Məhkəmə qərarları › İş №e-2-2(117)-227/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-227/2024

12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-227/2024 12.02.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı xxxx MMC-nin Cavabdeh qarşı “cavabdehdən 11455,34 manat əsas borc və ödənilmiş 200 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı xxxx MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək “cavabdehdən 11455,34 manat əsas borc və ödənilmiş 200 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizənin məhkəmənin icraatına qəbulundan imtina edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xxxx MMC-nin Cavabdeh qarşı “cavabdehdən 11455,34 manat əsas borc və ödənilmiş 200 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi” barədə iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş və e-2-2(117)-1397/2023 nömrə ilə qeydiyyata alınmaqla məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmənin icraatına qəbul edilmiş və e-2-2(117)-48/2024 iş nömrəsi ilə hazırda məhkəmənin icraatındadır. Bundan sonra iddiaçı eyni cavabdehə qarşı, eyni tələblə (e-2-2(117)-227/2024 nömrə ilə qeydiyyata alınmaqla) eyni məhkəməyə təkrar müraciət etmişdir. Göründüyü kimi iddiaçı hazırki iş üzrə eyni cavabdehə qarşı eyni borcun ödənilməsi ilə bağlı, eyni əsaslarla məhkəməyə təkrar müraciət etmiş və həmin iş e-2-2(117)- 1397/2023 nömrə ilə məhkəmədə qeydiyyata alınmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki ərizənin məhkəmənin icraatına qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə uyğun analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edilərək həmin Məcəllənin 153.2.4-cü maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul etməkdən imtina edilməlidir. . Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı xxxx MMC-nin Cavabdeh qarşı “cavabdehdən 11455,34 manat əsas borc və ödənilmiş 200 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar