Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-190/2024 22.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “1183 manat pulun və 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “1183 manat pulun və 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə iddia tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında 10 ha torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli 02 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, istehsalçı mülkiyyət hüququ ilə özünə məxsus olan/icarəyə götürdüyü (torpağa mülkiyyət, istifadə və ya icarə hüquqlarını təsdiq edən sənədlərin notarial qaydada, yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş surəti bu müqaviləyə əlavə olununur) Yevlax rayonu, Aran kəndində yerləşən 10 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə İddiaçı MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini İstehsalçının borclarını çıxmaq şərtilə İstehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.1.7-ci bəndinə əsasən, iddiaçı fermerə məxsus torpaq sahəsində pambıq becərilməsi ilə əlaqədar cədvəldə göstərilən aqrotexniki xidmətləri icarəsində olan kənd təsərrüfatı texnikaları ilə fermerlə razılaşdırılmış müddətdə və həcmdə keyfiyyətlə yerinə yetirir. Müqavilənin 2.1.8-ci bəndinə əsasən iddiaçı fermerin yetişdirdiyi pambığı qəbul edir, müqavilənin 4-cü bəndinə uyğun olaraq növlər üzrə xam pambığın hər kiloqramına görə müəyyən edilmiş qiymətlər əsasında və fermerin bütün borcları çıxıldıqdan spnra 5 bank günündən gec olmayaraq dəyərini ödəyir. Həmin Müqavilənin 7.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və müqavilədən irəli gələn öhdəliklər tam icra edilənədək qüvvədədir. Həmin Müqavilənin 8.1-ci bəndinə əsasən, pambığın qəbulu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 177 nömrəli qərarı ilə təsdiq edilmiş “Pambıq qəbulu qəbzinin forması və verilmə qaydalarında” müəyyən edilmiş şərtlər və tələblər nəzərə alınmaqla həyata keçirilir. İddiaçı tərəfindən cavabdehin sifarişi əsasında 1183 manat dəyərində mal verilmiş, işlər görülmüş və xidmətlər göstərilmiş, lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməmiş və nəticədə 1183 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyindən onun ödənilməmiş 1183 manat borcu qalmışdır. İş materialları kimi təqdim olunmuş maliyyə arayışından görünür ki, çöp doğrama, 1ci şum, 2-ci şum və sahədaxili suvarma kanallarının çəkilməsi ilə əlaqədar 1183 manat dəyərində işlər görülmüşdür. Eyni zamanda iş materialları kimi 13-xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli 8 ədəd işlərin görülməsi aktı məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəf məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o 1 il işləmişdir, işlədiyi dövrdə pambığın pulunu ödəmiş, həm də gəlir əldə etmişdir. Növbəti il üçün müqavilə bağlasa da şirkətin rəhbərliyində dəyişiklik olmuşdur. Bundan sonra şirkətə hər hansı bir iş gördürməmişdir. Bundan sonra Cavabdeh imza və yazı nümunələri götürülmüş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 14.4/739 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən: - Ekspertizaya təqdim edilmiş, işin 75-78-ci vərəqələrində olan xx.xx.2019-cu il tarixli müqavilənin sonuncu səhifəsində “Cavabdeh” yazıları qarşısındakı imza, xx.xx.2020-ci il tarixli aktda (i.v 82), xx.xx.2019-cu il tarixli aktda (i.v. 83), xx.xx.2020-ci il tarixli aktda (i.v 84) və xx.xx.2020-ci il tarixli (i.v 85) aktda fermer qrafasındakı yazılar və imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. -Ekspertizaya təqdim edilmiş, işin 79-cu vərəqəsində olan xx.xx.2020-ci il tarixli aktda, 13-14 noyabr 2019-cu il tarixli aktda (i.v 80), xx.xx.2020-ci il tarixli aktda (i.v.86) fermer qrafasındakı yazılar və imzalar, xx.xx.2020-ci il tarixli aktda “Quliyev Vugar” yazıları Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim edilmiş, işin 86-cı vərəqəsində olan xx.xx.2020-ci il tarixli aktda “fermer” qarşısındakı imzanın- Cavabdeh tərəfindən icra olunub-olunmaması tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərdən mümkün olmadı. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, ekspert rəyi ilə razı deyil, aktdakı imzaların cavabdehə məxsus olması məsələsinə münasibətdə bildirir ki, bu işdə günahkar vətəndaşlardır. Vətəndaşlar imza çəkmək üçün çağırılanda gəlmirlər və imzanın çəkilməsini mühasibdən xahiş edirlər, bu səbəbdən də sənədlərə mühasib imza çəkir. Hazırda Yevlax filialı fəaliyyət göstərmir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin sübutlara: müqavilə, iş və xidmətlərin görülməsi barədə aktlar, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 752.1.Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2.Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında podrat, xidmət və alqı-satqı münasibətlərindən əmələ gələn qarışıq müqavilə bağlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı MMC ilə Cavabdeh arasında 10 ha torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli 02 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, istehsalçı mülkiyyət hüququ ilə özünə məxsus olan/icarəyə götürdüyü (torpağa mülkiyyət, istifadə və ya icarə hüquqlarını təsdiq edən sənədlərin notarial qaydada, yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş surəti bu müqaviləyə əlavə olununur) Yevlax rayonu, Aran kəndində yerləşən 10 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə İddiaçı MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini İstehsalçının borclarını çıxmaq şərtilə İstehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.1.7-ci bəndinə əsasən, iddiaçı fermerə məxsus torpaq sahəsində pambıq becərilməsi ilə əlaqədar cədvəldə göstərilən aqrotexniki xidmətləri icarəsində olan kənd təsərrüfatı texnikaları ilə fermerlə razılaşdırılmış müddətdə və həcmdə keyfiyyətlə yerinə yetirir. Müqavilənin 2.1.8-ci bəndinə əsasən iddiaçı fermerin yetişdirdiyi pambığı qəbul edir, müqavilənin 4-cü bəndinə uyğun olaraq növlər üzrə xam pambığın hər kiloqramına görə müəyyən edilmiş qiymətlər əsasında və fermerin bütün borcları çıxıldıqdan spnra 5 bank günündən gec olmayaraq dəyərini ödəyir. Həmin Müqavilənin 7.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və müqavilədən irəli gələn öhdəliklər tam icra edilənədək qüvvədədir. Həmin Müqavilənin 8.1-ci bəndinə əsasən, pambığın qəbulu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 177 nömrəli qərarı ilə təsdiq edilmiş “Pambıq qəbulu qəbzinin forması və verilmə qaydalarında” müəyyən edilmiş şərtlər və tələblər nəzərə alınmaqla həyata keçirilir. İş materialları kimi təqdim olunmuş maliyyə arayışından görünür ki, çöp doğrama, 1ci şum, 2-ci şum və sahədaxili suvarma kanallarının çəkilməsi ilə əlaqədar 1183 manat dəyərində işlər görülmüşdür. Eyni zamanda iş materialları kimi 13-xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli 8 ədəd işlərin görülməsi aktı məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəf məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o 1 il işləmişdir, işlədiyi dövrdə pambığın pulunu ödəmiş, həm də gəlir əldə etmişdir. Növbəti il üçün müqavilə bağlasa da şirkətin rəhbərliyində dəyişiklik olmuşdur. Bundan sonra şirkətə hər hansı bir iş gördürməmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 14.4/739 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyinin nəticə hissəsinin 1-vi bəndində göstərilir ki, xx.xx.2019-cu il tarixli müqavilənin sonuncu səhifəsində “Cavabdeh” yazıları qarşısındakı imza, xx.xx.2020-ci il tarixli aktda (i.v 82), xx.xx.2019-cu il tarixli aktda (i.v. 83), xx.xx.2020-ci il tarixli aktda (i.v 84) və xx.xx.2020-ci il tarixli (i.v 85) aktda fermer qrafasındakı yazılar və imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə ekspert rəyini digər sübutlarla əlaqəli şəkildə tədqiq edərək cavabdeh tərəfin etirazını, həmçinin rəydə qeyd edilən xüsusatları nəzərə alaraq hesab edir ki, ekspert rəyini təkzib edən sübut mövcud olmadığından həmin rəyin sübut olaraq qəbul edilməsi qanuni və əsaslıdır. Belə ki, ekspert rəyinə əsasən fermerin imzaladığı aktlar xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020-ci il tarixli aktlardır. Məhkəməyə təqdim edilmiş iş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixli akt üzrə 6 ha ərazidə çöp doğrama işləri aparılmış, xx.xx.2020-ci il tarixli akt üzrə 5 ha ərazidə 1-ci şum, xx.xx.2020-ci il tarixli akt üzrə 5 ha ərazidə 2-ci şum, xx.xx.2020-ci il tarixli akt üzrə 5 ha ərazidə kanal-arx çəkmə işləri aparılmışdır. Məhkəmə təqdim olunmuş maliyyə arayışından görünür ki, 1 ha ərazi üçün çöp doğrama işlərinin dəyəri 13 manat, 1-ci şumun dəyəri 1 ha üçün 30 manat, 2-ci şumun dəyəri 1 ha üçün 28 manat və 1 ha ərazi üçün sahədaxili suvarma kanallarının çəkilməsinin dəyəri 8 manat müəyyən edilmişdir. Bu cədvələ əsasən hesablama aparsaq görə bilərik ki, 13 x 6 ha = 78 manat (çöp doğrama), 30 x 5 ha = 150 manat (1-ci şum), 28 x 5 ha = 140 manat (2-ci şum), 8 x 5 ha = 40 manat (suvarma kanallarının çəkilməsi) olmaqla ümumilikdə 78+150+140+40= 408 manat dəyərində işlər görülmüşdür. Bundan əlavə qeyd edilən ekspert rəyinin nəticə hissəsinin 2-ci və 3-cü bənddə müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş, işin 79-cu vərəqəsində olan xx.xx.2020-ci il tarixli aktda, 13-14 noyabr 2019-cu il tarixli aktda (i.v 80), xx.xx.2020-ci il tarixli aktda (i.v.86) fermer qrafasındakı yazılar və imzalar, xx.xx.2020-ci il tarixli aktda “Quliyev Vugar” yazıları Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Eyni zamanda, işin 86-cı vərəqəsində olan xx.xx.2020-ci il tarixli aktda “fermer” qarşısındakı imzanın- Cavabdeh tərəfindən icra olunub-olunmaması tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərdən mümkün olmadı. Məhkəmə aparılan tədiqqat nəticəsində belə qənaətə gəlmişdir ki, iş materiallarının 86-cı səhifəsində olan xx.xx.2020-ci il tarixli aktda olan yazı ilə “Cavabdeh” yazılarının Cavabdeh tərəfindən icra olunmamış, həmçinin həmin aktdakı imzanın qeyd edilən şəxs tərəfindən icra edilməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, təqdim edilən tam təsdiq edilən mübahisəsiz və faktı təsdiq edən sübutlara əsaslanaraq cavabdehin üzərinə öhdəlik qoya bilər, mübahisəli, doğruluğu tam sübut olunmadığına görə şübhəli sübutlara əsaslanaraq hər hansı bir şəxsin üzərinə vəzifələr qoyması qanuni və əsaslı hesab edilmir. Ona görə də qeyd edilən kommersiya işinin 86-cı vərəqəsində olan xx.xx.2020-ci il tarixli aktı sübut olaraq qiymətləndirmir. Məhkəmə yuxarıdakıları ümumiləşdirərək hesab edir ki, cavabdehdən 408 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının tələbini işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. (MPM-in 77.1, 81, 103.1, 103.2, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bildirir ki, qeyd edilən normada mediasiya xərci işə baxılması ilə əlaqədar məsrəflərə aid edilmədiyindən məhkəmə həmin məbləği tərəflər arasında bölüşdürülməməsini, həmçinin ilkin məhkəməyə müraciət etmək üçün tutulan vəsait olduğundan, iddia qismən təmin edilsə də mediasiya xərcinin cavabdehdən tutulub iddiaçıya ödənilməsini qanuni hesab edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 408 manat borc və 60 manat mediasiya xərci tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissəsdə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Mübariz Hüseynov