Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1716/2025 11.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əzimova Rəna Sərvər qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “168930,67 manat asas, 2111,63 manat zərər, 3042 manat dəbbə pulu, vəkil haqqı olaraq 850 manat pulu, cəmi 174934 manat 30 qəpik pulun və ödənilmiş 468 manat dövlət rüsumu” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra mətndə-iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, “168930,67 manat əsas, 4927,12 manat zərər, 3042 manat dəbbə pulu, vəkilə xidmət haqqı olaraq ödənilmiş 850 manat pulu və ümumilikdə 177749 manat 79 qəpik pulun və iş üzrə ödənilmiş 468 manat dövlət rüsumunun tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı xx.xx.2026-cı il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək cavabdehdən “168930,67 manat asas, 2111,63 manat zərər, 3042 manat dəbbə pulu, vəkil haqqı olaraq 850 manat pulu, cəmi 174934 manat 30 qəpik pulun və ödənilmiş 468 manat dövlət rüsumunun” iddianın xeyrinə tutulmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı kənd təsərrüfatı sahəsində dərman pereparatlarının satışı ilə məşğul olmaqla, sahibkarlıq fəyaliyyəti ilə məşğul olur. İddiaçı kənd təsərrüfatı sahəsində istifadə olunan dərman pereparatlarını xarici dövlətlərdən alaraq Azərbaycan Respublikasına gətirir və satışını həyata keçirir. İddiaçı ilə cavabdeh arasında 05 aprel 2024-cü il tarixli, 1/24-168 və 17 yanvar 2025-ci il tarixli, 1/25- 021 saylı müqavilələr imzalanmış, hər iki müqavilə üzrə cavabdehə ümumilikdə 340325 manat 34 qəpik dəyərində məhsul vermişdir. Cavabdeh həmin məbləğdən müxtəlif vaxtlarda ümumilikdə 171394 manat 67 qəpik ödəmiş və hazırkı vaxta 168930 manat 67 qəpik borcu qalmışdır. Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərəri ödəməyə borcludur. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Qanunların izahından göründüyü kimi, cavabdeh yuxarıda sadalanan məsulların alışı üzrə 168930,67 manat pulu qanunsuz olaraq özündə saxlamaqla iddiaçıya zərər vurmuş, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmışdır. Bundan başqa Müqavilənin 8.3-cü bəndinə əsasən razılaşdırılan ödəniş müddətinin pozulmasına görə gecikdirilən məbləğin 0,01% olaraq qeyd edilmişdir. Belə olan təqdirdə cavabdeh tərəfindən müqavilə üzrə razılaşdırılmış ödəniş müddətini pozduğuna görə 168930,67 manat məbləğinin hər gecikmə günü üçün faiz hesablanmışdır. Hazırkı günə 3042 manat dəbbə pulu hesablanmışdır. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442-ci, 443-cü, 445.7-ci, 448-ci maddələri göstərilmişdir.
5. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-1716/2025 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.
II. Tərəflərin mövqeləri:
6. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia tələbini müdafiə edir. Tərəflər arasında barışıq əldə edilməsi üçün saziş imzalanmaq üçün təşəbbüs irəli sürülmüş, cavabdeh həmin sazişi imzalamış, lakin hazırkı məhkəmə iclasınadək 30000 manat pul ödənilmə barədə iddiaçının tələbi yerinə yetirilmədiyindən saziş iddiaçı tərəfindən imzalanmamışdır. Eyni zamanda, iddia tələbində dəqiqləşmə apararaq əldən çıxmış fayda Azərbaycan Respublikası Mülki Məcələlsinin 449.1-ci maddəsinə əsasən deyil, 445.7-ci maddəsinə əsasən əsas borca münasibətdə illik 5% hesablanmışdır. Bununla bağlı ərizə təqdim edilmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş edirlər.
7. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. Məhkəmə baxışının hədləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV. Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikasının Konstitusiyası
M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi
- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri
- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
V. Sübutların tədqiqi:
15. İddiaçı ilə cavabdeh arasında bağlanmış 05 aprel 2024-cü il tarixli, 1/24-168 nömrəli müqavilənin: 2.1-ci bəndinə əsaəsn bu Müqavilənin şərtlərinə əsasən Satıcı Müqavilənin əlavəsi hesab edilən və Alıcı tərəfindən rəsmiləşdirilən 1 saylı Əlavədə göstərilən malları (bundan sonra - Mallar) razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda Alıcıya satmağı, Alıcı isə həmin Malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini müvafiq Əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürür. 3.1. Malların Alıcıya çatdırılması müvafiq Əlavədə müəyyənləşdirilən qaydada həyata keçiriləcək. 3.2. Malların təhvil verilməsi Alıcının Müqavilənin müvafiq əlavələrində göstərilən ünvanda həyata keçiriləcək. Alıcının həmin mallara mülkiyyət hüququ o vaxt yaranacaq ki, onlar alıcının və ya onun səlahiyyətli nümayəndəsinin ixtiyarına qənaətbəxş səviyyədə bu Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə tam təhvil verilmiş olsun. 3.4. X4 təhvil verilməsini Tərəflər arasında müvafiq qaydada imzalanacaq Təhvil-Təslim Aktı (Qaimə-Faktura) əsasında həyata keçirəcək. Tərəflər razılaşırlar ki, malların çatdırlması zamanı hər-hansı bu kimi qüsur aşkar olunduqda onların Satıcı tərəfindən aradan qaldırılması yuxarıdakı 3.3-cü bənddə istinad olunan Qüsur Aktında müəyyən olunmuş müddətə təmin edilmiş olsun. 4.2. Bu Müqaviləyə əsasən ödənişlər Azərbaycan manatı ilə həyata keçiriləcək. 4.3. Tərəflər bu Müqaviləyə uyğun olaraq təqdim olunacaq Mallar ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş özlərinə aid olan vergilərin, rüsumların və digər məcburi ödənişlərinin edilməsi öhdəliyinin icrasına görə özləri məsuliyyət daşıyırlar. 5.1. Satıcının öhdəlikləri aşağıdakılardır: 5.1.1. Alıcıya keyfiyyətli və istismara yararlı Malları satmaq və həmin Mallar haqqında alıcını zəruri və düzgün məlumatlarla təmin etmək; 5.1.2. Alıcıya üçüncü şəxslərin hüquqlarından azad Mallar təqdim etmək; 5.1.3. Alıcının sifarişi ilə Malların Satıcının öz hesabına nəql olunması yolu ilə və Alıcıya müvafiq qaydada təhvil verilməsini təmin etmək; 5.1.4. Malların çatdırılması zamanı onların məhv olması, habelə onların miqdarı, çeşidi və keyfiyyətində Alıcı ilə əvvəlcədən razılaşdırılmamış çatışmazlıqlar aşkar olunduqda, Malların mütənasib olaraq qiymətinin azaldılmasını və ya həmin Malların yeniləri ilə əvəz olunmasını və ya onların dəyərinin Alıcıya geri qaytarılmasını təmin etmək; 5.1.5. Müqavilədən irəli gələn və öz üzərinə düşən digər öhdəlikləri təmin etmək. 5.2. Satıcının hüquqları aşağıdakılardır: 5.2.1. Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişlərin həyata keçirilməsini Alıcıdan tələb etmək; 5.2.2. Satıcı məhsulu Alıcıya təhvil-təslim aktının imzalandığı gündən 14 (on dörd) təqvim günündən geс olduqda geri qəbul etməmək; 5.2.3. Müqavilə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlara malik olmaq. 5.3. Alıcının öhdəlikləri aşağıdakılardır: 5.3.1. Hazırkı Müqavilənin şərtlərinə uyğun təchiz olunmuş Malları qəbul etmək və həmin Malların dəyərini Müqavilə ilə müəyyən olunmuş qaydada Satıcıya ödəmək; 8.1. Bu Müqavilə üzrə öz öhdəliklərini tam icra etməyən və ya lazımınca icra etməyən Tərəf bununla digər Tərəfə vurduğu zərərə görə qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qayadada məsuliyyət daşıyacaq və qarşı Tərəfə zərəri tam həcmdə ödəyəcək. Bu Müqavilə ilə nəzərdə tutulmayan məsuliyyət növləri qüvvədə olan qanunvericiliyə uyğun olaraq tətbiq ediləcək. 8.2. Malların Alıcıya təhvil verilməsi anınadək Malların keyfiyyətinə görə, habelə Malların çatdırılması ilə bağlı Alıcıya və ya üçüncü şəxslərə qəsdən və ya təsadüfən vurulmuş hər hansı zərərlə (maddi, bədən xəsarəti) bağlı məsuliyyəti Satıcı özü daşıyacaq. 8.3. Alıcı Malların dəyəri olan pul məbləğinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə 0,01% (sıfır tam yüzdə bir faizi) məbləğində dəbbə pulu ödəyəcək. 8.4. Bu Müqavilə üzrə ödəniləcək cərimələrin ümumi məbləği Malların qiymətinin 10%-dən (on faizindən) artıq olmamalıdır. 11.1. Bu müqavilə 31 dekabr 2023-cü il tarixinədək qüvvədədir. 12.1 Müqavilə üzrə sənədləşdirmə (o cümlədən xəbərdarlıq, bildiriş və s.) yazılı formada aparılır sifarişli poçt, faks, elektron poçt vasitəsi ilə göndərildiyi təqdirdə hüquqi qüvvəyə malik olacaq.12.2 Sənədləşdirmə qəbul edən tərəfin müvafiq sənədlərin (məlumatların) alınmasını təsdiq etməyə imkan verən üsullarla aparılmalıdır. Göndərilən sənədlər (məlumatlar) digər tərəfə çatdırıldığı tarixdən qüvvəyə minir.
16. İddiaçı QSC ilə “GREENS AZ" MMC arasında bağlanmış 05 aprel 2024-cü il tarixli, 1/24-168 nömrəli Müqaviləyə tərəflər 13 ədəd Qiymət razılaşma protokolu imzalayaraq əlavə edilmiş, satılan malların qiyməti razılaşdırılmış, həmin Əlavələrin 2-ci bəndinə əsasən hazırkı Müqavilə üzrə Malların ümumi dəyərinin 100%-i mal təhvilindən sonra 1(bir) ay ərzində həyata keçiriləcəkdir.
17. İddiaçı ilə cavabdeh arasında 17 yanvar 2025-ci il tarixli, 1/25-021 saylı müqaviləyə əsasən 3.1. Satıcı ümumi siyahısı və təsviri Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsində (Malların qiymət cədvəli) göstərilən bitki mühafizə vasitələri və aqrokimyəvi maddələri (bundan sonra - Mallar) razılaşdırılmış müddətdə, spesifikasiya və qiymətlə istifadə məqsədləri üçün yararlı halda Alıcıya satmağı, Alıcı isə həmin Malları qənaətbəxş vəziyyətdə təhvil alıb dəyərini Müqavilə ilə müəyyən edilmiş şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürür. 3.2 Malların növü, çeşidi, tərkibi, xarakterik xüsusiyyətləri və miqdarı Müqavilənin 1 saylı Əlavəsində qeyd olunur. 4.7. Satıcı Malların çatdırılması zamanınadək aşkar edilmiş qüsurlar hər iki Tərəfin birgə tərtib edəcəyi və imzalayacağı Qüsur Aktında əks olunacaq. 4.8. X4 təhvil verilməsini Tərəflər arasında müvafiq qaydada imzalanacaq Təhvil-Təslim Aktı (Qaimə-Faktura) əsasında həyata keçirəcək. 5.1. Bu Müqaviləyə əsasən Satıcı tərəfindən təchiz olunacaq Malların qiyməti, hesablaşma qaydası və ödəniş müddətləri Alıcı ilə razılaşdırılır və 1 saylı Əlavədə müəyyən edilir. Malların qiymətlərinin sonradan dəyişməsi, azalması və ya artması Tərəflər arasında yenidən hesablaşmaya səbəb olmayacaq. Qiymət, say və konfiqurasiya dəyişikliyi yalnız Tərəflər arasında qarşılıqlı razılaşma əsasında müqaviləyə əlavə olunmaqla (Əlavə 2) müəyyənləşdiriləcək. 5.2. Bu Müqaviləyə əsasən ödənişlər Azərbaycan manatı ilə həyata keçiriləcək. 6.1. Satıcının öhdəlikləri aşağıdakılardır: 6.1.1. Alıcıya keyfiyyətli və istismara yararlı Malları satmaq və həmin Mallar haqqında Alıcını zəruri və düzgün məlumatlarla təmin etmək; Alıcının öhdəlikləri aşağıdakılardır: 6.3.1. Hazırkı Müqavilənin şərtlərinə uyğun təchiz olunmuş Malları qəbul etmək və həmin Malların dəyərini Müqavilə ilə müəyyən olunmuş qaydada Satıcıya ödəmək; 6.3.2. Hazırkı Müqaviləyə əsasən təchiz olunan Malların miqdarı, çeşidi, keyfiyyəti və digər şərtlərinin Satıcı tərəfindən pozulması halları barədə Satıcını dərhal məlumatlandırmaq; 10.1 Bu Müqavilə üzrə öz öhdəliklərini tam icra etməyən və ya lazımınca icra etməyən Tərəf bununla digər Tərəfə vurduğu zərərə görə qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qayadada məsuliyyət daşıyacaq və qarşı Tərəfə zərəri tam həcmdə ödəyəcək. Bu Müqavilə ilə nəzərdə tutulmayan məsuliyyət növləri qüvvədə olan qanunvericiliyə uyğun olaraq tətbiq ediləcək. 10.2 Malların Alıcıya təhvil verilməsi anınadək Malların keyfiyyətinə görə, habelə Malların çatdırılması ilə bağlı Alıcıya və ya üçüncü şəxslərə qəsdən və ya təsadüfən vurulmuş hər hansı zərərlə (maddi, bədən xəsarəti) bağlı məsuliyyəti Satıcı özü daşıyacaq. 10.3 Alıcı Malların dəyəri olan pul məbləğinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə 0,5% (sıfır tam onda beş faizi) məbləğində dəbbə pulu ödəyəcək. 10.4 Bu Müqavilə üzrə ödəniləcək cərimələrin ümumi məbləği Malların qiymətinin 10%-dən (on faizindən) artıq olmamalıdır. 13.1 Bu müqavilə 31 dekabr 2025-cü il tarixinədək qüvvədədir.
18. "EMA” QSC ilə “GREENS AZ" MMC arasında bağlanmış 17 yanvar 2025-ci il tarixli, 1/25-021 AZ nömrəli Müqaviləyə tərəflər 16 ədəd Qiymət razılaşma protokolu imzalayaraq əlavə edilmiş, satılan malların qiymətləri razılaşdırılmış, həmin Əlavələrin 2-ci bəndinə əsasən Əlavə üzrə Malların ümumi dəyərinin 100%-i mal təhvilindən sonra 1(bir) həftə ərzində həyata keçiriləcəkdir.
19. Məhkəməyə təqdim edilən elektron qaimə-fakturalardan müəyyən edilir ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 67 ədəd malın dəyəri ilə bağlı elektron-qaimə faktura, 14 ədəd qiymət artırma qaiməsi,1 ədəd malın geri qaytarma qaiməsi, 13 dəfə ödəniş tapşırığı icra edilmə ilə bağlı cavabdehə sənədlər təqdim edilmiş, ümumi satılan malların dəyəri 340325,34 manat, ödənilən 171394,67 manat, qalıq borc 168930,67 manat təşkil edir.
20. Cavabdeh MMC-nin möhürü və rəhbərinin imzası ilə təsdiq edilmiş “Barışıq sazişi” adlı sənəddə iddiaçı olaraq "xxxx" QSC-nin direktoru X1, cavabdeh olaraq "xxxx" MMC-nin direktoru Nümayəndə cavadehə qarşı 168930,67 manat əsas borc, 4927,12 manat zərər, 3042 manat dəbbə pulu, vəkilə xidmət haqqı olaraq ödənilmiş 850 manat və 468 manat dövlət rüsumu cəmi 177749.79 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Tərəflər aralarında mövcud olan məhkəmə mübahisəsini məhkəmədənkənar qaydada və qarşılıqlı razılıq əsasında həll etmək məqsədilə, bu barışıq sazişi (bundan sonra “Saziş") aşağıda qeyd olunan şərtlərlə bağladılar: 1. 2. İddiaçı iddia tələbinin tərkib hissəsi olan 177749,79 manat pulun cavabdeh tərəfindən aylar üzrə aşağıdakı qaydada ödənilməsinə razılıq verir. Məhkəmə tərəfindən təsdiq edilən tarixdə xx.xx.2026-cı il tarixədək 30.000 manat iddiaçıya ödədikdən sonra cavabdehin iddiaçıya borcu 143749,79 manat təşkil edəcəkdir.
3. Cavabdeh bu sazişin 2-ci bəndində qeyd edilən məbləği saziş məhkəmə qərardadı ilə təsdiq olunduğu tarixdən 5 ay ərzində hər ay 30.000 manat, sonuncu ay 19.000 manat olmaqla ödəyəyəcəkdir. Qeyd edilən sənəd iddiaçı tərəfindən təsdiqlənməmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada təsdiq edilmişdir.
Vİ. Məhkəmənin mövqeyi:
21. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
22. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
23. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
24. İşin müəyyən olunmuş halları və iş materialları, habelə iddiaçının nümayəndəsinin izahatı ilə təsdiqini tapmış mübahisələndirilməyən halları iddiaçı və cavabdeh arasında 05 aprel 2024-cü il tarixli, 1/24-168 və 17 yanvar 2025-ci il tarixli, 1/25-021 saylı alqı-satqı müqavilələri imzalanmış, hər iki müqavilə üzrə cavabdehə ümumilikdə 340325 manat 34 qəpik dəyərində cavabdehə məhsul vermişdir. Cavabdeh həmin məbləğdən müxtəlif vaxtlarda ümumilikdə 171394 manat 67 qəpik ödəmiş və hazırkı vaxta 168930 manat 67 qəpik borcu qalmışdır.
25. İşin mübahisələndirilən halına isə cavabdeh tərəfindən iddiaçıya olan borcunun ödənilib-ödənilməməsi halı aiddir. Bu faktı iş məhkəmənin icraatında olarkən cavabdeh tərəfindən xx.xx.2026-cı il tarixdə imzaladığı “Barışıq sazişi” adlı sənədə istinad edilsə də tərəflər arasında borc mübahisələndirilmir. cavabdeh tərəfindən xx.xx.2026-cı il tarixədək 30.000 manat iddiaçıya ödənilmə ilə bağlı öhdəlik icra edilmədiyi üçün iddiaçı tərəf həmin sazişi təsdiq etməmiş və iş barışıq sazişi ilə yekunlaşmamışdır. Buna baxmayaraq cavabdehin borc öhdəliyi mübahisələndirilmir.
26. Göründüyü kimi cavabdeh aldığı malların dəyərini tam şəkildə ödəmədiyindən onun hazırkı tarixə ödənilməmiş 168930, 67 manat borcu qalmışdır. Bu borc iş materiallarında olan sübutlarla tam təsdiq olunur.
27. Məhkəmə iddia tələbinin “3042 manat dəbbə pulunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış 2024-cü ilə aid müqavilənin 8.3-cü bəndində alıcı Malların dəyəri olan pul məbləğinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə 0,01% (sıfır tam yüzdə bir faizi) məbləğində, 2025-ci ilə aid müqavilənin 10.3cü bəndində alıcı Malların dəyəri olan pul məbləğinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə 0,5% (sıfır tam onda beş faizi) məbləğində dəbbə pulunun ödənilməsi barədə razılaşmışlar.
28. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)...
29. Məhkəmə hesab edir ki, müqavilə üzrə tələb edilən əsas borca münasibətdə 5% məbləğində hesablanmaqla 8 446,53 manat cərimə borcu təşkil edir ki, iddiaçı daha az məbləğdə cərimə borcu istədiyindən məhkəmə tələb edilən 3042 manat dəbbə pulu borcu ilə razılaşır. Bu borcu tələb etməsi iddiaçının hüququdur və qanuni mənafeyinə uyğundur.
30. Məhkəmə idida tələbinin dəqiqləşməsi ilə tələb edilən “2111,16 manat” əldən çıxmış fayda ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Tərəflər arasıda imzalanmış müqavilələrin 2024-cü ilə aid müqaviləyə Əlavələrin 2-ci bəndinə əsasən Əlavə üzrə Malların ümumi dəyərinin 100%-i mal təhvilindən sonra 1(bir) həftə ərzində həyata keçiriləcəkdir.2025-ci ilə aid Əlavələrin 2-ci bəndində müvafiq olaraq həmin Əlavələrin 2-ci bəndinə əsasən hazırkı Müqavilə üzrə Malların ümumi dəyərinin 100%-i mal təhvilindən sonra 1(bir) ay_ərzində həyata keçiriləcəkdir.
31. Məhkəmə tərəflər arasında 65 ədəd elektron-qaimə üzrə satılan mallara görə ödənişlərin müddətinin ötürüldüyünü müəyyən etmişdir. Əslində hər elektron qaiməfakturanın gecikdirildiyi müddət üçün qeyd edilən məbləğ fərdi olaraq hər elektron-qaimə fakturanın verildiyi vaxtdan müvafiq olaraq müqavilələr üzrə 1 həftə və ya 1 aydan sonra başlayaraq hesablana bilər. Belə ki, sonuncu ödəniş xx.xx.2025-ci il tarixdə olduğundan həmin dövrdən sonra qalıq borca münasibətdə illik 5% olmaqla əldən çıxmış fayda hesablana bilər. Bununla belə, sonuncu elektron-qaimə fakturanın verilməsindən, yəni 2025-ci ilin avqust tarixindən iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2025-ci il tarixindək təxminən 4 aya münasibətdə qalıq borc olan 168930, 67 manata münasibətdə illik 5% hesablanarsa həmin məbləğ 2 815,5 manat təşkil edər. Göründüyü kimi, iddiaçı daha az məbləğ tələb edir.
32. Göründüyü kimi, iddiaçının cavabdehdən 2111,16 manat məbləğində əldən çıxmış fayda üzrə borc tələbi qanuni və əsaslıdır. Qanunvericiliyin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırkı tələbdə isə məhkəmənin iddia tələbindən kənara çıxmağa haqqı yoxdur.
33. Cavabdehin məhkəmə iclasında iştirakı ilə bağlı məhkəmə bütün vasitələrdən istifadə edərək onu məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar etmiş, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdehin iddia tələbinə hər hansı bir etiraz və ya münasibət bildirməməsi məhkəmənin əlavə araşdırma aparmasını imkansız etmişdir.
34. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).
35. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, Hüquq sistemlərində “həqiqət” anlayışına fərqli yanaşmalar mövcuddur. Anqlo-sakson hüquq sisteminə xas olan formal həqiqət xalis çəkişmədir və sübutetmə prosesində məhkəmənin passivliyini nəzərdə tutur: məhkəmə, tərəflərin sübut kimi təqdim etdiklərini dəyərləndirməklə kifayətlənən, qərəzsiz arbitr rolunda çıxış edir.
36. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.
37. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
38. Məhkəmə qeyd edilən qanunvericiliyin hüquqi izahları baxımından məsələyə yanaşaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəfin sübutlarını əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını verməyinə baxmayaraq, cavabdeh tərəf iddia tələbinə hər hansısa etiraz və ya münasibət bildirməmiş, iddia tələbinin əksini təsdiqləyən sübutlarını məhkəməyə təqdim etməyərək onun tərəfindən üzərinə düşən sübutetmə vəzifəsini icra etməmişdir. Bu səbəbdən məhkəmənin əlavə araşdırma aparması mümkün olmamış və təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir.
39. Yekun olaraq məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən 168930,67 manat asas, 2111,63 manat zərər üçün faiz borcu , 3042 manat dəbbə pulu, cəmi 174084,3 manat borc tutularaq iddiaçıya ödənilməlidir.
Vİİ. Məhkəmə məsrəfləri:
40. MPM-in 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə tərəflər arasında vəkilin xidmətlərindən istifadə üçün iddiaçı tərəfindən 850 manat məbləğində haqq ödənilməsini və iddiaçının vəkilinin məhkəmə iclaslarında iştirakını nəzərə alaraq 500 manat hüquqi xidmət olaraq cavabdehdən iddiaçının xeyrinə məbləğin tutulmasını qanuni, əsaslı və ağlabatan heab edir.
41. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu (468 manat) iddiaçı tərəfindən dövlət büdcəsinə ödənildiyindən və iddiaçı tələbin həcmini azaltma barədə ərizə təqdim etdiyindən iddia tələbinin təmin edilən hissəsinə münasib olaraq 464,08 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, digər hissədə isə iddiaçıya aid edilməlidir.
Vİİİ Nəticə:
42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 168 930.67 manat əsas, 2111.63 manat zərər, 3042 manat dəbbə pulu olmaqla, ümumilikdə 174 084.3 manat pul, 500 manat vəkil xidmət haqqı olaraq ödənilmiş pul və 464.08 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov