Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-223/2021 24.09.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “X2” MMC-yə və "xxxx" MMC-yə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “X2” MMC-yə və "xxxx" MMC-yə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və əldən çıxmış faydanın ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 24.09.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək hal-hazırda tərəflər işin məhkəmədən kənar barışıq yolu ilə həll edildiyini, iddianın baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh 24.09.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək tərəflət işin məhkəmədən kənar, barışıq yolu ilə həll edildiyini, işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin (bundan sonra mətndə MPM) 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını iddiaçının müraciəti ilə birlikdə araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bundan əlavə iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olan “X2” MMC-yə və "xxxx" MMC iddiaçı tərəfində çıxış etdiyindən məhkəmə iddiaçının müraciətini həmin üçüncü şəxslərə də münasibətdə də qəbul edir. Belə ki, MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “X2” MMC-yə və "xxxx" MMC-yə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iş üzrə mübahisə məhkəmədən kənar barışıq yolu ilə həll edildiyindən, iddiaçı ərizənin qaytarılması barədə ərizə verdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-223/2021
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-223/2021
24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver