Məhkəmə qərarları › İş №e-2-2(117)-183/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-183/2022

11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-183/2022 11.04.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2, cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “76 812,38 manat borcun, maddi zərər və əldən çıxmış fayda kimi 20 000 manat pulun, 400 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 01.09.2018-ci il tarixli 2018/09-018 saylı “Malların göndərilməsi haqqında” Müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı bu Müqavilənin ayrılmaz hissəsi olan Əlavələrdə göstərilmiş şərab materiallarının satışını həyata keçirir, alıcı isə həmin malları alır və qəbul edir. Həmin Müqavilənin 8.1-ci bəndinə əsasən, tərəflərin məsuliyyəti Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunur. Həmin Müqavilənin 11.2-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən 31.12.2018-ci il müddətinə bağlanılır. Həmin Müqavilənin 12.4-cü bəndinə əsasən, tərəflər arasında başqa anlaşma olmadıqda Müqavilənin 12.1-ci bəndində əks olunmuş əsaslarla və ya Müqavilənin müddətinin bitməsi nəticəsində xətm edilməsi tərəfləri müqavilənin xətm tarixindən öncə yaranmış öhdəliklərdən azad etmir. Həmin Müqavilənin 12.1-ci bəndinə əsasən, tərəflərin qarşılıqlı razılığı əsasında müqaviləyə xitam verilə bilər. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 03.12.2018-ci il tarixli sazişə əsasən 01.09.2018-ci il tarixli 2018/09-018 nömrəli müqavilə 03.12.2018-ci il tarixdən ləğv edilmişdir. 03.12.2018-ci il tarixdə "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış ticarət nümayəndəsi (agent) müqaviləsinə görə Cavabdeh MMC ticarət agenti qismində "xxxx" MMC-yə məxsus 243600 litr hazır şərabın satışını həyata keçirməyi, malın alqı-satqısı üzrə üçüncü şəxslərlə müqavilələr bağlamağı və satışdan əldə olunan məbləğdən 111 812,38 manat məbləğində pul vəsaitini "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. 06.12.2019-cu il tarixində hər iki tərəfin imzaladığı və möhür vurulduğu üzləşmə aktından və 31.12.2019-cu il tarixinə olan aparılmış audutin nəticəsinə dair tərtib edilmiş akt-məlumatdan görünür ki, həmin tarixlərə "xxxx" MMC-nin "xxxx" MMC-yə 76 811,86 manat borcu mövcud olmuşdur. 30.08.2021-ci il tarixdə "xxxx" MMC-nin hüquqlarının (76812,38 AZN məbləğində) X2 ötürülməsi barədə, 15.09.2021-ci il tarixdə isə X1 öz hüquqlarını İddiaçı ötürülməsi barədə “Tələb hüququnun güzəşt edilməsi haqqında” müqavilə bağlanmışdır. "xxxx"MMC-nin məhkəməyə təqdim etdiyi sənədə (Arayış-2) əsasən müəsissənin 532103 manat kreditor borcları vardır. "xxxx"MMC-dən müəsissəyə keçən şərab materialının qiymətləndirilmiş qalığında "xxxx" MMC ilə bağlanmış 12.12.2018-ci il tarixli müqaviləyə əsasən 16,7 min dkl şərab materialları vardır. Bu öhdəlik mühasibatlıqda yalnız müqavilə ilə tanınır, lakin qarşı tərəfdən e-qaimə göndərilmədiyi üçün qarşılıqlı üzləşmə aktı tərtib edilmədi vəkreditor kimi tanınmadı. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə verdiyi izahatında bildirdi ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında 03.12.2018-ci il tarixli Ticarət nümayəndəsi müqaviləsi bağlanmışdır. Müqavilə əsasında tərəflər müqavilənin prdemeti olan məhsulların alışı və satışı ilə məşğul olmuşlar. "xxxx" MMC-nin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satdığı mallar müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qaimə-faktura ilə müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən müqavilənin şərtləri pozularaq "xxxx" MMCyə 76.811,86 borclu olduğu məbləği ödəməmişdir. Bundan sonra "xxxx" MMC-nin direktoru X3 ilə X4 arasında 30 avqust 2021-ci il tarixdə “tələb hüquqlarının güzəşti haqqında müqavilə” bağlanmışdır və "xxxx" MMC-nin 76.812,38 manat borcu tələb etmək hüququnu X2 ötürülmüşdür. Bundan sonra X4 ilə İddiaçı arasında 15 sentyabr 2021-ci il tarixdə “tələb hüquqlarının güzəşti haqqında müqavilə” bağlanmışdır və "xxxx" MMC-nin "xxxx" MMC-yə olan 76.812,38 manat borcun tələb etmək hüququnu iddiaçıya ötürmüşdür. Eyni zamanda, X4 ilə iddiaçı arasında 15 sentyabr 2021-ci il tarixdə “Tələb hüquqlarının güzəşti haqqında müqavilə” bağlanandan sonra X4 "xxxx" MMC-nin rəhbərliyinə 17 sentyabr 2021-ci il tarixdə bildiriş göndərilməsinə baxmayaraq, "xxxx" MMC tərəfindən borcun qaytarılması ilə bağlı heç bir tədbir görülməmişdir. Odur ki, həmin “Tələb hüquqlarının güzəşti haqqında” müqaviləyə əsasən 76,812,38 manat borc pul məbləği cavabdehdən tutulmalıdır. Cavabdeh MMC-nin iddiaçıya olan 76 812,38 manat borcunun, borcdan yayınması nəticəsində maddi ziyan və əldən çıxmış fayda kimi 20 000 manat məbləğində pulun və 400 manat ödənilmiş dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Cavabdeh MMC "xxxx" MMC-nin tərkibində olub. Tərəflər arasında bağlanan müqavilə 2013-cü ilə aiddir. 2018-ci ildə tərəflər arasında bağlanan müqavilə isə formal xarakter daşıyır. Çünki, burada real olaraq heç bir mal təhvil verilməyib. Tələb hüquqlarının güzəşti haqqında X4 ilə İddiaçı arasında bağlanan 15.09.2021-ci il tarixli müqavilənin 1.3-cü bəndində göstərilən 2018/09 018 saylı müqavilə, 30.09.2021-ci il tarixdə "xxxx" MMC ilə "xxxx" MMC arasında malların göndərilməsi haqqında bağlanan 2018/09-018 saylı müqavilədir. Sonradan "xxxx" MMC ilə "xxxx" MMC arasında 03.12.2018-ci il tarixdə 01.09.2018-ci il tarixli 2018/09-018 nömrəli müqavilənin ləğvinə dair saziş imzalanmışdır. Göründüyü kimi, müqavilə ləğv edilmişdir. Ləğv edilmiş müqavilə üzrə öhdəliklərin icrasının tələb olunması düzgün deyildir. Onlar bunu danmırlar, elektron qaimələr də bunu təsdiq edir. "xxxx" MMC ilə "xxxx" MMC arasında 03.12.2018-ci il tarixli Ticarət nümayəndəsi (Agent) müqaviləsi bağlanmışdır. Bu müqavilədə şərab məhsullarının satışı həyata keçirildikcə onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin şərab məhsulları isə satılmamışdır. Bu isə tələbi güzəşti haqqında müqavilənin predmeti ola bilməz. Bundan sonra, "xxxx" MMC ilə X4 arasında 30 avqust 2021-ci il tarixdə “tələb hüquqlarının güzəşti haqqında müqavilə” bağlanmışdır və "xxxx" MMC-nin 76.812,38 manat borcu tələb etmək hüququ X2 ötürülmüşdür. Bundan sonra, X5 ilə İddiaçı arasında 15 sentyabr 2021-ci il tarixdə “tələb hüquqlarının güzəşti haqqında müqavilə” bağlanmışdır və "xxxx" MMC-nin "xxxx" MMC-yə olan 76.812,38 manat borcu tələb etmək hüququ iddiaçıya ötürülmüşdür. Lakin borc məbləği iddiaçının iddia etdiyi məbləğdə deyildir. Sənədlərdə şübhəli məqamlar vardır. Buna görə də məhkəmədən ekspertiza keçirilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, "xxxx"MMC ilə CavabdehMMC eyni hüquqi şəxslərdir, eyni VÖEN alında fəaliyyət göstərmişlər.İlkin hüququi şəxsin adında olan “ASK” sözləri xaric edilmişdir. "xxxx" MMC ilə "xxxx" MMC arasında 03.12.2018-ci il tarixli ticarət nümayəndəsi müqaviləsi bağlanmışdır. Həmin dövrdə ödənişin qanuniliyini təmin etmək üçün vergi orqanlarının məsləhəti ilə ödənişi rəsmiləşdirmək üçün 03.12.2018-ci il tarixdə 01.09.2018-ci il tarixli 2018/09-018 nömrəli müqaviləni ləğv etmişlər. Həmin müqaviləni ləğv etdirsələr də elə həmin gündə - 03.12.2018-ci il tarixdə "xxxx" MMC ilə "xxxx" MMC arasında ticarət nümayəndəsi (agent) müqaviləsini bağlamışlar. Bu müqavilə ləğv edilən müqavilənin davamı olmuş və alqı-satqı müqaviləsində olan öhdəliklər mövcud olmaqda davam etmişdir. Borc isə mövcud olmuşdur. Sonradan "xxxx" MMC hüquqlarını X2, o da İddiaçı ötürmüşdür. Tərəflər arasında 2013-cü ildə bağlanan müqaviləyə əsasən şərab materialının bir hissəsini Rusiya şirkətlərindən birinə satılmış, sonra Rusiyada qanunvericlikdə dəyişiklik olduğundan, şərab materialının digər hissəsini sata bilməmişdir. Təbii şərab materialının yararlılıq müddəti ən yaxşı halda 3 ildir. Tərəflər arasında müqavilə 2013-cü ildə imzalanmışdır. Həmin vaxtdan indiyə qədər şərab materialı xarab olmuşdur. İddiaçıya zavoda məxsus şərab materialı verilə bilər. Lakin təmsil etdiyi hüquqi şəxs investisya layihəsi çərçivəsində Rusiya şirkətinə satılması səbəbindən hazırda onun müstəqil qərar qəbul etməmsi mümkün deyildir. İddiaçı Nərman oğlu ona borcun ödənilməsi ilə bağlı müraciət etmişdi. Ona sənəd gətirməsini bildirmiş, lakin, o, bir il ərzində bununla bağlı heç bir sənəd təqdim etməmişdir. Zavod sonradan Rusiya şirkətlərindən birinə satılmışdır. Bu zaman İddiaçı borcunun rəsmiləşdirilməsi üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsində hər iki tərəfin də adının yer aldığı akta qol çəkməsini xahiş etdilər. Lakin, iddiaçı bunu qəbul etmədi. Tərəflər arasında saxlama müqaviləsi vardır. Lakin saxlama xərcləri şərab materialından da baha başa gəlir. Cavabdehin nümayəndəsi bildirdi ki, 06.12.2019-cu il tarixində imzalanmış üzləşmə aktında və auditin nəticəsinə dair 31.12.2019-cu il tarixinə olan akt-məlumatda "xxxx" MMC adı ilə imza ona məxsusdur və möhür isə rəhbəri olduğu qeyd edilən müəsissəyə məxsusdur. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçı tərəfindən elektron qaydada materiallar məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: 01.09.2018-ci il tarixli 2018/09-018, 03.12.2018-ci il , 30.08.2021-ci il, 18.09.2021-ci il tarixli müqavilələr, 06.12.2019-cu il tarixində imzalanmış üzləşmə aktı və 31.12.2019-cu il tarixinə olan məlumat və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının və cavabdehin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra mətndə MM) maddə - 385.1, 567, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Məhkəmə müəyyən edir ki, cavabdeh "xxxx" MMC və Cavabdeh MMC eyni hüquqi şəxslərdir və hər iki hüquqi şəxsi ********** nömrəli VÖEN ilə fəaliyyət göstərmişlər.Əvvəlki hüquqi şəxs olan "xxxx" MMC-nin adında düzəliş edilmişdir və hazırda fəaliyyət göstərən hüquqi şəxs Cavabdeh MMC-dir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi, tərəflərin nümayəndə və vəkillərinin izahatları ilə təsdiqləndiyi kimi, tərəflər arasında alqı-satqı münasibətləri olmuş, 01.09.2018-ci il tarixdə "xxxx" MMC ilə "xxxx" MMC arasında 2018/09-018 saylı “Malların göndərilməsi haqqında” müqavilə bağlanmış, həmin Müqaviləyə əsasən satıcı bu Müqavilənin ayrılmaz hissəsi olan Əlavələrdə göstərilmiş şərab materiallarının satışını həyata keçirməyi, alıcı isə həmin malları almağı və qəbul etməyi öhdəsinə götürmüşdür. Daha sonra "xxxx" MMC ilə Cavabdeh MMC arasında 03.12.2018-ci il tarixdə saziş imzalanaraq 01.09.2018-ci il tarixli 2018/09-018 nömrəli müqavilə 03.12.2018-ci il tarixdən ləğv edilmiş və tərəflər arasında həmin tarixdə ticarət nümayəndəsi (agent) müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən, Cavabdeh MMC ticarət agenti qismində "xxxx" MMC-yə məxsus 243600 litr hazır şərabın satışını həyata keçirməyi, malın alqı-satqısı üzrə üçüncü şəxslərlə müqavilələr bağlamağı və satışdan əldə olunan məbləğdən 111 812,38 manat məbləğində pul vəsaitini "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. 06.12.2019-cu il tarixində imzalanmış üzləşmə aktından və 31.12.2019-cu il tarixinə olan audit yoxlamasının nəticəsinə dair akt-məlumatdan görünür ki, həmin tarixlərə "xxxx" MMC-nin "xxxx" MMC-yə 79 811,86 manat borcu mövcud olmuşdur. 30.08.2021-ci il tarixdə "xxxx" MMC-nin hüquqlarının (76812,38 AZN məbləğində) X2 ötürülməsi barədə, 15.09.2021-ci il tarixdə isə X1 öz hüquqlarını İddiaçı ötürülməsi barədə “Tələb hüququnun güzəşt edilməsi haqqında” müqavilə bağlanmışdır. Bunlar işin mübahisələndirilməyən hallarıdır. MM-in: 193.1-ci maddəsinə əsasən, güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. 193.2. Əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. 193.3. Əvvəlki sahib tələb əsasında bu hüququn və tələbin güzəşti barədə lazımınca təsdiqlənmiş sənədi də əldə edənə verməlidir. Bu sənədin təsdiqlənməsi üçün zəruri xərclər yeni sahibin üzərinə qoyulur. 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. İşin mübahisəli halları ilə bağlı aşağıdakı məsələlərə aydınlıq gətirilməsini məhkəmə işin faktiki hallarının araşdırılması və iddia tələbinə hüquqi qiymət verilməsi baxımından zəruri hesab edir. Əvvəlcə məhkəmə cavabdehin nümayəndəsinin vəsatətində qeyd edilən məsələlərə münasibət bildirməyi zəruri hesab edir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil 08.04.2022-ci il tarixdə məhkəməyə ünvanladığı həmin vəsatətində İddiaçı əsl iddiaçı ilə əvəz olunmasını, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini və ticarət agenti müqaviləsi bağlanan zaman notarial qaydaya riayət edilməməsinə görə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə bildirir ki, qeyd edilən məsələlərə dair vəsatətlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələblərinə əsasən, məhkəmə hazırlıq iclasında verməli idi. Qeyd edilən hallara dair vəsatətlər yalnız o halda məhkəmə baxışında verilə bilər ki, işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 184.3-cü maddəsinə əsasən, hakim yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatəti yalnız o halda təmin edir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 184-cü maddəsinin adı “İşdə iştirak edən şəxslərin vəsatətlərinin həlli” adlandırıldığından və qanunvericilikdə qeyd edilən məsələlərlə bağlı vəsatətlərin həllinə dair ayrıca norma müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, MPM-in 184.3-cü maddəsinin tələbləri bütün növ vəsatətlərin verilməsinə aid edilir. MPM-nin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. MPM-nin 184.5-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin vəsatətləri əsaslandırılmalıdır. Hakim işin baxılmasını yubatmaq məqsədilə verilmiş vəsatətləri rədd edir. 30.08.2021-ci il tarixdə "xxxx" MMC-nin hüquqlarının (76812,38 AZN məbləğində) X2 ötürülməsi barədə, 15.09.2021-ci il tarixdə isə X1 öz hüquqlarını İddiaçı ötürülməsi barədə “Tələb hüququnun güzəşt edilməsi haqqında” müqavilə bağlanmışdır. Yəni, hazırki iddiaçı subyektiv hüquqa malikdir. Həmin müqavilənin tərtib edilmə qaydasına riayət edilməməsinə münasibətdə isə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM)194.4-cü maddəsinə əsasən, sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir. Həmin müqavilənin əsaslandığı ilkin alqı-satqı müqaviləsi sadə yazılı formada tərtib edilmişdir. İş materialları ilə iddia tələbi sübut olunduğundan, ekspertiza təyin edilməsi işin baxılmasının yubanmasına gətirib çıxara bilərdi. Məhkəmə "xxxx" MMC və "xxxx" MMC arasında, daha sonra isə hazırki iddiaçı ilə Cavabdeh MMC arasında hansı tipli hüquq münasibətlərinin nə əsasla və hansı zaman kəsiyində mövcud olmasını araşdırmış və müəyyənləşdirmişdir ki, tərəflərin nümayəndə və vəkillərinin izahatlarında Cavabdeh MMC-nin direktoru Nümayəndə2 da tərəflər arasında 2013-cü il tarixdən alqı-satqı münasibətləri olmuşdur. İş materialları ilə isə bu münasibətlərin yalnız 2018-ci il tarixdən mövcud olmasının rəsmiləşdirilməsi ilə bağlı sübutlar müəyyən edilmişdir. Tərəflər arasında əvvəlcə malların göndərilməsi haqqında 01.09.2018-ci il tarixdə bağlanmış müqavilədən irəli gələn alqı-satqı münasibətləri mövcud olmuş, müqavilənin 1 nömrəli Əlavəsinə görə Alıcı olan hazırkı iş üzrə cavabdeh 243600kq/l şərab materialının dəyəri olan 11812,38 manat məbləğində vəsaiti "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. 03.12.2018-ci il tarixdə 01.09.2018-ci il tarixli 2018/09-018 nömrəli müqavilə ləğv edilərək, həmin tarixdə "xxxx" MMC ilə "xxxx" MMC arasında ticarət nümayəndəsi (agent) müqaviləsi bağlanmışdır. Cavabdeh şirkətin direktoru məhkəməyə verdiyi izahatında “həmin dövrdə vergi orqanlarının tövsiyəsi ilə ödənişi rəsmiləşdirmək üçün 03.12.2018-ci il tarixdə 01.09.2018-ci il tarixli 2018/09-018 nömrəli müqaviləni ləğv etdirdilər. Lakin, həmin müqaviləni ləğv etdirsələr də elə həmin gündə - 03.12.2018-ci il tarixdə "xxxx" MMC ilə "xxxx" MMC arasında ticarət nümayəndəsi (agent) müqaviləsini bağlamışlar. Ona görə də sonradan bağlanmış tələbin güzəşti haqqında müqavilədə münasibətin yaranması əsası kimi tərəflər arasında bağlanmış 01.09.2018-ci il tarixli müqavilənin nömrəsi qeyd edilmişdir. Bu müqavilə ləğv edilən müqavilənin davamıdır. Borcla bağlı məsələ isə dəyişməmişdir. Bu isə onu sübut edir ki, müqavilə üzrə öhdəliklər yerinə yetirilmədən tərəflər arasında mövcud olan alqı-satqı müqaviləsinə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilmiş, sadəcə formal baxımından müqavilənin adı dəyişdirilərək “malların göndərilməsi haqqında” müqavilə deyil, “Ticarət nümayəndəsi (agenti) haqqında” müqavilə olaraq dəyişdirilmişdir. Tərəflər arasında bağlanmış 01.09.2018-ci il tarixdə "xxxx" MMC ilə "xxxx" MMC arasında 2018/09-018 saylı “Malların göndərilməsi haqqında” müqavilənin 12.1-ci bəndinə əsasən, tərəflərin qarşılıqlı razılığı əsasında müqaviləyə xitam verilə bilər. Həmin müqavilənin 12.4-cü bəndinə əsasən, tərəflər arasında başqa anlaşma olmadıqda Müqavilənin 12.1-ci bəndində əks olunmuş əsaslarla və ya Müqavilənin müddətinin bitməsi nəticəsində xətm edilməsi tərəfləri müqavilənin xətm tarixindən öncə yaranmış öhdəliklərdən azad etmir. Həmin müqavilə 31.12.2018-ci il tarixinədək qüvvədə olması şərti ilə bağlanmışdır. Deməli, tərəflərin razılığı ilə vaxtından əvvəl müqaviləyə xitam verilmişdir. Əslində isə ilkin müqavilə üzrə tərəflərin öhdəliklərinə xitam verilməmişdir. Odur ki, cavabdehin "xxxx" MMC-yə və dolayısı ilə tələb hüququnun güzəşt edilməsi nəticəsində həmin hüququn sonuncu mülkiyyətçisi olan İddiaçı 76 812,38 manat borcunun olduğu istər iş materialları ilə (06.12.2019-cu il tarixində imzalanmış üzləşmə aktı və 31.12.2019-cu il tarixinə olan auditin nəticələrinə dair akt-məlumat, Arayış-2 haqqında sənəd), istərsə də tərəflərin nümayəndələrinin izahatları ilə təsdiq olunur. Qeyd edilən aktların cavabdeh hüquqi şəxsin rəhbəri özü tərəfindən imzalanıb möhürləndiyini təsdiq etmişdir. Tələb hüququ mövcud olmuş və mövcud olduğu vəziyyətdə müvafiq olaraq güzəşt edilmiş və hazırkı iddiaçıya belə bir tələblə məhkəmədə çıxış etməyə hüquqi imkan tanımışdır. "xxxx" MMC ilə "xxxx" MMC arasında 03.12.2018-ci il tarixdə bağlanmış ticarət nümayəndəsi (agent) müqaviləsinin bağlanmasından 1 il sonra həmin müqavilə tərəflərinin müvafiq qaydada imzalanaraq təsdiq etdiyi 06.12.2019-cu il tarixli üzləşmə aktı və 31.12.2019-cu il tarixinə olan auditin nəticələrinə dair akt-məlumatda "xxxx"MMC-nin "xxxx" MMC-yə 76811,86 manat məbləğində borcunun olmasını tərəflər təsdiq edir. Qeyd edilən sübutlar onu təsdiq edir ki, tərəflər arasında şərab məhsulunun satıldıqca pulunun ödəniləcəyi barədə razılığa gəlsələr belə, 2019-cu ilin dekabr ayınıdək həmin şərab materialı satılmış, həmin müddətdə 111812,38 manat məbləğdən 35000,52 manat ödənilmiş qalan borc məbləği isə 76811,86 manat olmuşdur. Bu faktlar cavabdeh tərəfin həmin şərab materialının hazırda mövcud olduğu və satılmadığı arqumentini inkar edir. İşdə olan 06.12.2019-cu il tarixli üzləşmə aktının surəti təqdim edilsə də, həmin aktı imzalamış və möhürləmiş "xxxx"MMC-nin rəhbəri qeyd edilən imza və möhürün onun özü tərəfindən edildiyi və həmin aktın həqiqiliyini təsdiq etmişdir. İddiaçı 20000 manat məbləğində əldən çıxmış fayda tələb etmiş və bununla bağlı hər hansı bir sübut təqdim etməmiş və iddiaçının nümayəndəsi məhkəmə iclasında həmin hissədə tələbə hüquqi qiymət verilməsini məhkəmənin səlahiyyətinə buraxdığını bildirmişdir. Ona görə də məhkəmə iddia tələbinin 76811,86 manat hissədə əsaslığını qəbul edir. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsiplərinə görə ilkin olaraq iddiaçı tələbinin əsasını sübut etməli və bununla bağlı sübutları məhkəməyə təqdim etməlidir. İddiaçının nümayəndəsi isə bu tələblə bağlı ümumiyyətlə hər hansı bir əsaslandırma ilə məhkəmə qarşısında çıxış etməmiş və sübutlar təqdim etməmişdir. Məhkəmə iddia tələbinin qeyd edilən hissədə əsaslılığını qəbul etmir və iddianın həmin hissədə təmin edilməməsi nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 76811,86 manat pul cavabdehdən tutularaq İddiaçıun xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən təmin edilən hissəyə münasib Cavabdehndən 320,44 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilməlidir. Həmçinin, ilkin mediasiyanın keçirilməsi ilə bağlı ödənilmiş 400 manat mediasiya xərci cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdehndən 76 811,86 manat pul və 400 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdehndən 320,44 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar