Məhkəmə qərarları › İş №e-2-2(117)-178/2021

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-178/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-178/2021 14.04.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “xx.xx.2019-cu il tarixdə bağlanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş SDVC markalı soyuducunun dəyərinin iki misli həcmində, yəni 2000 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun məcburi qaydada cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İstifadəyəverən İddiaçı MMC ilə istifadəçi Cavabdeh arasında soyuducunun əvəzsiz isifadəyə verilməsi haqqında xx.xx.2019-cu il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən istifadəyəverən İddiaçı MMC istifadəçi Cavabdeh dəyəri 1000 dollar olan 1 ədəd SDVC markalı Coca-Cola soyuducunu əvəzsiz istifadəyə vermişdir. 2.1.2-ci bəndinə əsasən soyuducunu İstifadəçinin istifadə üçün yararlı vəziyyətdə, əmtəə görkəmli və heç bir xəsarəti olmayan formada İstifadəçiyə təhvil-təslim aktı ilə təhvil verir. 2.9-cu maddəsinə əsasən İstifadəyəverən istifadəyə verilən soyuducunun istənilən vaxt geri qaytarılmasını tələb edə bilər. Belə tələb irəli sürüldükdən sonra 3 gün ərzində İstifadəçi tərəfindən soyuducu geri qaytarılmadıqda və ya bu müqavilənin 2.1.2-ci bəndinin tələblərinə uyğun olmayan vəziyyətdə geri qaytardıqda İstifadəyəverənin soyuducunun dəyərinin 2 misli həcmində cərimə tələb etmək hüququ yaranır. Soyuducunun hərəkət əmrindən görünür ki, Coca Cola soyuducusu xx.xx.2019-cu il tarixdə Cavabdeh təhvil verilmişdir. İddiaçı pretenziya məktubu ilə cavabdehə müraciət etmiş soyuducunun qaytarılmasını tələb edərək əks təqdirdə cərimə ödəyəçəyi barədə ona xəbərdarlıq etmiş, məktub xx.xx.2021-ci il tarixdə cavabdehə çatdırılmasına baxmayaraq mübahisə həllini tapmadığından hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, “xxxx” MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq “xxxx” MMC tərəfindən istehsal və satış üçün təşkil edilmiş məhsulların “İstifadəçi” tərəfindən sərinləşdirilib satılmasını təmin etmək məqsədi ilə “xxxx” MMC-nin əmlak dəyəri 1000 dollar olan 1 (bir) ədəd soyuducunu Cavabdeh əvəzsiz istifadəyə vermişdir. Müqavilənin 2.9-cu maddəsinə əsasən İstifadəyəverən istifadəyə verilən soyuducunun istənilən vaxt geri qaytarılmasını tələb edə bilər. Belə tələb irəli sürüldükdən sonra 3 gün ərzində İstifadəçi tərəfindən soyuducu geri qaytarılmadıqda və ya bu müqavilənin 2.1.2-ci bəndinin tələblərinə uyğun olmayan vəziyyətdə geri qaytardıqda İstifadəyəverənin soyuducunun dəyərinin 2 misli həcmində cərimə tələb etmək hüququ yaranır. Cavabdeh əmlakı təhvil vermədiyindən onun dəyərinin 2 misli həcmində, yəni 2000 dollar məbləğində pulun cavabdehdən tutularaq cəmiyyətə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu xx.xx.2021-ci il tarixdə bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) gün müddət ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə, Soyuducunun hərəkət əmri, Pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə istifadəçi Cavabdeh arasında soyuducunun əvəzsiz isifadəyə verilməsi haqqında xx.xx.2019-cu il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən istifadəyəverən İddiaçı MMC istifadəçi Cavabdeh dəyəri 1000 dollar olan 1 ədəd SDVC markalı Coca-Cola soyuducunu əvəzsiz istifadəyə vermişdir. 2.1.2-ci bəndinə əsasən soyuducunu İstifadəçinin istifadə üçün yararlı vəziyyətdə, əmtəə görkəmli və heç bir xəsarəti olmayan formada İstifadəçiyə təhvil-təslim aktı ilə təhvil verir. 2.9-cu maddəsinə əsasən İstifadəyəverən istifadəyə verilən soyuducunun istənilən vaxt geri qaytarılmasını tələb edə bilər. Belə tələb irəli sürüldükdən sonra 3 gün ərzində İstifadəçi tərəfindən soyuducu geri qaytarılmadıqda və ya bu müqavilənin 2.1.2-ci bəndinin tələblərinə uyğun olmayan vəziyyətdə geri qaytardıqda İstifadəyəverənin soyuducunun dəyərinin 2 misli həcmində cərimə tələb etmək hüququ yaranır. Göründüyü kimi, İddiaçı MMC tərəfindən Cavabdeh dəyəri 1000 ABŞ dolları olan 1 ədəd SDVC markalı Coca-Cola soyuducunu əvəzsiz istifadəyə vermiş, müqavilə şərtlərinə uyğun soyuducunu tələb etmiş, lakin 3 gün müddətində soyuducu qaytarılmadığından müqavilə şərtlərinə əsasən soyuducunun dəyəri olan 1000 ABŞ dollarının 2 misli məbləğində cərimə tələb etmişdir. Cərimənin tələb edilməsi tərəflərin razılaşmasından irəli gəldiyindən və müqavilə predmetinin iddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq soyuducu iddiaçıya qaytarılmaığından məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi təmin edildiyindən 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın məzənnəsinə uyğun Azərbaycan manatı ilə 2000 ABŞ dolları pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar