Məhkəmə qərarları › İş №e-2-2(117)-228/2021

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-228/2021

18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-228/2021 18.06.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı2 Cavabdehnə qarşı “06.11.2018-ci il tarixli MAS-538 nömrəli daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan avtomobilin geri qaytarılması və həmin müqavilə üzrə 20.04.2021-ci il tarixə 2339,64 manat gecikdirilmiş əsas, 79,16 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 183,69 manat dəbbə pulu olmaqla, ümumilikdə 2602,49 manat borcun və 30 manat dövlət rüsumunun ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə, 20.04.2021-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək “06.11.2018-ci il tarixli MAS-538 nömrəli daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan avtomobilin geri qaytarılması, 20.04.2021-ci il tarixə 2339,64 manat gecikdirilmiş əsas, 79,16 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 183,69 manat dəbbə pulu olmaqla, ümumilikdə 2602,49 manat borcun və 30 manat dövlət rüsumunun ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi İddiaçı1 18.06.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cavadehlə mübahisə ilə bağlı razılığa gəldiklərindən iddia ərizəsinin geri qaytarılmasını və iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını iddiaçının müraciəti ilə birlikdə araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Cavabdeh tərəfin məhkəmə iclasında iştirak etməməsi məhkəmə tərəfindən iddianın mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qiymətləndirilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı2 Cavabdehnə qarşı “06.11.2018-ci il tarixli MAS-538 nömrəli daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan avtomobilin geri qaytarılması, 20.04.2021ci il tarixə 2339,64 manat gecikdirilmiş əsas, 79,16 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 183,69 manat dəbbə pulu olmaqla, ümumilikdə 2602,49 manat borcun və 30 manat dövlət rüsumunun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar