Məhkəmə qərarları › İş №e-2-2(117)-18/2020

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-18/2020

11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-18/2020 11.03.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “156,49 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: “xxxx” ASC-nin 6-46-09 nömrəli stasionar telefon nömrəsindən istifadəyə görə 2013- 2016-cı illər üçün 206,49 manat ödənilməmiş borcu qalmışdır. Həmin borc hər ay üçün hesablanmış 7,35 manat abunə haqqına və digər xidmətlərdən istifadə nəticəsində yaranmışdır. Bundan sonra İddiaçı MMC-nin X1 ilə cavabdeh “xxxx” ASC arasında xx.xx.2016-cı il tarixdə müqavilə bağlanmış, cavabdeh debitor borcunu ödəmədiyidən 2016-cı ilin noyabr ayında cavabdehin istifadəsinə verilmiş telefon nömrəsi bağlanmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə iddiaçıya 50 manat məbləğində pul ödəmişdir. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıqla müraciət edilərək borcun ödənilməsi tələb edilmiş, lakin cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş və tərəflər arasında hazırki mübahisə yaranmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin tabe qurumu olan X1 ilə “xxxx” ASC arasında rabitə xidmətlərinin göstərilməsi barədə xx.xx.2016-cı il tarixli müqavilə imzalanmışdır. Borclu “xxxx” ASC qovşağın rabitə xidmətlərin istifadə etmiş və 6- 46-09 nömrəli telefon üzərində abunə haqqına görə 206,49 manat debitor borcu yaranmışdır. Yaranmış borcun ödənilməsi ilə cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və xidmət haqqını ödəməkdən yayınmışdır. Bundan sonra iddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən 50 manat ödəniş edildiyini bildirmiş və iddia tələbinin həcmini azaldaraq 156,49 manat borcun cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh “xxxx” ASC xx.xx.2019-cu il tarixli 01 nömrəli məktubla məhkəməyə müraciət edərək bildirmişdir ki, Zərdab TKQ xx.xx.20133-cü il tarixli 352 nömrəli, xx.xx.2013-cü il tarixli 402 nömrəli və xx.xx.2013-cü il tarixli 9/265 nömrəli məktublarla 77,70 manat borc olmasını bildirmişdir. Həmin məktublara cavab olaraq xx.xx.2013-cü il tarixli 02 nömrəli, xx.xx.2013-cü il tarixli 05 nömrəli və xx.xx.2013-cü il tarixli 07 nömrəli məktublarla rəsmi və dəfələrlə şifahi bildirilmişdir ki, telefon xətti uzun müddətdir işləmədiyi üçün telefon xəttinin kəsilməsinə sərəmcam verilsin. Həmin tarixlərdən telefon xətti işləməməsinə baxmayaraq telefon xidmət haqqı hesablanmış və nəticədə hazırki borc yaranmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2016-cı il tarixli müqavilə, Maliyyə arayışı, ödəniş qəbzi, Xəbərdarlıq məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1ci və 2-ci bəndləri, 449.1). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, “xxxx” ASC-nin 6-46-09 nömrəli stasionar telefon nömrəsindən istifadəyə görə 2013-2016-cı illər üçün 206,49 manat ödənilməmiş borcu qalmışdır. Həmin borc hər ay üçün hesablanmış 7,35 manat abunə haqqına və digər xidmətlərdən istifadə nəticəsində yaranmışdır. Bundan sonra İddiaçı MMC-nin X1 ilə cavabdeh “xxxx” ASC arasında xx.xx.2016-cı il tarixdə müqavilə bağlanmış, cavabdeh debitor borcunu ödəmədiyidən 2016-cı ilin noyabr ayında cavabdehin istifadəsinə verilmiş telefon nömrəsi bağlanmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə iddiaçıya 50 manat məbləğində pul ödəmişdir. Göründüuyü cavabdeh etirazında onun istifadəsinə verilmiş telefon nömrəsinin işləmədiyini bildirsə də bunu təsdiq edən sübutları məhkəmə təqdim etməmişdir. Halbu ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən təqdim edilmiş abonentin hesabından çıxarışlardan müəyyən olunur ki, cavabdeh sonuncu dəfə 2010-cu ilin oktyabr ayında istifadəsinə verilmiş telefon nömrəsindən 1,90 manat dəyərində danışıq aparmış və xx.xx.2019-cu il tarixdə borcunu etiraf edərək iddiaçıya 50 manat məbləğində pul ödəmişdir. Bu hallar bir daha təsdiq edir ki, cavabdehin etiraz dəlilləri əsassızdır və onun iddiaçıya borcu vardır Bu səbəbdən də məhkəmə hesab edir ki, 156,49 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh “xxxx” ASC-dən 156,49 (yüz əlli altı manat qırx doqquz qəpik) manat borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar