Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1919/2025 23.12.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və borcun ödənilməsi” barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı “xx.xx.2017-ci il tarixli “1191-GL/17” nömrəli müqavilənin ləğv edilməsi, cavabdehdən iddiaçının xeyrinə müqavilə üzrə 1 656,56 manat qalıq borc, 1 914,71 manat hesablanmış cərimə olmaqla, cəmi 2 468,33 manat borcun, hüquqi yardım üçün ödənilmiş 576,28 manat pul vəsaitinin tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizənin məhkəmənin icraatına qəbulundan imtina edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı xx.xx.2017ci il tarixli “1191-GL/17” nömrəli müqavilənin ləğv edilməsi, cavabdehdən iddiaçının xeyrinə müqavilə üzrə 1 656,56 manat qalıq borc, 1 914,71 manat hesablanmış cərimə olmaqla, cəmi 2 468,33 manat borcun, hüquqi yardım üçün ödənilmiş 576,28 manat pul vəsaitinin tutulması” barədə iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş və e-2-2(117)-1910/2025 nömrə ilə qeydiyyata alınmaqla məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmənin icraatına qəbul edilmiş və hazırda məhkəmənin icraatındadır. Bundan sonra iddiaçı eyni cavabdehə qarşı, eyni tələblə (e-2-2(117)-1919/2025 nömrə ilə qeydiyyata alınmaqla) eyni məhkəməyə təkrar müraciət etmişdir. Göründüyü kimi iddiaçı hazırkı iş üzrə eyni cavabdehə qarşı eyni tələblə bağlı, eyni əsaslarla məhkəməyə təkrar müraciət etmiş və həmin iş e-2-2(117)-1919/2025 nömrə ilə məhkəmədə qeydiyyata alınmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı ərizənin məhkəmənin icraatına qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsində qeyd olunmuş başqa məhkəmənin icraatında olan iş dedikdə həmçinin hazırkı məhkəmənin icraatında olan iş kimi də anlaşılır və bu halda da hakim iddia ərizəsini icraatına qəbul etməkdən imtina etmək hüququ vardır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə uyğun analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edilərək həmin Məcəllənin 153.2.4-cü maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul etməkdən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov.
Məhkəmə qərarları › İş №e-2-2(117)-1919/2025
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1919/2025
23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver