Məhkəmə qərarları › İş №e-2-2(117)-210/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-210/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-210/2024 05.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “cavabdehdənxx.xx.2023-ci il tarixli, İF/06070 nömrəli Daxili maliyyə lizinq müqaviləsi üzrə 4638.39 manat borcun ödənilməsi və dövlət rüsumu olaraq ödənilmiş 66.38 manat məbləğin, avtomobilin qiymətləndirilməsi ilə bağlı ödənilmiş 50 manat pulun iddiaçı "xxxx" MMC-nin xeyirinə tutulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC ərizə ilə müraciət edərək Cavabdeh qarşı “cavabdehdənxx.xx.2023-ci il tarixli, İF/06070 nömrəli Daxili maliyyə lizinq müqaviləsi üzrə 4638.39 manat borcun ödənilməsi və dövlət rüsumu olaraq ödənilmiş 66.38 manat məbləğin, avtomobilin qiymətləndirilməsi ilə bağlı ödənilmiş 50 manat pulun iddiaçı "xxxx" MMC-nin xeyirinə tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə, iş materiallarını və iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddia ərizəsi qısa yazıdığında və iddia ərizəsində müxtəlif hüquqi əsaslara istinad olunduğundan tələb olunan pul məbləğinin hansı əsasla tələb edildiyini müəyyən etmək mümkün deyildir. Bu isə idda ərizəsinin formasına və məzmununa dair tələblərə aiddir ki, iddiaçıya bununla bağlı edilmiş müraciətlər nəticəsiz qalmışdır. Belə ki, iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə və 748-7-ci maddələrinə istinad edilsə də iddia ərizəsinin məzmunundan tələb olunan pulun zərər və ya lizinqdən predmetindən istifadəyə görə yaranmış borc olduğunu müəyyən etmək mümkün olmamış, bununla bağlı məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublarla iddiaçıya müraciət olunmuş, qeyd olunan halların aydınlaşdırılması və lizinq predmeti ** AK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdehdən nə zaman geri alınmasına dair sübutların məhkəməyə təqdim olunmasının təklif olunmasına, əks təqdirdə iddia ərizəsinn Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlanılacağında dair xəbərdarlıq olunmasına baxmayaraq məhkəmənin müraciətlərinə iddiaçı tərəfindən münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2 və 149.2.3-cü maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Göründüyü kimi iddia ərizəsində göstərilməli olan halların dəqiq müəyyən edilməsinə baxmayaraq hazırki iddia ərizəsi natamam əsaslandırılmış və iddia ərizəsindən tələb olunan pulun nəyin əsasında tələb edildiyini müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də, bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, iddia baxılmamış saxlanmalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın baxılmamış saxlanılması yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yenidən məhkəməyə müraciət olunacağı təqdirdə tələb ounan borc nəyin əsasında yaranmasının əsaslandırıması, tələb olunan borcun (lizinq predetindən istifadə, faiz, dəymiş zərər və s.) iddia ərizəsinin tələb hissəsində ayrı-ayrılıqda göstərilməsi və bu halları təsdiq edən sübutların (lizinq predmetnin geri alınması tarixinə dar sübut və məlumatlar, təmirə çəkilən xərcə dair əsaslandırılmış rəy və s.) məhkəməyə təqdim olunması zəruridir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “cavabdehdənxx.xx.2023-ci il tarixli, İF/06070 nömrəli Daxili maliyyə lizinq müqaviləsi üzrə 4638.39 manat borcun ödənilməsi və dövlət rüsumu olaraq ödənilmiş 66.38 manat məbləğin, avtomobilin qiymətləndirilməsi ilə bağlı ödənilmiş 50 manat pulun iddiaçı "xxxx" MMC-nin xeyirinə tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar