Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-172/2020 10.06.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “5140 manat əsas borc, 1996,68 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “5140 manat əsas borc, 1996,68 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə araşdırması zamanı xx.xx.2018-ci il tarixli 01 nömrəli ölüm haqqında akt qeydinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə (iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir) ölmüşdür. İddiaçı xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehə göndərilən məhkəmə sənədləri “vəfat edib” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə cavabdeh öldüyünü nəzərə alıb işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını və iddiaçının ərizəsini araşdırıb, cavabdehin öldüyünü nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Cavabdeh mübahisənin məhkəməyə daxil olmasından daha öncə öldüyündən ona qarşı məhkəmə icraatı mümkün deyildir ki, hazırki vəziyyətdə onun razılığından söhbət gedə bilməz. Bu səbəbdən də iddiaçının ərizəsi nəzərə alınaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə istinadən iddia baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı “5140 manat əsas borc, 1996,68 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinədair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-172/2020
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-172/2020
10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver