Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1713/2022 26.12.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, Ərizəçi Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı “Dövlət Sosial Müdafiə Fonduna olan 1,66 manat, dövlət büdcəsinə olan 4468,48 manat, İcbari Tibbi Sığorta Fonduna olan 0,35 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədilə Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AA *******, FİN nömrəsi xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək Dövlət Sosial Müdafiə Fonduna olan 1,66 manat, dövlət büdcəsinə olan 4468,48 manat, İcbari Tibbi Sığorta Fonduna olan 0,35 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədilə Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AA *******, FİN nömrəsi xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, ərizəçi və maraqlı şəxsin məhkəmə iclasında iştirak etməmiş, ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, maraqlı şəxs iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Ərizəçinin nümayəndəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək cavabdehin borcunu tam şəkildə ödədiyini bildirmiş və ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını və ərizəni nəzərdən keçirib hesab edir ki, ərizəçinin nümayəndəsi vergi ödəyicisi tərəfindən vergi və sosial sığorta fondlarına olan borcun ödənildiyini etiraf etdiyindən və tərəflər arasında hazırkı vəziyyətdə artıq mübahisə mövcud olmadığından işə məhkəmə tərəfindən baxılmalı deyil və iş üzrə icraata xitam verilməlidir. Belə ki, əslində maraqlı şəxs tələb edilən borcu tam ödəsə də, ərizəçi ərizənin geri qaytarılmasını tələb edir, lakin mübahisə artıq mövcud deyil, borc tam ödənilmişdir. Ərizənin baxılmamış saxlanması maraqlı şəxsin gələcəkdə hüquqlarının pozulması ilə nəticələnə bilər və ona qarşı eyni tələbin yenidən məhkəmədə irəli sürülməsi ilə nəticələnə bilər. Hazırkı vəziyyətdə tərəflər arasında artıq mübahisə mövcud deyildir. Məhkəmə isə mübahisəyə baxdığından və artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 6-cı maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Belə ki, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Məhkəmə isə mübahisəyə baxdığından və artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməsi qanuni və əsaslıdır. Qeyd edilən halla bağlı qanunvericilikdə norma nəzərdə tutulmadığından məhkəmə qanunun analogiyasını tətbiq etməklə analoji münasibətləri tənzimləyən prosessual normaların tətbiq edilməsini mümkün hesab edir. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Ərizəçi Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı “Dövlət Sosial Müdafiə Fonduna olan 1,66 manat, dövlət büdcəsinə olan 4468,48 manat, İcbari Tibbi Sığorta Fonduna olan 0,35 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədilə Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AA *******, FİN nömrəsi xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1713/2022
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1713/2022
26.12.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver