Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-189/2025 03.04.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Dadaşov Bəşir Mustafa oğlunun katibliyi, İddiaçın nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli, № 004D\AQN\23 saylı Alqı-Satqı müqaviləsi üzrə ödənilməli olan 119894,67 manat pulun, hüquqi yardımın göstərilməsi üçün Bakı 18 saylı Vəkil bürosuna ödənilmiş 1800 manat pulun və dövlət rüsumunun əvəzi kimi 409.90 pulun tutularaq İddiaçı MMC yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə İddiaçı MMC arasında xx.xx.2023cü il tarixdə, №004D\AQN\23 saylı Alqı-Satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1 bəndinə əsasən “Kənd təsərüffatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 saylı Fərmanına əsasən cins damazlıq heyvanlar yerli olduqda dəyərinə idxal olduqda isə Gömrük idxal dəyəriniə 60% həcmində güzəşt tətbiq etməklə “Alıcıya” satır. Müqavilənin 1.1 bəndinə əsasən Satıcı tərəfindən Alıcıya 31 baş Brown-Swiss tipli cins damazlıq heyvan satılmışdır və müqavilə üzrə heyvanların satış qiyməti 200.353.00 manat təşkil etmişdir. Müqavilə qiymətinin ilkin ödəniş hissəsi olan 86.800 manat cavabdeh tərəfindən ödənilsə də güzəşt məbləği olan 119894.67 manat pulun “AKİA” tərəfindən ödənilməsindən imtina edilmişdir. Bu məsələ ilə bağlı cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdeh tərəfindən ona edilən güzəşt məbləğinin ödənilməsi təmin edilməmişdir. Tərəflər arasında olan müqavilənin 2.2.5 bəndinə əsasən Alıcı, dövlət tərəfindən tətbiq edilən güzəştin “AKİA” tərəfindən təmin edilməsi üçün, zəruri tədbirləri görməyi öhdəsinə götürmüş və bu öhdəliyin yerinə yetirilməyəcəyi halda həmin güzəşt məbləğinin iddiaçıya ödənilməsini öhdəlik götürmüşdür. Müqavilə qiymətinin ilkin ödəniş hissəsi olan 86.800 manat cavabdeh tərəfindən ödənilsədə güzəşt məbləği olan 119894.67 manat pulun “AKİA” tərəfindən ödənilməsindən imtina edilmişdir. Bu məsələ ilə bağlı cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdeh tərəfindən ona edilən güzəşt məbləğinin ödənilməsi təmin edilməmiş eyni zamanda həmin güzəşt məbləğinin iddiaçıya ödənilməsi üçün heç bir təşəbbüs olmamışdır. Cavabdehə rəsmi şəkildə xx.xx.2024-cü il tarixdə elektron kabinet və Dövlət Vergi Xidmətinin “online kargüzarlıq” bölməsindən rəsmi pretenziya ünvanlanmış, lakin göstərilən müddət tamam olsa da cavabdeh borcu ödəməmişdir. II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, cavabdehlə İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixdə, №004D\AQN\23 saylı Alqı- Satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1 bəndinə əsasən “Kənd təsərüffatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 saylı Fərmanına əsasən cins damazlıq heyvanlar yerli olduqda dəyərinə idxal olduqda isə Gömrük idxal dəyəriniə 60% həcmində güzəşt tətbiq etməklə “Alıcıya” satır. Müqavilənin 1.1 bəndinə əsasən Satıcı tərəfindən Alıcıya 31 baş Brown-Swiss tipli cins damazlıq heyvan satılmışdır və müqavilə üzrə heyvanların satış qiyməti 200.353.00 manat təşkiletmişdir. Müqavilə qiymətinin ilkin ödəniş hissəsi olan 86.800 manat cavabdeh tərəfindən ödənilsədə güzəşt məbləği olan 119894.67 manat pulun “AKİA” tərəfindən ödənilməsindən imtina edilmişdir. Bu məsələ ilə bağlı cavabdehə dəfələrlə müraciət etməyimizə baxmayaraq cavabdeh tərəfindən ona edilən güzəşt məbləğinin ödənilməsi təmin edilməmişdir. Tərəflər arasında olan müqavilənin 2.2.5 bəndinə əsasən Alıcı, dövlət tərfindən tətbiq edilən güzəştin “AKİA” tərəfindən təmin edilməsi üçün, zəruri tədbirləri görməyi öhdəsinə götürmüş və bu öhdəliyin yerinə yetirilməyəcəyi halda həmin güzəşt məbləğinin iddiaçıya ödənilməsini öhdəlik götürmüşdür. Müqavilə qiymətinin ilkin ödəniş hissəsi olan 86.800 manat cavabdeh tərəfindən ödənilsə də güzəşt məbləği olan 119894.67 manat pulun “AKİA” tərəfindən ödənilməsindən imtina edilmişdir. Bu məsələ ilə bağlı cavabdehə dəfələrlə müraciət edilsə də, cavabdeh tərəfindən ona edilən güzəşt məbləğinin ödənilməsi təmin edilməmiş eyni zamanda həmin güzəşt məbləğinin iddiaçıya ödənilməsi üçün heç bir təşəbbüs olmamışdır.
4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
6. İş materiallarında İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 004D/AQN/23 nömrəli damazlıq heyvanların alqı-satqısı barədə müqavilənin predmentinə əsasən satıcı (İddiaçı MMC) bu müqavilənin 1 saylı əlavəsində göstərilmiş iri buynuzlu cins damazlıq heyvanların alıcıya (Cavabdeh) satılmasını, alıcı isə həmin heyvanların bu müqavilənin 1.2-ci bəndində müəyyən edilmiş dəyərinin satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən alıcının ərizəsinə əsasən satıcı 31 baş “Brown-Swiss” cinsli damazlıq heyvanları satın aldıqdan sonra alıcıya satır, alıcı isə öz növbəsində həmin damazlıq heyvanların dəyərinin ödəyir və qəbul edir. 1.2-ci bəndinə əsasən alıcı 31 baş “Brown-Swiss” cinsli damazlıq heyvanların ehtimal edilən satış qiyməti 200353 manat nəzərdə tutulmuşdur. 1 baş “Brown-Swiss” cinsli damazlıq heyvanın güzəştli satış qiyməti 2 800 manat olmaqla, cəmi 86800 manat məbləği əvvəlcədən ödədikdən sonra tərəflər əsas alqı-satqı müqaviləsi bağlayarkən müəyyən ediləcək yekun qiymətdə həmin heyvanların gömrük dəyərinə tətbiq edilən güzəşt məbləği çıxıldıqdan sonra qalıq məbləği ödəyir.
7. Tərəflər arasında xx.xx.2023-cü il tarixli 004D/AQN/23 nömrəliyə 1 saylı əlavə imzalanmışdır. Həmin əlavədə alıcı tərəfindən satıcıya satılan 31 ədəd iribuynuzlu malların təsnifatı göstərilmiş, həmin 1 saylı əlavə iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır.
8. Tərəflər arasında xx.xx.2023-cü il tarixli 004D/AQN/23 nömrəliyə 2 saylı əlavə imzalanmışdır. Həmin əlavəyə əsasən alıcı tərəfindən satıcıya satılan 31 ədəd “Brown- Swiss” cinsli iribuynuzlu malların siyahısı və inventar nömrəsi göstərilmişdir. Həmin əlavədə iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır.
9. Tərəflər arasında xx.xx.2023-cü il tarixli 004D/AQN/23 nömrəli damazlıq heyvanların alqı-satqısı barədə müqaviləyə xx.xx.2023-cü il tarixli D-01/004D/AQN/23 nömrəli razılaşdırılma protokolu imzalanmışdır. Həmin protokola əsasən tərəflər xx.xx.2023-cü il tarixli 004D/AQN/23 nömrəli damazlıq heyvanların alqı-satqısı barədə müqaviləyə əsasən 31 baş iribuynuzlu heyvanı alıcıya təhvil verilməsinə dair razılığa gəlmişlər.
10. Tərəflər arasında bağlanmış 19 may 2023-cü il tarixli, D-01/004D/AQN/23 nömrəli razılaşdırma protokoluna 1 saylı əlavə imzalanmışdır. Həmin əlavəyə əsasən 31 baş iribuynuzlu heyvanın ümumi dəyəri 206 694,67 manat, 119894,67 manat güzəşt dəyəri müəyyən edilmişdir.
11. İddiaçı MMC-yə məxsus Damazlıq heyvanların alıcıya təhvili barədə xx.xx.2023cü il tarixli aktdan görünür ki, İddiaçı MMC tərəfindən 31 baş iribuynuzlu heyvan Cavabdeh Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən təsərrüfatına sağlam halda təhvil verilmişdir. Bu aktı Cavabdeh nümayəndəsi X2, X4 və X3 imzalamışlar.
12. İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 004D/AQN/23 nömrəli damazlıq heyvanların alqı-satqısı barədə müqavilə üzrə 31 baş “Brown-Swiss” cinsli damazlıq heyvanı 206694,67 manata almışdır. xx.xx.2025-ci il tarixdə 86800 manat ödəmiş və ödənilməmiş 119894,67 manat borcu qalmışdır.
13. İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanan xx.xx.2024-cü il tarixli pretenziya məktubunda borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir.
14. İddiaçı MMC ilə Bakı şəhər 18 saylı Vəkil Bürosu arasında bağlanan xx.xx.2024cü il tarixli müqaviləyə əsasən İddiaçı MMC-yə həmin vəkil bürosunun vəkili Nümayəndə tərəfindən hüquqi xidmət göstərilməsi ilə bağlı razılıaq gəlinmiş və bu hüquqi xidmətin dəyəri 1800 manat müəyyən edilmişdir.
İV. Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 329.1-ci maddəsinə əsasən Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 567-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
V. Məhkəmənin mövqeyi:
16. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
17. Məhkəmə ilk öncə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanan xx.xx.2023-cü il tarixli 004D/AQN/23 nömrəli damazlıq heyvanların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin predmeti olan 31 ədəd iribuynuzlu mal-qara cavabdehə təhvil verilmişdir. Bu hissə iddia tələbinin mübahisələndirilməyən hissəsidir.
19. Qeyd olunan müqavilə üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmiş və bununla da cavabdehin iddiaçıya borcu yaranmışdır. Bu hal iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli alqı-satqı hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur.
20. Məhkəmə qeyd edir ki, İddiaçı MMC iddia tələbindəki 119894,67 manat məbləğə münasibətdə qismən haqlı olmuşdur. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanan xx.xx.2023-cü il tarixli 004D/AQN/23 nömrəli müqavilədə 31 ədəd iribuynuzlu mal-qaranın satış qiyməti 200 353 manat müəyyən edilmişdir. Həmin qiymətdən ilkin ödəniş məbləği olan 86800 manat çıxıldıqda (200 353 – 86800 = 113553) 113553 manat məbləğində borc qaldığı müəyyən edilir. İddiaçı tərəfindən tələb olunan 6341,67 manat pul məbləğinin yaranma əsası kimi məhkəməyə sübut təqdim edilməmişdir.
21. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi 113553 manat məbləğində borcun tutulması hissəsində təmin edilməli, qalan 6341,67 manat hissəsində əsassız olduğundan rədd edilməlidir.
22. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır və Cavabdeh xx.xx.2023-cü il tarixli 004D/AQN/23 nömrəli damazlıq heyvanların alqı-satqısı barədə müqavilə üzrə 113553 manat məbləğində borc pul tutularaq iddiaçıya ödənilməlidir.
23. Məhkəmə həmçinin qeyd edir ki, hüquqi yardımla bağlı ödənilmiş 1800 manat pulun cavabdehdən tutularaq ödənilməsi hissəsində tələb qismən təmin edilməlidir.
24. Belə ki, Azərbaycan Respublikası Vəkillər X1 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir.
25. Məhkəmə iddiaçının vəkillə müqavilə bağlamasını, vəkilin keçirilmiş məhkəmə iclaslarında iştirak etməsini, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini, əməyini və ödənilməli olan məbləğin ağlabatanlığını, nəzərə alaraq hesab edir ki, tələbdə olunduğu kimi 1800 manat deyil, 600 manat pul məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
26. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş 409,90 manat dövlət rüsumunun iddianın təmin edilən hissəsinə uyğun olaraq 403,55 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir.
Vİ. Nəticə:
27. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 004D/AQN/23 nömrəli müqavilə üzrə 113553 manat məbləğində borc, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 600 manat məbləğində pul və ödənilmiş 403,55 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumunu qalan hissəsi İddiaçı MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova