Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-212/2024 05.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “7400 manat əsas borc, 1110 manat dəbbə pulu və 102 manat mediasiya xərcinin cavabdehdən tutulması” tələbinə dair işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinə əsasən satıcı istehsal etdiyi və ya istehsalçı şirkətdən əldə etdiyi məhsullardan alıcıya satmağı, alıcı isə malı alıb bu müqavilədə nəzərdə tutulmuş qaydada dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən ödəniş gecikdirildiyi halda, hər gecikdirilən gün üçün ödənişi gecikdirilmiş məbləğin 0,5 % həddində dəbbə pulu hesablanacaqdır. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, alıcı aldığı malların dəyərini tam ödəməmiş və nəticədə 7400 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Tərəflər arasında “müqavilə əsasında verilmiş malların və bunun əsasında ödənilmiş vəsaitin yoxlanılması ilə bağlı aparılan əməliyyatlara dair” xx.xx.2021-ci il tarixli üzləşdirmə aktı tərtib olunmuş və həmin akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir ki, cavabdeh tərəfdən akt Niyazi Məmmədov tərəfindən imzalanmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edəərk iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə iddiaçı arasında 01 aprel 2020-ci il tarixində alqı-satqı müqaviləsi bağlanılmışdır. Alqı-satqı müqaviləsi əsasında verilmiş malların və bunun əsasında ödənilmiş vəsaitin yoxlanılması ilə bağlı 31 may 2021-ci il tarixli üzləşmə aktı əsasında 7400 manat borclu Cavabdeh MMC tərəfindən təsdiqlənmişdir. Lakin cavabdeh artıq uzun müddətdir ki, borc məbləğini ödəməkdən boyun qaçırmağa davam edir. İş materiallarına əlavə edilmiş telefonoqramdam müəyyən olunmuşdur ki, Cavabdeh MMC-nin direktoru Nümayəndə ilə xx.xx.2024-cü il tarixdə əlaqə saxlanılmış, sonuncu xx.xx.2024-cü il tarixə saat 12:10-a təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini və Cavabdeh MMC-nin İddiaçı 7400 manat borcunun olduğunu bildirmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci madəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara : tərəflər arasında bağlanmış müqavilə, üzləşmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında xx.xx.2020ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinə əsasən satıcı istehsal etdiyi və ya istehsalçı şirkətdən əldə etdiyi məhsullardan alıcıya satmağı, alıcı isə malı alıb bu müqavilədə nəzərdə tutulmuş qaydada dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən ödəniş gecikdirildiyi halda, hər gecikdirilən gün üçün ödənişi gecikdirilmiş məbləğin 0,5 % həddində dəbbə pulu hesablanacaqdır. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, alıcı aldığı malların dəyərini tam ödəməmiş və nəticədə 7400 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Tərəflər arasında “müqavilə əsasında verilmiş malların və bunun əsasında ödənilmiş vəsaitin yoxlanılması ilə bağlı aparılan əməliyyatlara dair” xx.xx.2021-ci il tarixli üzləşdirmə aktı tərtib olunmuş və həmin akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir ki, cavabdehin adından aktı onun rəhbəri imzalamış və bununla da borcun mövcudluğunu təsdiq etmişdir. Üzləşmə aktını cavabdeh tərəfindən imzalamış N.Məmmədovun cavabeh hüquqi şəxsə aidiyyətini müəyyən etmək mümkün olmasa da məhkəmə araşdırması zamanı cavabdehin direktoru Nümayəndə Cavabdeh MMC-nin İddiaçı 7400 manat borcunun olduğunu etiraf etmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi 7400 manat borcu tutulması issəsində əsaslı olduğundan təmin edlməlidir. Bundan başqa 1110 manat dəbbə pulunun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 2.5-ci bəndinə əsasən ödəniş gecikdirildiyi halda, hər gecikdirilən gün üçün ödənişi gecikdirilmiş məbləğin 0,5 % həddində dəbbə pulu hesablanacaqdır. Cavabdeh borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən əsas borc məbləğinin 5 %-i həddində (7400 x 5 % = 370) hesablanmış 370 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən məhkəə qeyd edir ki, 7400 manat əsas borc və 370 manat cərimə borcu cavadehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 105,1 manat olmalıdır ki, iddia tələbi qismən təmin edilsə də, məhkəmə qanunvericiliklə ona verilmiş hüquqdan istifadə edərək cəriməni azaltmışdır. Lakin iddiaçı tərəfindən 5 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. Bu səbəbdən ödənilməmiş 100,1 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 102 manat mediasiya xərci ödənildiyindən və iddiaçı mediasiya xərcini cavabdehdən tələb etdiyindən 102 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı onun tərəfindən ödənilmiş 5 manat dövlət rüsumunu cavabdehdən tələb etmədiyindən ödənilmiş 5 manat dövlət rüsumu tutulmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 7400 manat əsas borc, 370 manat cərimə borcu və 102 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh MMC-dən 100,1 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-212/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-212/2024
05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver