Məhkəmə qərarları › İş №e-2-2(117)-1770/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1770/2025

27.11.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1770/2025 27.11.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, Ərizəçi AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı "xxxx" MMC-nin (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna olan 0,01 manat, dövlət büdcəsinə olan 6859,36 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 83,44 manat borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri kimi Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AA*******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə tələbinə dair iddia ərizəsinə məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi Maraqlı şəxs qarşı "xxxx" MMC-nin (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna olan 0,01 manat, dövlət büdcəsinə olan 6859,36 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 83,44 manat borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri kimi Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AA*******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə tələbinə dair ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Dövlət Vergi Xidməti tərəfindən fəaliyyəti ilə bağlı aparılan kameral vergi yoxlaması üzrə təqdim edilmiş uyğunsuzluq məktubunda tərəfinə müəyyən müddət verildiyi, həmin müddət ərzində izahat və tələb olunan sənədlərin təqdim edilməsinin nəzərdə tutulduğu bildirilmişdir. Bu müddət qüvvədə olduğu halda araşdırmanın başa çatdırılması üçün verilmiş vaxt hələ tamamlanmamışdır. Araşdırma müddəti bitməmişdən əvvəl onun barəsində əsas vergi və faiz borcunun hesablanması ilə bağlı qərar qəbul edilmiş, daha sonra isə ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəməyə müraciət edilmişdir. Əlavə edilmiş sənədlərdən də göründüyü kimi hesablanmanın şamil edildiyi dövrdə şirkətin bank hesablarında və ƏDV depozit hesabında əməliyyat aparılmamış, debitor borcun faktiki mövcudluğu təsdiq edilməmişdir. Vergi orqanının bu məumatları birbaşa imkanları olduğu halda, kameral qaydada aparılmış hesablamanın düzgün olmadığını təsdiqləyən hallar mövcuddur. Şirkətin fəaliyyəti dayandırıldıqdan sonra təqdim edilməli olan bəzi hesabatların verilməməsi və ya gecikməsi, kameraı hesablamanın avtomatik aparılmasına səbəb olsa da, vergi orqanı tərəfindən təqdim edilmiş müddətin başa çatmasını gözləmədən məhdudlaşdırıcı tədbirin tətbiq olunması qanunvericiliyin tələblərinə uyğun deyildir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Ərizəçinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə maraqlı şəxsin ərizəsini araşdırıb hesab edir ki, iş baxılmamış saxlanılmalıdır. Belə ki, AR Mülki Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə əsasən, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Göründüyü kimi hazırkı iş üzrə ərizəçi tərəfindən maraqlı şəxsin vergi öhdəliklərini yerinə yetirməməsi ilə bağlı yaranmış borcuna görə ölkədən getmək hüququna məhdudiyyətin qoyulması tələbi ilə məhkəməyə müraciət edilmiş, maraqlı şəxsin ərizəsindən və onun tərəfindən vergi orqanına müraciət edilməsi ilə bağlı təqdim edilmiş məktubdan göründüyü kimi hazırkı ərizə ilə məhkəməyə müraciət edilməsinə əsas olmuş borc mübahisələndirilir. Nəticədə məhkəmə hesab edir ki, AR Mülki Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə əsasən hazırkı iş üzrə mübahisə olduğundan ərizə baxılmamış saxlanılmalıdır. Bundan əlavə olaraq məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 65 və 89-cu maddələrində vergilər üzrə borcların alınması qaydası nəzərdə tutulmuşdur. Hazırkı halda vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi (tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi nəticəsində onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, öhdəlik yerinə yetirilmədikdə ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, üzərinə həbsin qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) iş materiallarından müəyyən olunmur. Eyni zamanda, maraqlı şəxsin borcu olduğu halda onun əmlakının siyahıya alınması və ya əmlakın siyahıya alınması üçün tədbirin görülməsi, əmlakının olmaması ilə bağlı vergi orqanı məhkəməyə hər hansı sənəd də təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı "xxxx" MMC-nin (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna olan 0,01 manat, dövlət büdcəsinə olan 6859,36 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 83,44 manat borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri kimi Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AA*******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar