Məhkəmə qərarları › İş №e-2-2(117)-1903/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1903/2025

26.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1903/2025 26.01.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı1 Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış 1087.38 manat əsas borc və 30.88 manat dövlət rüsumunun məcburi qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı1 (bundan sonra mətndə-iddiaçı) Cavabdeh (bundan sonra mətndəcavabdeh) qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, “təbii qazdan istifadəyə görə yaranmış 1087.38 manat əsas borc və 30.88 manat dövlət rüsumunun məcburi qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin xidməti ərazisi olan Qax rayonunda yerləşən və cavabdehə məxsus qeyri-yaşayış sahəsi müvafiq qaydada qazlaşdırılmaqla **********00000 saylı qaz hesabı açılmışdır. Sözügedən müəssisəyə təbii qazın verilməsi üçün isə qaz paylayıcısı ilə cavabdeh arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılmışdır. Cavabdehə məxsus qeyriyaşayış sahəsi uzun müddət təbii qazdan istifadə edilməsinə baxmayaraq istehlak edilmiş qazın dəyəri tam ödənilmədiyindən istehlakçının **********00000 saylı qaz hesabında 1087.38 manat həcmində borcu yaranmışdır. Belə ki, **********00000 saylı qaz hesabı üzrə göstərilən borc G-4 markalı 40380505 nömrəli sayğacın 6035 m3 mexaniki göstəricisi ilə yaranmışdır. Tələb olunan borc yalnız sayğac göstəricisinə görə aparılmış hesabata əsasən yaranmışdır. Cavabdehə borcun könüllü ödənilməsi tələbi ilə müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilsə də, tam ödəniş edilməmişdir. Bundan əlavə cavabdehə sonuncu dəfə borcun könüllü ödənilməsi üçün onlayn kargüzarlıq vasitəsilə elektron pretenziya qaydasında pretenziya göndərilsə də, həmin pretenziyalar rəsmi qəbul edilmiş keçən dövr ərzində tam ödəniş edilməmiş, borc daha da artmış və ona görə də iddiaçı tərəf hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi AR Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 5.3-cü, 14.2-ci, 16.1-ci, 385.1-ci, 448-ci, AR Mülki Prosessual Məcəlləsinin 4-cü, 149-150-ci, 284-cü, AR Mənzil Məcəlləsinin 135.1-ci, 136.4-cü, 139.1-ci maddələri, AR “Qaz təchizatı haqqında” Qanunun 13.10-cu bəndi, AR Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” xx.xx.2000-ci il tarixli 356 nömrəli Fərmanının 9-cü bəndi, AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci, 5.5-ci bəndləri göstərilmişdir.

4. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-1903/2025 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.

5. Məhkəmə tərəfindən xx.xx.2026-cı il tarixdə iddiaçıya sorğu ünvanlanaraq qeyd edilən məbləğlərə aid akt və sənədlərin mümkün qədər qısa müddət ərzində məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur.

6. İddiaçı xx.xx.2026-cı il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək bildirmişdir ki, (1) 2214 manat borc cavabdehin ünvanında xx.xx.2024-cü il tarixdə aparılmış yoxlamaların nəticələrinə dair tərtib edilmiş ******* saylı akt əsasında hesablanmış, onun silinməsinə dair Bakı Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli e-2-2(113)-2873/2024 saylı icra vərəqəsi verilmiş, icra sənədi xx.xx.2025-ci il tarixdə icra edilərək borc cavabdehin hesabından silinmişdir. (2) Sorğu məktubunda göstərilən 1620 manat borc cavabdehin ünvanında xx.xx.2021-ci il tarixdə aparılmış yoxlamaların nəticələrinə dair tərtib edilmiş ******* saylı akt əsasında hesablanmış, onun 1296 manat hissəsinin silinməsinə dair Bakı Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli e-2-2(113)- 2867/2022 saylı icra vərəqəsi verilmiş, icra sənədi xx.xx.2023-cü il tarixdə icra edilərək borc cavabdehin hesabından silinmiş, cavabdeh tərəfindən mübahisələndirilməyən 324 manat hissəsi isə artıq ödənilmiş və bununla bağlı istehlakçının hər hansı tələbi mövcud olmamışdır. (3) 216 manat borc AGİS abonent baza məlumatlarına əsasən qəza bərpa aktına uyğun xx.xx.2014-cü ildə hesablanmış məbləği olmuş, cavabdeh tərəfindən mübahisələndirilməyən həmin məbləğ 2015-ci ilin yanvar ayında artıq ödənilmiş (364 m) və bununla bağlı istehlakçının hər hansı tələbi mövcud olmamışdır. (4) 194.36 manat borc AGİS abonent baza məlumatlarına əsasən əvvəlki abonent bazasından yenilənmiş abonent bazasına keçirilmiş sayğac göstəricisinə əsasən xx.xx.2010-cu il tarixdə ötən aylardan keçən borc məbləği olmuş, cavabdeh tərəfindən mübahisələndirilməyən həmin məbləğ artıq 2010-cu ilin noyabr ayında ödənilmiş (316 m) və bununla bağlı istehlakçının hər hansı tələbi mövcud olmamışdır. Hazırda cavabdehdən tələb olunan 1087.38 manat borc yalnız sayğac göstəricisinə əsasən aparılmış hesabata görə müəyyən edilmiş və akt əsasında hesablanmadığından mübahisəsizdir.

II. Tərəflərin mövqeləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri rəsmi qaydada xx.xx.2025-ci il tarixdə cavabdehin Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetinə yerləşdirilərək ona çatdırılmasına baxmayaraq, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir.

8. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.

İİİ. Məhkəmə baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikasının Konstitusiyası

M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı

- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri

- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

12.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu

- 11-ci maddəsinin 6-cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

- 5.1-ci bəndinə əsasən, qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. - 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

V. Sübutların tədqiqi:

14. İddiaçı1 (paylayıcı) və Cavabdeh (istehlakçı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli AMX-4041/21 nömrəli “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”ndən görünür ki, paylayıcı istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürür.

15. 15.12.2025-ci il tarixli “Abonentin saldosu”ndan görünür ki, Cavabdeh (abonent kodu **********00000) 11/2025-ci il tarixinə ümumilikdə 1087.38 manat məbləğində borcu mövcuddur. Həmçinin, cavabdehin abonent hesabında “Qalıq və Aktlar” hissəsində 10/2010 tarixinə 194.36 manat, 12/2014 tarixinə 216 manat, 10/2021 tarixinə 1620 manat və 01/2024 tarixinə 2214 manat məbləğində hesablanmış borc olduğu müəyyən edilir.

16. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2867/2022 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh X1rşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddiası qismən təmin edilərək cavabdeh tərəfindən hesablanmış 1296 manat borcun iddiaçının abonent hesabından silinməsi və 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı Kommersiya Məhkəməsi tərəfindən icra vərəqəsi verilmişdir.

17. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2873/2024 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh X1rşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilərək cavabdeh tərəfindən hesablanmış 2214 manat borcun iddiaçının abonent hesabından silinməsi və ödənilmiş 42.14 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(103)-896/2024 nömrəli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmış, xx.xx.2024-cü il tarixdə Bakı Kommersiya Məhkəməsi tərəfindən icra vərəqəsi verilmişdir. Vİ. Məhkəmənin mövqeyi:

18. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

19. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

20. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

21. İşin müəyyən olunmuş halları və iş materialları ilə təsdiqini tapmış mübahisələndirilməyən halları iddiaçı və cavabdeh arasında cavabdehə məxsus qeyriyaşayış sahəsinə təbii qazın verilməsi ilə bağlı qazın alqı-satqısına dair müqavilənin bağlanmasından, cavabdehə abonent kodunun (**********00000) verilməsindən ibarətdir.

22. İşin mübahisələndirilən halına isə həmin müqavilə əsasında cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə yaranmış borcunun ödənilməməsi halı aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hala aydınlıq gətirmişdir.

23. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında Qax rayonunda yerləşən cavabdehə məxsus qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə bağlı qazın alqı-satqısına dair xx.xx.2021-ci il tarixdə AMX-4041/21 nömrəli müqavilə bağlanmış və abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında debitor borc yaranmış və yaranmış borc ödənilməmişdir.

24. Abonent hesabında “Qalıq və Aktlar” hissəsində müəyyən edilən 10/2010 tarixinə 194.36 manat, 12/2014 tarixinə 216 manat, 10/2021 tarixinə 1620 manat və 01/2024 tarixinə 2214 manat məbləğində hesablanmış borclara münasibətdə məhkəmə qeyd edir ki, təqdim edilmiş abonent saldosundan, iddiaçının ərizəsindən, məhkəmə aktlarından və icra vərəqələrindən göründüyü kimi 10/2021 və 01/2024 tarixlərinə hesablanmış borclar hazırkı iş üzrə cavabdeh tərəfindən aidiyyəti üzrə məhkəmədə mübahisələndirilmiş, hər iki borcla bağlı məhkəmə aktları qanuni qüvvəyə minərək icraya yönəldilmiş və icra edilmişdir. Həmçinin, iddiaçı 10/2010 tarixinə 194.36 manat borcun AGİS abonent baza məlumatlarına əsasən əvvəlki abonent bazasından yenilənmiş abonent bazasına keçirilmiş sayğac göstəricisinə əsasən xx.xx.2010-cu il tarixdə ötən aylardan keçən borc məbləği olduğunu, 12/2014 tarixinə 216 manat borcun AGİS abonent baza məlumatlarına əsasən qəza bərpa aktına uyğun xx.xx.2014-cü ildə hesablanmış məbləğ olduğunu və hər iki borcun cavabdeh tərəfindən mübahisələndirilmədiyini, ödənildiyini bildirmişdir.

25. Bununla bağlı cavabdeh qeyd edilən sübutların əksi olaraq məhkəməyə etirazını təqdim etməmiş, qeyd edilən tələbə münasibət bildirməmiş, gələcəkdə mübahisələndirmə ehtimalı ilə bağlı olan hallarla bağlı mülahizələrini təqdim etməmişdir.

26. Belə ki, göründüyü kimi iddiaçı cavabdehdən təbii qazdan istifadəyə görə 1087.38 manat məbləğində borc tələb etməkdə haqlıdır.

27. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehdən tutulması tələb edilən borc məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapır. Eyni zamanda məhkəmə bildirişi və sənədləri rəsmi qaydada cavabdehin ünvanı üzrə çatdırılsa da, cavabdeh tərəfindən qeyd edilən borc məbləği ilə razılaşmaması ilə bağlı məhkəməyə vəsatət və ya müraciət ünvanlanmamış, məhkəmə tərəfindən iddiaçının tələbində olan məbləğin uyğunsuz və əsassızlığı ilə bağlı hallar müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir.

28. Yekun olaraq Cavabdeh 1087.38 manat əsas borc tutularaq İddiaçı1nə ödənilməlidir.

29. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir.

30. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).

Vİİ. Məhkəmə məsrəfləri:

31. Məhkəmə qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan 30.88 manat dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. İddia təmin edildiyindən 30.88 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş rüsum iddiaçıya aid edilməlidir.

Vİİİ Nəticə:

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1087.38 manat əsas borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30.88 manat dövlət rüsumu tutularaq İddiaçı1nə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar