Məhkəmə qərarları › İş №e-2-2(117)-1913/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1913/2025

23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1913/2025 23.12.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişat Agentliyinin Cavabdeh qarşı “müqavilələrin ləğv edilməsi və borcun ödənilməsi” tələbi ilə bağlı iddia ərizəsinə dair işə baxaraq, müəyyən etdi: İddiaçı AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişat Agentliyi Cavabdeh qarşı “xx.xx.2016-cı il tarixli “573-GL/16” nömrəli, xx.xx.2017-ci il tarixli “1291- GL/17” nömrəli və xx.xx.2019-cu il tarixli “362-GL/16” nömrəli müqavilələrin ləğv edilməsi, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2016-cı il tarixli “573-GL/16” nömrəli müqavilə üzrə 4 160 manat qalıq borc, 2 764,80 manat cərimə borcu olmaqla, cəmi 6 924,80 manat borcun, xx.xx.2017-ci il tarixli “1291-GL/17” nömrəli müqavilə üzrə 1 208 manat qalıq borc, 1 183,96 manat cərimə borcu olmaqla, cəmi 2 391,96 manat borcun, xx.xx.2019-cu il tarixli “362-GL/16” nömrəli müqavilə üzrə 298 manat qalıq borc, 312,90 manat cərimə borcu olmaqla, cəmi 610,90 manat borcun və hüquqi yardım üçün ödənilmiş 576,28 manat pul vəsaitinin tutulması” tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddiaçı ərizənin forma və məzmununa və mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınması ilə bağlı tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddaçıya geri qaytarılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi elektron iddia ərizəsinin giriş hissəsində tərəflərin məlumatları tam şəkildə ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Bundan əlavə olaraq iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 362-GL/19 nömrəli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilənin 8-ci bəndinə əsasən, müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqlarının həlli 30 gün müddətində danışıqlar yolu ilə mümkün olmadıqda, tərəflər lizinq verənin yerləşdiyi ərazi üzrə aidiyyatı məhkəmələrə müraciət edə bilərlər. Lakin məhkəməyə təqdim edilmiş pretenziya məktubunun cavabdehə çatdırılması ilə bağlı çıxarışdan göründüyü kimi həmin sənəd cavabdehə xx.xx.2025-ci il tarixdə göndərilmiş, bundan sonra isə müqavilədə razılaşdırılmış 30 gün müddət gözlənilmədən xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə tərəfindən ərizəçinin diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişat Agentliyinin Cavabdeh qarşı “müqavilələrin ləğv edilməsi və borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar