Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-186/2024 16.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “cavabdeh ”xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətdən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 3466 manat əsas borc, 498.88 manat faiz borcu və 59.65 manat dövlət rüsumunun tutulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC cavabdeh "xxxx" MMC-yə qarşı “cavabdeh ”xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətdən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 3466 manat əsas borc, 498.88 manat faiz borcu və 59.65 manat dövlət rüsumunun tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək işin baxılmamış qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Hazırki iş üzrə iddiaçı iddia ərizəsinin baxılmadan qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı QSC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “cavabdeh ”xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətdən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 3466 manat əsas borc, 498.88 manat faiz borcu və 59.65 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-186/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-186/2024
16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver