Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-2/2024 03.12.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, Ərizəçi Dövlət Vergi Xidməti 13 Saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “hüquqi şəxsin Dövlət Sosial Müdafiə Fonduna olan 3809,31 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AA*******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: Ərizəçi Dövlət Vergi Xidməti 13 Saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “hüquqi şəxsin Dövlət Sosial Müdafiə Fonduna olan 3809,31 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AA*******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə iddia tələbi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Ərizəçinin nümayəndəsi xx.xx.2024-cü il tarixində elektron kabinetlə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı Maraqlı şəxs cavabdeh 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Zaqatala rayon 619 saylı Aptekə hesablanmış 3809,31 manat məcburi dövlət sosial sığorta haqqının silinməsi” tələbinə dair Şəki İnzibati Məhkəməsində olan 2- 1(116)-1794/2022 nömrəli inzibati işin icraatı ilə əlaqədar bildirir ki, həmin iş üzrə yekun olaraq qəbul edilmiş Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-694/2024 nömrəli qərarına əsasən qeyd olunan 3809,31 manat borc məbləği vergi ödəyicisi “Zaqatala rayon 619 saylı Aptek”in şəxsi hesab vərəqəsindən tam silinmişdir və hal-hazırda borcu yoxdur. Odur ki, həmin vergi ödəyicisinin borcu ilə əlaqədar ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi ilə bağlı Şəki Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(117)-2/2024 nömrəli iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Ərizəçi Dövlət Vergi Xidməti 13 Saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin nümayəndəsinin məhkəməyə təqdim etdiyi ərizəni nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iş materiallarından göründüyü kimi maraqlı şəxsin vergi və sosial sığorta fondlarına hesablanmış borcu qanunsuz və əsassız hesab olunduğundan, eyni zamanda ərizəçi tərəfindən iddiadan imtina edilməsi və işə xitam verilməsi məhkəmədən xahiş edildiyindən və iddiaçının iddiadan imtina etməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-70/2023 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 Saylı Ərazi Vergilər İdarəsinin üzərinə Zaqatala rayonu 619 saylı aptekə qanunsuz və əsassız hesablanmış 3809.31 manat məcburi dövlət sosial sığorta haqqının silinməsi öhdəliyi qoyulmuş, daha sonra həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)- 694/2024 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Belə ki, ərizəçinin nümayəndəsinin məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, hazırkı işdə mübahisə predmetinin əsasını təşkil edən hüquqi şəxsin vergi borcu şəxsi hesab vərəqəsindən tam silinmiş və hal-hazırda borcu yoxdur. Bu səbəbdən icraata xitam veilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəçinin müraciətinə münasibətdə qeyd edir ki, iş üzrə icraata xitam verilməsi qanuni və əsaslıdır. MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Dövlət Vergi Xidməti 13 Saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “hüquqi şəxsin Dövlət Sosial Müdafiə Fonduna olan 3809,31 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AA*******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-2/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-2/2024
03.12.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver