Məhkəmə qərarları › İş №e-2-2(117)-187/2020

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-187/2020

05.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-187/2020 05.06.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “6252 manat əsas borc, 2664,37 manat cərimə borcu və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 25898,45 manat borcun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “6252 manat əsas borc, 2664,37 manat cərimə borcu və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 25898,45 manat borcun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etməmişdir. Məhkəmə, məhkəmə sənədlərinin cavabdehin məhkəməyə məlum olan ünvanı üzrə göndərilməsini nəzərə alaraq MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında bildirdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona mübahisənin həlli ilə bağlı pretenziya ilə müraciət olunmayıb və iddia ərizəsinin surəti ona təqdim olunmayıb. İddiaya mahiyyəti üzrə baxılmasını tələb etmir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Hazırkı işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, pretenziya məktubu, habelə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə çatdırılmamışdır. Belə ki, iddiaçı tərəfindən sübut kimi məhkəməyə təqdim edilmiş poçt göndərişlərinin çatdırılması haqqında xəbərnamədə poçt göndərişinin kimə və nə vaxt çatdırılmasına dair məlumat mövcud deyildir. Cavabdeh isə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona mübahisənin həlli ilə bağlı pretenziya ilə müraciət olunmayıb və iddia ərizəsinin surəti ona təqdim olunmayıb. Bundan başqa poçt göndərişinin çatdırılması haqqında xəbərnamədə göstərilmiş ünvan cavabehə məxsus deyildir. Məhkəmə araşdırması zamanı cavabdehin şəxsiyyət vəsiqəsinə dair məlumatdan və özünün məhkəməyə təqdim etdiyi ərizədən müəyyən edilmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşasa da iddiaçı tərəfindən poçt göndərişləri Mingəçevir şəhəri ünvan 2/11, mənzil 15 ünvanına göndərilmişdir. Məhkəmə qeyd edir ki, kommersiya mübahisələri üzrə pretenziya qaydasına riayət edilməsi barədə qanunvericiliyin tələbləri formal xarakter daşımır. Çatdırılma və ya təqdim olunma dedikdə həmin sənədlərin rəsmi olaraq qarşı tərəfə verilməsi kimi başa düşülür. Belə təqdim olunmada qanunvericiliyin güddüyü əsas məqsəd qarşı tərəfin ona qarşı qaldırılmış iddiadan əvvəlcədən məlumatlı olması və müdafiəsini təşkil etməsinə imkan yaradılmasıdır. İddiaçı tərəf hazırki mübahisənin məhkəmədən kənar (pretenziya) həll edilməsi ilə bağlı cavabdehə müraciət etmədiyindən, yəni həmin pretenziyanın cavabdehə tərəfə təqdim olunmasını təmin etmədiyindən və bu qaydanı tətbiq etmək imkanını itirilmədiyindən, habelə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri cavabdehə çatdırılmasını təmin etmədiyindən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən, iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iş materiallarına əlavə edilməlidir. 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən və işə nümayəndəsinin iştirakı olmadan baxılması barədə məhkəməyə müraciət etmədiyindən, cavabdeh tərəf isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən ərizə baxılmamış saxlanılmalıdır. İddiaçının diqqətinə çatdırılır ki, qanunvericiliyin tələblərinə riayət etməklə yuxarıda qeyd olunan çatışmazlıqları aradan qaldırıb yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: http://cms.justice.loc/Common/Content.aspx?Id=3448170İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “6252 manat əsas borc, 2664,37 manat cərimə borcu və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 25898,45 manat borcun cavabdehdən tutularaq ödənilməsi” tələbinədair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar