Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1816/2025 26.12.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əzimova Rəna Sərvər qızının katibliyi ilə, Ərizəçi AR İqtisadiyyat Nazirliyi yanında İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi Maraqlı şəxs qarşı "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı Filialının (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna olan 0,01 manat, "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə olan 18043,12 manat (vergilər üzrə 13213,16 manat, faizlər üzrə 4829,96 manat), Dövlət Sosial Müdafiə Fonduna olan 2,62 manat olmaqla, ümumilikdə 18045,75 manat borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədinseriya və nömrəsi MYİ *******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Vergi ödəyicisi olan hüquqi şəxslər öhdəliklərini yerinə yetirmədiklərindən ərizəçi hazırkı tələblə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı Filialının (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 0,01 manat, "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 18043,12 manat (vergilər üzrə 13213,16 manat, faizlər üzrə 4829,96 manat), Dövlət Sosial Müdafiə Fonduna 2,62 manat olmaqla, ümumilikdə 18045,75 manat borcu vardır. Bu səbəbdən qeyd olunan borc məbləğinin ödənilməsinin təmin edilməsi üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən, "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı Filialının icra orqanının rəhbəri Maraqlı şəxsdır. Qeyd edilən şirkətin İcbari Tibbi Sığorta Fonduna 0,01 manat borcu vardır. "xxxx" MMC-nin (VÖEN: **********) icra orqanın rəhbəri X1r. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında özünün və ya nümayəndəsinin iştirakını təmin etməmiş, tərəflər ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Ərizəçi tərəfindən elektron qaydada materiallar məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Vergi ödəyicisi olan hüquqi şəxsin şəxsi hesab vərəqəsi, bildiriş, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, hazırkı iş üzrə ərizəçi AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi Maraqlı şəxs qarşı "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı Filialının (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 0,01 manat, "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 18043,12 manat (vergilər üzrə 13213,16 manat, faizlər üzrə 4829,96 manat), Dövlət Sosial Müdafiə Fonduna 2,62 manat olmaqla, ümumilikdə 18045,75 manat borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədinseriya və nömrəsi MYİ *******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş edilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin (VÖEN: **********) icra orqanının rəhbəri hazırkı iş üzrə maraqlı şəxs qismində cəlb edilən şəxs Maraqlı şəxs deyil, tamamilə başqa şəxs, X1r. Bundan əlavə digər hüquqi şəxs xxxx" şirkətinin Azərbaycan Respublikasındakı Filialının icra orqanının rəhbəri Maraqlı şəxsdır, həmin hüquqi şəxsin isə 0,01 qəpik borcu vardır. Qeyd edilən hüquqi şəxs tərəfindən xx.xx.2025-ci il tarixində ********** nömrəli Hökumət ödəniş portalı vasitəsilə 2 manat ödəniş edilmişdir. Qeyd edilən halları ümumiləşdirərək məhkəmə bu nəticəyə gəlir ki, maraqlı şəxsin rəhbəri olduğu hüquqi şəxslərdən birinin icra orqanınn rəhbəri dəyişmiş, maraqlı şəxsin icra orqanın rəhbəri olduğu digər hüquqi şəxsin isə borcu ödənilmişdir, borcu mövcud olsa belə 0,01 qəpik borca görə maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması mütənasib tədbir olmamaqla qanuni və ədalətli deyildir. Məhkəmə bu səbəbdən hazırkı iş üzrə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinin təmin edilməməsi nəticəsinə gəlmişdir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. Hazırki iş üzrə ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddia tələbi rədd edildiyi üçün dövlət rüsumu dövlətin hesabına aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi AR İqtisadiyyat Nazirliyi yanında İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi Maraqlı şəxs qarşı "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı Filialının (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna ,01 manat, "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 18043,12 manat (vergilər üzrə 13213,16 manat, faizlər üzrə 4829,96 manat), Dövlət Sosial Müdafiə Fonduna 2,62 manat olmaqla, ümumilikdə 18045,75 manat borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədinseriya və nömrəsi MYİ *******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi üzrə ərizəsi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1816/2025
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1816/2025
26.12.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver