Məhkəmə qərarları › İş №e-2-2(117)-213/2020

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-213/2020

25.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-213/2020 25.06.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “3459,38 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair işə məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı “3459,38 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, xx.xx- 2020-ci il tarixdə məhkəməyə ünvanlanmış teleqramda cavabdehin nümayəndəsi kimi göstərilən Həbibzadə (Musayeva) Nigar Aydın qızı tərəfindən səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyindən işə baxılmasının təxirə salınması xahiş edilmiş, lakin bununla bağlı səlahiyyətini və məhkəmə prosesində iştirak etməməsi ilə bağlı üzrlü olaraq qeyd etdiyi səbəbin doğruluğunu təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə göstərilən teleqrama münasibətdə qeyd edir ki, hazırkı vəziyyətdə işə mahiyyət üzrə baxılmadığından iş üzrə çıxarılacaq qərardad tərəflərin hüquq və azadlıqlarını məhdudlaşdırmır və mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir. Odur ki, məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının və süründürməçiliyə yol verilməsinin qarşısını almaq məqsədi ilə işin təxirə salınmasına zərurət yoxdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında və təqdim etdiyi ərizəsində aidiyyət məsələsinin həll edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb hesab edir ki, hazırkı iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsində və iş materiallarına əlavə edilmiş sənədlərdə cavabdehin hüquqi ünvanı qeyd edilməmiş və hazırlıq mərhələsində buna diqqət yetirilmədiyindən iş aidiyyət qaydaları pozulmaqla icraata qəbul edilərək iş üzrə xx.xx.2020-ci il tarixdə saat 11:30-da məhkəmə hazırlıq iclası keçirilmiş və məhkəmə baxış iclası xx.xx.2020-ci il tarixə saat 11:00-a təyin olunmuşdur. MPM-in 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin “Kommersiya qurumlarının dövlət reyestri haqqında” X6 məlumat bazasından əldə olunmuş sənədə əsasən “xxxxxxxxx” MMC xx.xx.2008-ci il tarixli ********** nömrəli VÖEN olmaqla ünvan 1 hüquqi ünvanı üzrə kommersiya hüquqi şəxslərin dövlət reyestrində qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 04 qeydiyyat nömrəli “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Qərarının 20ci bəndinə əsasən, Bakı şəhəri Yasamal rayonu Bakı Kommersiya Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Bundan əlavə, hazırkı tələb üzrə MPM-in 36.11-ci maddəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin maddənin tələblərinə görə, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar iddiaçının seçməsinə görə müqavilənin icra yerinə görə də verilə bilər. Lakin iddiaçı tərəfindən belə seçim edilmədiyindən və bu məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığından, hazırkı iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. AR MPM : 40.1-ci maddəsinə əsasən, ərazi aiddiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.3-cü maddəsinə əsasən, işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Cavabdehnə qarşı “3459,38 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbinədairiş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar