Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-19/2024 16.01.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-dən yaranmış 17180,22 manat əsas borcun və 200 manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 06 nömrəli inşaat materiallarının alğı-satqısı müqaviləsinə əsasən iddiaçı müqaviləyə 1 saylı əlavə olan Spesifikasiyada adları qeyd olunan malları alıcıya satmağı, alıcı isə malları qəbul edib razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən ödəmə bank köçürməsi və ya nağd hesablaşma yolu ilə malların alıcıya təhvil verildiyi gündən 30 gün ərzində Alıcı tərəfindən həyata keçirilir. 9.1-ci bəndinə əsasən bu Müqavilə bağlandığı andan qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda bu müqavilə eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, alıcı aldığı malların dəyərini tam ödəməmiş və nəticədə 17180,22 manat məbləğində borcu yaranmışdır. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək xx.xx.2023-cü il tarixli elektron qaimə ilə dəyəri 1732,53 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə dəyəri 816,09 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə dəyəri 1729,7 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə dəyəri 1647,33 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə dəyəri 1677,86 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə ümumi dəyəri 2643,32 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə ümumi dəyəri 1677,78 manat, xx.xx.2023cü il tarixli elektron qaimə ilə ümumi dəyəri 2883,12 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə ümumi dəyəri 1852,98 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə ümumi dəyəri 1449,42 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə ümumi dəyəri 1449,92 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə ümumi dəyəri 307,98 manat, xx.xx.2023cü il tarixli elektron qaimə ilə ümumi dəyəri 1746,99 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə ümumi dəyəri 1210,68 manat olan malları alıcıya satmış, alıcı isə müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyindən ödənilməmiş 17180,22 manat borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli üzləşmə aktı və elektron qaimələrlə öz təsdiqini tapır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 06 saylı inşaat materiallarının alğı-satqısı müqaviləsinə əsasən, müqaviləyə 1 saylı əlavə olan Spesifikasiya aktında adları qeyd olunan malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 9.1-ci bəndinə əsasən bu Müqavilə bağlandığı andan qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda bu müqavilə eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Tərəfimizdən üzərimizə götürdüyümüz öhdəliklər tamamilə icra olunsa da, Cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən, ödəmə bank köçürməsi və ya nağd hesablaşma yolu ilə Malların Alıcıya təhvil verildiyi gündən 30 gün ərzində Alıcı tərəfindən həyata keçirilir. Lakin Alıcı müqavilənin şərtlərini kobud şəkildə pozaraq aldığı malların dəyərini bu günədək ödəməmişdir. xx.xx.2021-ci il tarixdə borcun dəqiqləşdirilməsi və etirafı məqsədilə, Tərəflərin iştirakı ilə tərtib olunaraq ikitərəfli qaydada imzalanmış üzləşdirmə aktına əsasən, Cavabdeh İddiaçı MMC-yə 17180,22 manat borcunun olduğunu təsdiq etmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, müəssisənin təsisçisidir və uzun müddət direktoru olmuşdur. 2023-ci ilin iyul-avqust aylarında müəssisənin direktoru Vaqif Nəcəfov olmuşdur. xx.xx.2023-cü il tarixində qarşılıqlı hesablaşmaların üzləşdirilməsi ilə bağlı aktda göstərilən 17180,22 manat borc mövcud olmüşdur. Lakin sonradan onlar depozit hesabından Zaur Muradova pul vermişlər. Borcu qismən qəbul edirlər. Borcun təxminən 8000 manatlıq hissəsi tərəflərindən kassa məxaric orderləri ilə iddiaçının əməkdaşı Muradov Zaura depozitlə verilmişdir. Həmin vəsaitlər bu borca daxil edilməyib. Məhkəmə iclası təxirə salınarsa, bu barədə sübutları təqdim edə bilərlər. Onların 2024-cü ilin əvvəlində hesablarında borclarını ödəmək üçün kifayət qədər pulu olacaqdır. Bu baxımdan onlara yanvar ayının 15-ə qədər vaxt verilərsə, mübahisəni məhkəmədən kənar qaydada həll etməyə çalışacaqlarını bildirmişlər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə, Üzləşmə aktı, Elektron qaimələr və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 600- cü maddəsinin 1-ci və 3-cü bəndləri). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 06 nömrəli inşaat materiallarının alğı-satqısı müqaviləsinə əsasən iddiaçı müqaviləyə 1 saylı əlavə olan Spesifikasiyada adları qeyd olunan malları alıcıya satmağı, alıcı isə malları qəbul edib razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən ödəmə bank köçürməsi və ya nağd hesablaşma yolu ilə malların alıcıya təhvil verildiyi gündən 30 gün ərzində Alıcı tərəfindən həyata keçirilir. 9.1-ci bəndinə əsasən bu Müqavilə bağlandığı andan qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda bu müqavilə eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, alıcı aldığı malların dəyərini tam ödəməmiş və nəticədə 17180,22 manat məbləğində borcu yaranmışdır. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək xx.xx.2023-cü il tarixli elektron qaimə ilə dəyəri 1732,53 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə dəyəri 816,09 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə dəyəri 1729,7 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə dəyəri 1647,33 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə dəyəri 1677,86 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə ümumi dəyəri 2643,32 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə ümumi dəyəri 1677,78 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə ümumi dəyəri 2883,12 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə ümumi dəyəri 1852,98 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə ümumi dəyəri 1449,42 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə ümumi dəyəri 1449,92 manat, xx.xx.2023cü il tarixli elektron qaimə ilə ümumi dəyəri 307,98 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə ümumi dəyəri 1746,99 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə ümumi dəyəri 1210,68 manat olan malları alıcıya satmış, alıcı isə müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyindən ödənilməmiş 17180,22 manat borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında tərtib edilmiş və tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş hesablaşmaların qarşılıqlı üzləşdirilməsi haqqında xx.xx.2023cü il tarixli akt və elektron qaimələrlə öz təsdiqini tapır. Elektron qaimə fakturalara münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimələr orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlərlə, yəni qarşılıqlı üzləşmə aktı ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, tərəflər arasında həqiqətən malların alğısatqısı ilə bağlı münasibətlər olmuş, iddiaçı tərəfindən cavabdehə mallar təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Eyni zamanda cavabdehin nümayəndəsi xx.xx.2023-cü il də tarixdə keçirilən məhkəmə iclasında verdiyi izahatında borcun mövcudluğunu etiraf etmiş və 8000 manat ödəniş edildiyini bildirilsə də və bu məqsədlə məhkəmə iclası təxirə salınsa da cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, alıcı aldığı malların dəyərini tam ödəməmiş və nəticədə 17180,22 manat məbləğində borcu yaranmış və həmin borc iddiaçı tərəfindən təqdim edilmiş üzləşmə aktı və elektron qaimələrlə əsaslandırılmış, həmçinin cavabdehin nümayəndəsi məhkəmə iclasında 17180,22 manat borcun mövcudluğunu etiraf etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İddiaçı 200 manat mediasiya xərci ödədiyindən və bu məbləğ ödənilməli dövlət rüsumunun məbləğindən çox olduğundan İddiaçı MMC dövlət rüsumu ödəmədən məhkəməyə müraciət etmək hüququ əldə etmişdir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 141,54 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən ödənilməmiş 141,54 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 200 manat mediasiya xərci ödənildiyindən və iddiaçı mediasiya xərcini cavabdehdən tələb etdiyindən 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 17180,22 manat borc və 200 mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilməmiş 141,54 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-19/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-19/2024
16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver