi, lizinq alan isə texnikadan istifadəyə görə lizinq verənə bu müqavilənin 1.1-ci bəndində müəyyən edilmiş şərtə uyğun olaraq müqavilənin tərkib hissəsi olan ödəniş qrafikində (Əlavə 1) göstərilən məbləğdə və müddətdə ödənişlərin həyata keçirilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və ödənilməmiş borcu qalmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışından da göründüyü kimi 2019-cu il 01 iyun tarixli 07/00023982 nömrəli kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə verilməsi barədə müqaviləyə əsasən cavabdeh 3000 manat məbləği ödəməyi öhdəsinə götürmüş, lakin həmin məbləğdən 1400 manat ödəniş etmiş və nəticədə 1600 manat ödənilməmiş borcu qalmışdır. Qeyd olunanlara, əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan iddia təmin edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi təmin edildiyindən cavabdehdən 36 manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. İddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmiş və bu iş materiallarına əlavə olunmuş sənədlərlə öz təsdiqini tapmışdır. Odur ki, 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh 2019-cu il 01 iyun tarixli 07/00023982 nömrəli kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə verilməsi barədə müqaviləyə əsasən 1600 manat borc və 60 manat mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh 36 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar