Məhkəmə qərarları › İş №e-2-2(117)-182/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-182/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-182/2024 27.02.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdeh qarşı “2700 manat borcun və ödənilmiş 70 manat mediasiya rüsumunun tutulması” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə : İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən satıcı onun tərəfindən əsdiq edilmiş hesab faktura və elektron qaimə-fakturada göstərilənləri (mal və ya ehtiyat hissələri) alıcıya satmağı, alıcı isə malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2 və 2.1-ci bəndlərinə əsasən malın adı, miqdarı, ölçü vahidi, qiyməti hesab faktura və elektron qaimə-faktura ilə müəyyən olunmuşdur. 3.1.4-cü bəndinə əsasən alıcı təhvil verilmiş malların dəyərini bu müqavilədə göstərilmiş müddətdə ödəmədikdə alıcıya öncədən xəbərdarlıq etmək şərti ilə müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ vardır. xx.xx.2023-cü il tarixli hesab fakturadan və xx.xx.2023-cü il tarixli elektron qaiməfakturadan müəyyən olunur ki, dəyəri 250 manat olan 1 ədəd rulavoy nasos, dəyəri 800 manat olan 1 ədəd rulavoy kalonka, dəyəri 25 manat olan 1 litr 5w 40 yağ, dəyəri 220 manat olan 1 ədəd yanacaq nasosu, dəyəri 50 manat olan 1 ədəd stubiça cavabdehə təhvil verilmiş və hesab faktura cavabdehin imza və möhürü ilə təsdiq etmişdir. İddiaçı tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmiş, 2700 manat məbləğində ehtiyyat hissələri və mal cavabdehə təhvil verilmiş və cavabdeh bu halı etiraf etmişdir. Buna baxmayaraq sonuncu müqavilə üzrə satılmış malların dəyərini ödəməmiş və nəticədə ödənilməmiş 2700 manat borcu qalmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada məhkəmə bildirişi xx.xx.2024-cü il tarixdə ünvanı üzrə cavabdehə (etibarnamə ilə təqdim edilmə qaydasında Bağırov M) çatdırılmasına baxmayaraq cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600-cu maddəsinin 1-ci və 3-cü bəndləri). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında xx.xx.2023cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən satıcı onun tərəfindən təsdiq edilmiş hesab faktura və elektron qaimə-fakturada göstərilənləri (mal və ya ehtiyat hissələri) alıcıya satmağı, alıcı isə malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2 və 2.1-ci bəndlərinə əsasən malın adı, miqdarı, ölçü vahidi, qiyməti hesab faktura və elektron qaimə-faktura ilə müəyyən olunmuşdur. 3.1.4-cü bəndinə əsasən alıcı təhvil verilmiş malların dəyərini bu müqavilədə göstərilmiş müddətdə ödəmədikdə alıcıya öncədən xəbərdarlıq etmək şərti ilə müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ vardır. xx.xx.2023-cü il tarixli hesab fakturadan və xx.xx.2023-cü il tarixli elektron qaiməfakturadan müəyyən olunur ki, dəyəri 250 manat olan 1 ədəd rulavoy nasos, dəyəri 800 manat olan 1 ədəd rulavoy kalonka, dəyəri 25 manat olan 1 litr 5w 40 yağ, dəyəri 220 manat olan 1 ədəd yanacaq nasosu, dəyəri 50 manat olan 1 ədəd stubiça cavabdehə təhvil verilmiş və bu halı cavabdeh tərəf həmin hesab fakturanı imzalamaqla və möhür vurmaqla təsdiq etmişdir. İddiaçı tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmiş, 2700 manat məbləğində ehtiyyat hissələri və mal cavabdehə təhvil verilmiş və cavabdeh bu halı etiraf etmişdir. Buna baxmayaraq sonuncu müqavilə üzrə satılmış malların dəyərini ödəməmiş və nəticədə ödənilməmiş 2700 manat borcu qalmışdır. Göründüyü kimi əsas borc məbləği həm iddiaçı, həm də cavabdeh tərəfindən qəbul edilmiş və tərəflər bu halı öz imza və möhürləri ilə təsdiq etmişlər. xx.xx.2023-cü il tarixli elektron qaimə fakturaya münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimə orada adı qeyd olunan mal və ehtiyat hissələrinin cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlərlə, yəni hesab faktura ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, tərəflər arasında həqiqətən malların alqı-satqısı ilə bağlı münasibətlər olmuş, iddiaçı tərəfindən cavabdehə 2700 manat dəyərində mal və ehtiyat hissələri təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Təqdim edilmiş elektron qaiməni hesab faktura ilə birgə qiymətləndirən məhkəmə hesab edir ki, mallar cavabdehə təhvil verilmiş və sonuncunun ödənilməmiş 2700 manat borcu qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, 2700 manat pul məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 47 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən həmin dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 70 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği cavabdehdən tələb etdiyindən ödənilmiş 70 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2700 manat borc və 70 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Ödənilməmiş 47 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar