Məhkəmə qərarları › İş №e-2-2(117)-1850/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1850/2025

09.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1850/2025 09.12.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdehnə qarşı “cavabdehdən 7450 manat dəymiş zərərin və ödənilmiş 94.50 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “cavabdehdən 7450 manat dəymiş zərərin və ödənilmiş 94.50 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, hazırkı iş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh hüquqi şəxs olaraq "xxxx" ASC-nin tabeliyində yaradılmış, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2024-cü il tarixli 431 nömrəli Sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti və onun tabeliyində olan müəsissələrin ləğv edilməsi qərara alınmışdır. Hazırda isə ləğvetmə prosesi davam etdirilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xx.xx.2025-ci il tarixli 3-21/3-1-F-41/2025 nömrəli əmri ilə qeyd edilən Cəmiyyətin və onun tabeliyində olan müəsissələrin ləğv edilməsi ilə bağlı Komissiya yaradılmışdır. Göründüyü kimi hal-hazırda cavabdeh qismində cəlb edilmiş Cavabdeh MMC ləğv etmə prosesində olduğundan iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən həmin hüquqi şəxsin cavabdeh qismində cəlb edilməsi və məhkəmədə tərəf qismində çıxış etməsi qanunvericiliyin tələblərinə uyğun olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, AR Mülki Məcəlləsinin: 59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. 60.1. Hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. 60.3. Hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir. 60.4. Ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. 61.4. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) hər hansı bir kreditorun irəli sürdüyü tələblə razılaşmadığı halda həmin kreditor məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Tələb barədə məhkəmə qərarı qəbul edilənədək onun təmin edilməsi üçün zəruri olan vəsait saxlanılmalıdır. İlk öncə məhkəmə onu qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 149.2-ci maddəsinə əsasən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya iddiaçınin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat və ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilir. MPM-in 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; Nəticədə məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin ləğv edilməsi qərara alındığından iddiaçının həmin hüquqi şəxsi cavabdeh qismində işə əlavə etməsi, ondan borcun tutulmasının tələb edilməsində haqlı olmadığından, ilkin olaraq ləğvetmə komissiyasına müraciət etməli, kreditor siyahısına əlavə edilməli, bundan sonra iddia tələbi ilə məhkəməyə müraciət etməli olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə iddiaçının diqqətinə çatdırır ki, AR Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinə əsasən, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı hazırkı işdən əlavə olaraq eyni cavabdehə qarşı başqa tələb ilə məhkəməyə müraciət etmiş (e-2-2(117)-1848/2025 saylı iş) və həmin tələb hazırkı iş üzrə tələblə əlaqəli olduğundan iddiaçı tərəfindən qeyd edilmiş yanlışlıqlar aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət edildiyi halda hər iki tələb birləşdirilərək vahid iddia tələbi ilə müraciət edilməsi xahiş olunur. Məhkəmə iddiaçı tərəfindən Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 95.60 manat məbləğində dövlət rüsumunun geri qaytarılmasına münasibətdə bildirir ki, MPM-in 114.1.3-cü maddəsinə uyğun olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, Cavabdeh MMC-nin ləğvetmə komissiyasına qarşı qanunvericiliyin tələblərinə riayət edilməklə ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “cavabdehdən 7450 manat dəymiş zərərin və ödənilmiş 94.50 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 95.60 manat dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar