Məhkəmə qərarları › İş №e-2-2(117)-1731/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1731/2024

06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1731/2024 06.12.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdehnə qarşı “cavabdehdən yaranmış 34351.43 manat məbləğində əsas borcun və 193.06 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi” barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “cavabdehdən yaranmış 34351.43 manat məbləğində əsas borcun və 193.06 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərdən keçirib hesab edir ki, hazırki ərizəyə ərazi aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmalı olmadığından ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarılan məlumatdan və iş materiallarından görünür ki, Cavabdeh qeydiyyat ünvanı müvafiq olaraq ünvan 1 tərəfindən təqdim olunmuş iddia ərizəsinin mətn hissəsindəki məhkəmənin adı Şirvan Kommersiya Məhkəməsi olaraq qeyd olunmuşdur. Həmçinin, elektron iddia ərizəsi və iş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, dövlət rüsumu xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə X1 və ya Asanpay vasitəsilə Şirvan Kommersiya Məhkəməsinin hesabına ödənilmişdir. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsini ərazi aidiyyəti qaydalarına görə düzgün vermədiyindən və hazırkı ərizəyə Cavabdeh qeydiyyat ünvanı üzrə Şəki Kommersiya Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın 23-cü bəndinə əsasən Şirvan şəhəri Şirvan Kommersiya Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmişdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məh kəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “cavabdehdən yaranmış 34351.43 manat məbləğində əsas borcun və 193.06 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar