Məhkəmə qərarları › İş №e-2-2(117)-23/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-23/2024

08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-23/2024 08.02.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “130459,96 manat borcun və ödənilmiş 421 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı QSC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə SEL/018/01/021 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı (İddiaçı QSC) tərəfindən qiyməti, sayı, çeşidi, modeli və s. müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə (qiymət razılaşdırma protokolu, sifarişnamə, təklif, spesifikasiyalar, satınalma sifarişi və s.) yüksək keyfiyyətli elektrik mallarını müqavilə müddəti dövründə alıcıya satmağı, alıcı isə malları almağı və dəyərini müqavilə ilə nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürmüşdür. 3.2-ci bəndinə əsasən alınmış malların dəyərini hazırki müqavilənin 2-ci bəndində nəzərdə tutulmuş qaydaya uyğun olaraq ödənilməsini təmin etmək alıcın öhdəliyinə aid edilmişdir. 4.1-ci bəndinə əsasən əlavələrdə qeyd olunan mallar satıcı tərəfindən alıcıya bir qayda olaraq satıcının anbarında (mağazasında) təhvil verilir. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 819,89 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 870,49 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 3200,35 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 687,31 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 691,25 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 199,71 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 2040,02 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 369,22 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 481,15 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 8600,03 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 1357,03 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 2218,43 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 1837,20 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 542,08 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 1556,97 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 4202,07 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 700,04 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 454,83 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 24500,19 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 222,70 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 777,52 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 3702,67 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 596,68 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 453,03 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 1422,24 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 213,43 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 1004,71 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 1129,86 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 2409,20 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 8409,15 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 477,33 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 4236 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 1814,08 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 516,81 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 359,64 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 2150 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 3089,49 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 856,78 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 1005,37 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 818,45 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 2460,16 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 3269,72 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 1334,94 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 2946,02 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 446,32 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 1515,5 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 1380,42 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 628,70 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 97,10 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 550,81 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 4977,65 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 946,77 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 714,32 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 258,4 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 2829,02 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 8360 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 4605,08 manat, xx.xx.2021-ci i tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 3490,02 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 561,12 manat, xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri (ədv daxil) 412,9 manat olan malları cavabdehə təhvil verilmiş, buna baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyindən ödənilməmiş əsas borcu qalmışdır. İddiaçı tərəfindən təqdim edilmiş üzləşmə aktlarına əsasən cavabdeh tərəfindən qismən ödənişlər edildikdən sonra sonuncunun xx.xx.2024-cü il tarixə yekun ödənilməmiş borcu 56486,82 manat təşkil etmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, SEL/018/01/021 nömrəli xx.xx.2021-ci il tarixli malların alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə ümumi dəyəri ƏDV daxil 130459,96 manat olmaqla mal satışı həyata keçirmiş, lakin cavabdeh tərəfindən malların dəyərinin ödənilməsi təmin edilməmiş və nəticə etibarı ilə cavabdehin iddiaçı qarşısında cəmi 130459,96 manat məbləğində borcu yaranmışdır. Borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə iddiaçı tərəfindən cavabdehlə dəfələrlə telefon əlaqəsi saxlanılmış və yazılı müraciətlər edilmişdir. Cavabdeh iddiaçı tərəfindən ona borcla bağlı göndərilmiş pretenziyanı almış, lakin buna baxmayaraq qeyd olunan müraciətlər heç bir müsbət nəticə verməmiş və cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. İddiaçı tərəfindən borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə qanunvericilikdə müəyyən olunmuş qaydada mediasiyaya müraciət edilmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞŞ/1/MT018/2023-02479 saylı arayış alınmışdır. Bu səbəbdən hazırki tələblə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə, Qiymətlərin razılaşdırılması protokolu, Üzləşmə aktı, Elektron qaimələr və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən olunduğu kimi tərəflər arasında “xx.xx.2021-ci il tarixdə SEL/018/01/021 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı (İddiaçı QSC) tərəfindən qiyməti, sayı, çeşidi, modeli və s. müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə (qiymət razılaşdırma protokolu, sifarişnamə, təklif, spesifikasiyalar, satınalma sifarişi və s.) yüksək keyfiyyətli elektrik mallarını müqavilə müddəti dövründə alıcıya satmağı, alıcı isə malları almağı və dəyərini müqavilə ilə nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək müxtəlif tarixli qiymətlərin razılaşdırılması protokollarında adları qeyd edilən malları cavabdehə təhvil verilmiş, buna baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyindən ödənilməmiş əsas borcu qalmışdır. İddiaçı tərəfindən təqdim edilmiş üzləşmə aktlarına əsasən cavabdeh tərəfindən qismən ödənişlər edildikdən sonra sonuncunun xx.xx.2024-cü il tarixə yekun ödənilməmiş borcu 56486,82 manat təşkil etmişdir. Göründüyü kimi cavabdeh aldığı malların razılaşdırılmış dəyərini qismən ödədiyindən onun ödənilməmiş 56486,82 manat borcu qalmışdır ki, bu hal üzləşmə aktı ilə tam təsdiq olunur. İddiaçı 130459,96 manat ödənilməsini tələb etsə də, 56486,82 manat borcun əks olunduğu qarşılıqlı üzləşmə aktını imzalamaqla və möhür vurmaqla qalıq borcun 56486,82 manat olmasını etiraf etmiş hesab edilir. Elektron qaimə fakturalara münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimələr orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlərlə, yəni qarşılıqlı üzləşmə aktı ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, tərəflər arasında həqiqətən malların alqısatqısı ilə bağlı münasibətlər olmuş, iddiaçı tərəfindən cavabdehə mallar təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.İş üzrə icraata dair prosessual xərclər məsələsi MPMin 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə, məhkəmə baxışında iddiaçı tərəfindən təqdim edilmiş üzləşmə aktlarını borcun etirafı qismində sübut kimi qəbul edir. Belə ki, həmin üzləşmə aktları məhkəmə araşdırması dövründə tərtib edilmiş və cavabdeh məhz məhkəmə araşdırması zamanı ödəniş etmişdir. Həmin üzləşmə aktları məhkəmə araşdırması zamanı yarandığından və iddiaçı bu səbəbdən həmin sübutları məhkəmə araşdırması zamanı təqdim etdiyindən məhkəmə həmin üzləşmə aktlarının təqdim edilməməsini üzürlü hesab edirək sübut qismində qəbul etmişdir. Təqdim edilmiş elektron qaimələri üzləşmə aktları ilə birgə qiymətləndirən məhkəmə hesab edir ki, mallar cavabdehə təhvil verilmiş və sonuncunun ödənilməmiş borcu qalmışdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək 56486,82 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməli, tələb qalan hissədə rədd ediməlidir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (130459,96 manat) ödənilməli dövlət rüsumu 420,46 manat olmalıdır. İddia tələbi qismən təmin edildiyindən 420,46 manat dövlət rüsumunun 238,41 manat hissəsi iddiaçıdan, 182,05 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən 11 manat dövlət rüsumu dövlət büdcəsinə ödənildiyindən iddiaçıdan ödədiyi rüsum çıxılmaqla ümumilikdə 227,41 manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən ödənilmiş 410 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sonda məhkəmə onu qeyd edir ki, 410 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya, 182,05 manat dövlət büdcəsinə və iddiaçıdan 227,41 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin məhkəmə qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən mediasiya xərci üçün ödənilmiş 410 manat məbləğdən iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 227,41 manat dövlət rüsumu çıxılmaqla 182,59 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 227,41 manat hissəsi isə cavabdeh tərəfindən ödənilməli olan 182,05 manat dövlət rüsumuna əlavə edilməklə cəmi 409,46 manat dövlət rüsumu bütöv şəkildə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabeh Cavabdeh MMC-dən 56486,82 manat əsas borc, 182,59 manat mediasiya xərci tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 409,46 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar