Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1845/2025 08.12.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “xx.xx.2024-cü il tarixli BS-334 saylı alğı-satqı müqaviləsi üzrə yaranmış əsas borc üzrə 37039,74 manat, cərimə borcu üzrə 14892,97 manat olmaqla, cəmi 51932,71 manat pulun və 245.80 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “xx.xx.2024-cü il tarixli BS-334 saylı alğı-satqı müqaviləsi üzrə yaranmış əsas borc üzrə 37039,74 manat, cərimə borcu üzrə 14892,97 manat olmaqla, cəmi 51932,71 manat pulun və 245.80 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, hazırkı ərizəyə ərazi aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmalı olmadığından ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02 aprel 2025-ci il tarixli BS-382 nömrəli mallar üzrə alqı-satqı müqaviləsinin 8.2-ci bəndinə əsasən, tərəflər razılaşır ki, müqaqvilə ilə bağlı meydana gələn mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələrə Bakı Kommersiya Məhkəməsində baxılacaqdır. Göründüyü kimi tərəflər yaranmış mübahisənin qarşılıqlı razılıq yolu ilə həll edilməyəcəyi təqdirdə mübahisənin Bakı Kommersiya Məhkəməsində həll edilməsi ilə bağlı razılaşmışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 40.2. Tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. 40.3. Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Bundan əlavə olaraq məhkəmə iddiaçının diqqətinə çatdırır ki, iddia ərizəsinin məzmunu ilə tələb hissəsində uyğunsuzluqlar var. Belə ki, iddia ərizəninin mətn hissəsində iddiaçı, tərəflər arasında xx.xx.2021-ci il tarixli BS-27 saylı və xx.xx.2025-ci il tarixli BS-382 saylı müqavilələrin bağlandığını qeyd etsə də, tələb hissəsində xx.xx.2024-cü il tarixli BS- 334 saylı müqaviləyə əsasən yaranmış borcun tutulmasını tələb etdiyini bildirmişdir. Eyni zamandan iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə araşdırıldıqda iş materiallarına sadəcə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli BS-382 saylı müqavilənin əlavə edildiyi müəyyən edilmişdir. İddia ərizəsində 3 ədəd müqavilə ilə bağlı məlumatlar qeyd edilir. Lakin təqdim edilən müqavilədə tərəflər arasında ərazi aidiyyəti qarşılıqlı razılıq əsasında dəyişdirildiyindən məhkəmə tərəfindən qeyd edilən hala uyğun qərar qəbul edilmişdir. Qeyd edilən halları iddiaçı aydınlaşdırdıqdan sonra məhkəməyə müraciət etməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsini ərazi aidiyyəti qaydalarına görə düzgün vermədiyindən və hazırkı ərizəyə iş materiallarına əlavə edilmiş müqaviləyə əsasən Şəki Kommersiya Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı işə baxılması ilə əlaqədar xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə X1 və ya Asanpay vasitəsilə məhkəmənin hesabına ödənilmiş 245.80 manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məh kəmə qərara aldı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “xx.xx.2024-cü il tarixli BS-334 saylı alğı-satqı müqaviləsi üzrə yaranmış əsas borc üzrə 37039,74 manat, cərimə borcu üzrə 14892,97 manat olmaqla, cəmi 51932,71 manat pulun və 245.80 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə X1 və ya Asanpay vasitəsilə ödənilmiş 245.80 manat dövlət rüsumu iddiaçıya dövlət büdcəsindən qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1845/2025
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1845/2025
08.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver