Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-228/2020 03.07.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı X2 (bundan sonra mətndə iddiaçı) cavabdeh “X1” TOO-ya (bundan sonra mətndə cavabdeh) qarşı “257000 ABŞ dolları məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək cavabdehdən 257000 ABŞ dolları məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə sülh razılaşmasının təsdiq edilməsi haqqında ərizə və sülh razılaşması ilə məhkəməyə müraciət edərək proses tərəfləri arasında sülh razılaşmasının əldə edildiyini bildirmiş və sülh razılaşmasında qeyd olunan şərtlərin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət edərək xx.xx.2020-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, iddiaçı tərəfin nümayəndəsi və vəkili məhkəməyə ərizə göndərərək bildirmişdir ki, pandemiya səbəbindən məhkəmə iclasında iştirak edə bilmir. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən, işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxmışdır. Məhkəmə tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli barışıq sazişini və sazişin təsdiq edilməsi barədə ərizələrini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X3 və cavabdeh “X1” TOO arasında bağlanmış xx.xx.2020-ci il tarixli barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin: 1.Tərəflər (iddiaçı və cavabdeh), “X1” TOO-nun İddiaçı ASC qarşısında öhdəliklərinin lazımi səviyyədə yerinə yetirilməməsi səbəbindən yaranan 257000 ABŞ dolları məbləğində borcunun ödənilməsi üzrə öhdəliyinin olmasını təsdiq edirlər; 2.Tərəflər, “X1” TOO-nun İddiaçı ASC qarşısında iddia ərizəsinin Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmasına görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair öhdəliyinin olmasını təsdiq edirlər; 3.Tərəflər arasında bağlanmış barışıq sazişinin 3-cü bəndinə əsasən, “X1” TOO-nun İddiaçı ASC-yə ödənilməmiş qalmış borc məbləğini aşağıdakı müddətdə ödəməyi öhdəsinə götürür: - xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə kimi 42833 (qırx iki min səkkiz yüz otuz üç) ABŞ dolları; - xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə kimi 42833 (qırx iki min səkkiz yüz otuz üç) ABŞ dolları; -xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə kimi 42833 (qırx iki min səkkiz yüz otuz üç) ABŞ dolları; -xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə kimi 42833 (qırx iki min səkkiz yüz otuz üç) ABŞ dolları; -xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci ilə kimi 42833 (qırx iki min səkkiz yüz otuz üç) ABŞ dolları; -xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə kimi 42833 (qırx iki min səkkiz yüz otuz üç) ABŞ dollarını; -xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə kimi 30 manat dövlət rüsumunu ödəməyi öhdəsinə götürür;
4. “X1” TOO barışıq sazişinin 3-cü bəndində qeyd olunan istənilən müddəti bir dəfə pozduğu halda, öhdəliklərin lazımi qaydada icra edilməməsinə dair faktlar olduğu halda, “X1” TOO -nin hərəkətlərindən irəli gələn hazırki sülh razılaşmasının icrasından imtina etdiyi və ya digər yolla ifadə olunan icradan imtina etdiyi halda, İddiaçı ASC Qazaxıstan Respublikasının Mülki Prosessual Məcəlləsinin 178 və 253-cü maddələrini rəhbər tutaraq borc məbləğinin bütün məbləğinə dair və hazırki barışıq sazişinin 3-cü bəndində nəzərdə tutulan dövlət rüsumunun ödənilməsi haqqında xərclərin ödənilməsi məbləğinə dair icra vərəqəsinin verilməsi haqqında vəsatətlə məhkəməyə müraciət edə bilər;
5. Hazırki barışıq sazişinin 3-cü bəndində qeyd olunan məbləğlərin ödənilməsi pul vəsaitlərinin İddiaçı ASC-nin hazırki barışıq sazişinin 8-ci bəndində qeyd olunan rekvizitləri üzrə hesablaşma hesabına köçürmə yolu ilə həyata keçirilir. Pul vəsaitlərinin İddiaçı ASCnin hesabına daxil olması anından ödəniş yerinə yetirilmiş sayılır;
6. Tərəflər bir birindən vəkillərin və digər şəxslərin xidmət haqqının ödənilməsinə çəkilən xərcləri, o cümlədən ezamiyyət və digər xərcləri tutmamağı öz öhdəsinə götürür. İddiaçı X2 cavabdeh “X1” TOO-ya qarşı “257000 ABŞ dolları məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair işin icraatına xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən : Mübariz Hüseynov