Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-221/2024 20.02.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, Ərizəçi 11 Saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı “hüquqi şəxsin dövlət büdcəsinə vergi üzrə olan ümumilikdə 2545,98 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri xx.xx.1959-cu il təvəllüdlü, Ağdaş rayonunun Pirəzə kəndində Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AZE-********, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi 11 Saylı Ərazi Vergilər Baş İdarəsi Maraqlı şəxs qarşı “hüquqi şəxsin dövlət büdcəsinə vergi üzrə olan ümumilikdə 2545,98 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri xx.xx.1959-cu il təvəllüdlü, Ağdaş rayonunun Pirəzə kəndində Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AZE-********, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək maraqlı şəxs tərəfindən iddia ərizəsi üzrə qeyd olunan borc məbləği tam ödənildiyindən hazırki iş üzrə ərizənin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, maraqlı şəxs bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə ərizəçinin müraciətini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə uyğun analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edilərək həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi 11 Saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı “hüquqi şəxsin dövlət büdcəsinə vergi üzrə olan ümumilikdə 2545,98 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri xx.xx.1959-cu il təvəllüdlü, Ağdaş rayonunun Pirəzə kəndində Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AZE-********, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizə baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-221/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-221/2024
20.02.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver