Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1736/2022 29.12.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “1010 manat borcun və 65 manat mediasiya rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı “1010 manat borcun və 65 manat mediasiya rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC (əvvəlki adı “X1” MMC) tərəfindən cavabdehə 2017-ci il və 2018-ci il tarixlərində 2133,20 manat məbləğində “toxumluq buğda” adda olan mallar satılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli qaimə faktura üzrə 80 manat, xx.xx.2017-ci il tarixli qaimə faktura üzrə 20 manat, xx.xx.2017-ci il tarixli qaimə faktura üzrə 23,20 manat, xx.xx.2019-cu il tarixli satış qaiməsi üzrə 1650 manat və xx.xx.2018-ci il tarixli satış qaiməsi üzrə 360 manat məbləğində mal cavabdehə təhvil verilmiş və bu tərəflərin imzaları ilə öz təsdiqini tapmışdır İş materiallarına əlavə olunmuş ödəniş sənədindən də görünür ki, Cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixində 20 manat, xx.xx.2017-ci il tarixində 123,2 manat və xx.xx.2019-cu il tarixində 1000 manat olmaqla cəmi 1143,2 manat ödəniş edilmiş və nəticədə 990 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh satılmış malların dəyərini ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmiş və ödənilməmiş 990 manat borcu qalmışdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu xx.xx.2022-ci il tarixdə bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: təhvil-təslim aktları, satış qaimələri və qaimə-fakturalar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, qismən iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 567, 600). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı MMC (əvvəlki adı “X1” MMC) tərəfindən cavabdehə 2017-ci il və 2018-ci il tarixlərində 2133,20 manat məbləğində “toxumluq buğda” adda olan mallar satılmışdır. Hazırki mübahisə üzrə tərəflər arasında yazılı müqavilə mövcud olmamışdır. xx.xx.2017-ci il tarixli qaimə faktura üzrə 80 manat, xx.xx.2017-ci il tarixli qaimə faktura üzrə 20 manat, xx.xx.2017-ci il tarixli qaimə faktura üzrə 23,20 manat, xx.xx.2019-cu il tarixli satış qaiməsi üzrə 1650 manat və xx.xx.2018-ci il tarixli satış qaiməsi üzrə 360 manat məbləğində, cəmi 2133,20 mal cavabdehə təhvil verilmiş və bu tərəflərin imzaları ilə öz təsdiqini tapmışdır. xx.xx.2020-ci il tarixli məktubda qeyd edilən sənədindən də görünür ki, Cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixində 20 manat, xx.xx.2017-ci il tarixində 123,2 manat və xx.xx.2019-cu il tarixində 1000 manat olmaqla cəmi 1143,2 manat ödəniş edilmiş və nəticədə 990 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən müvafiq məbləğdə mal cavabdehə təhvil verilmiş, lakin cavabdeh tərəf üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş və ödənilməmiş 990 manat borcu qalmışdır və iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapır. Odur ki, iddiaçı 990 manat borcun ödənilməsini tələb etməkdə haqlıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi təmin edildiyindən cavabdehdən 30 manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. İddiaçının 65 manat mediasiya xərci tələb etməsinə münasibətdə qeyd edilməlidir ki,Zzərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarına əsasən təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq”ın məbləği - iddia qiyməti 1001 manatdan 5000 manatadək olduqda- 60 manat müəyyən edilmişdir. Odur ki, 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdeh 990 manat borc və 60 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 30 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1736/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1736/2022
29.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver