Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-228/2024 17.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2021-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş 2 ədəd TDVC 1500 və SDVC 420 DT markalsı oyuducuların dəyərinin iki misli həcmində, yəni 5400 ABŞ dolları , 300 manat (120 manat vəkil xidmət haqqı, 180 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı) 100 manat ödənilmiş mediasiya prosesi ilə bağlı xərcin və 16 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək “İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2021-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş 2 ədəd TDVC 1500 və SDVC 420 DT markalsı oyuducuların dəyərinin iki misli həcmində, yəni 5400 ABŞ dolları , 300 manat (120 manat vəkil xidmət haqqı, 180 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı) 100 manat ödənilmiş mediasiya prosesi ilə bağlı xərcin və 16 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq təkrar məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Hazırki iş üzrə xx.xx.2024-cü il tarixli işin iddia icraatına keçirilməsi barədə qərardadı, məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi xx.xx.2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilməklə imzalanmışdır. Buna baxmayaraq tərəflər xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmənin hazırlıq iclasına gəlməmiş və işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Tərəflərin iştirakının təmin edilməsi və iddiaçıdan işə baxılması ilə bağlı sənədlərin təkrar tələb edilməsi ilə bağlı məhkəmə iclası xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına və iddiaçıya iddianın baxılmamış saxlanıcağı barədə xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasına gəlməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmiş, iddiaçı ondan tələb olunan sənədləri məhkəməyə təqdim etməmişdir. Tərəflərin özlərinin və ya nümayəndələrinin təkrar məhkəmə iclasında iştirak etməmələrini, habelə işə iştirakları olmadan baxılması barədə məhkəməyə müraciət etməmələrini, o cümlədən, məhkəmənin tələb etdiyi sənədlərin təqdim olunmamasını və işə bu vəziyyətdə baxılmasının qeyri-mümkünlüyünü nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 12 nömrəli Qərarının 5-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. İddiaçının diqqətinə çatdırılır ki, iddianın baxılmamış saxlanılması yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2021-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş 2 ədəd TDVC 1500 və SDVC 420 DT markalsı oyuducuların dəyərinin iki misli həcmində, yəni 5400 ABŞ dolları , 300 manat (120 manat vəkil xidmət haqqı, 180 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı) 100 manat ödənilmiş mediasiya prosesi ilə bağlı xərcin və 16 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-228/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-228/2024
17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver