Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-201/2024 05.02.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMM-in Cavabdeh MMC-yə qarşı “Cavabdeh MMC-dən 20000 manat əsas, 2000 manat dəbbə pulu olmaqla, cəmi 22000 manat məbləğində pul vəsaitinin, 156 manat məbləğində ödənilmiş dövlət rüsumunun, 320 manat vəkil xərcinin tutularaq İddiaçı MMM-nin xeyrinə ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı MMM Cavabdeh MMC-yə qarşı ərizə ilə müraciət edərək “Cavabdeh MMCdən 20000 manat əsas, 2000 manat dəbbə pulu olmaqla, cəmi 22000 manat məbləğində pul vəsaitinin, 156 manat məbləğində ödənilmiş dövlət rüsumunun, 320 manat vəkil xərcinin tutularaq İddiaçı MMM-nin xeyrinə ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, hazırki iş üzrə iddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 156 manat olmalıdır. Buna baxmayaraq iddia ərizəsinin məzmunudan da göründüyü kimi iddiaçı tərəfindən 10 manat dövlət rüsumu ödənilmiş, qalan dövlət rüsumu isə ödənilməmiş qalmışdır. Belə olan halda iddiaçı tərəfindən 146 manat dövlət rüsumu ödənilməlidir ki, hazırki vəziyyətdə 146 manat rüsumun ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, iddiaçı tələbində məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 156 manat rüsumunu tələb etsə də, məhkəmənin hesabına 10 manat rüsum ödənilmiş, qalan 146 manat dövlət rüsumunun ödənilməsini təsdiq edən sübut isə mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı MMM-in Cavabdeh MMC-yə qarşı “Cavabdeh MMC-dən 20000 manat əsas, 2000 manat dəbbə pulu olmaqla, cəmi 22000 manat məbləğində pul vəsaitinin, 156 manat məbləğində ödənilmiş dövlət rüsumunun, 320 manat vəkil xərcinin tutularaq İddiaçı MMMnin xeyrinə ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-201/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-201/2024
05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver