Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-230/2024 12.03.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “8117,08 manat borcun, 100 manat mediasiya mediasiya xərcinin və 1,18 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xam pambığın alqı-satqısına dair xx.xx.2021-ci il tarixli, 18/21-011 nömrəli müqaviləyə əsasən fermer Cavabdeh ona məxsus Yevlax rayonunun Kövər kəndində yerləşən 18 ha torpaq sahəsində pambıq becərməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı, MMC isə məhsulu qəbul etməyi və müqavilə müəyyən olunmuş şərtlər daxilində istehsalçının borclarını çıxmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərini istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehin sifarişi əsasında 380 manat məbləğində şum, 218,50 manat məbləğində rotor mala, 263,50 manat məbləğində mala çəkmə, 180 manat məbləğində kanal çəkmə, 45 manat məbləğində kanal doldurma, 142,50 manat məbləğində çiyid səpini, 648 manat məbləğində kultivasiya, 161,50 mnat məbləğində kultivasiya gübrə, 216 manat məbləğində rotasion kultivasiya, 152 manat məbləğində baraza, 942,50 manat məbləğində dərman səpini, 1575 manat məbləğində pambığın kombaynla yığımı, 190 manat məbləğində tirə kipləşdirici, 7300 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 2682,34 manat məbləğində gübrə və dərman, 972 manat məbləğində çiyid nəzərə alınmaqla, ümumilikdə, 16068,84 manat məbləğində dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. Bu hal iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktı, ödəniş tapşırıqları ilə təsdiq olunur. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, 6996,76 manat məbləğində, 8896,52 kq xam pambıq təhvil vermiş, 955 manat məbləğində nəğd ödəmə nəzərə alınmaqla çəkilmiş xərclərdən hazırkı dövrə kimi ümumilikdə 8117,08 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyindən onun ödənilməmiş 8117,08 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada məhkəmə bildirişi və bildiriş xx.xx.2024-cü il tarixdə göndərilmiş, lakin xx.xx.2024-cü il tarixdə həmin sənədlər “köçüb” qeydi ilə geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixdə məhkəmə sənədləri cavabdehə çatdırılması üçün Yevlax Rayon İcra Hakimiyyətinə təqdm olunmuş, buna baxmayaraq cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci və 284-5.3-cü maddələrinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 18/21-011 nömrəli müqavilə, Aktlar, Ödəniş tapşırıqları, Malların təhvil-qəbul aktları, İş və xidmətlərin yerinə yetirilməsi aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, tərəflər aralarında bağlanmış müqaviləni alğı-satqı adlandırsalar da, onlar arasında qarışıq müqavilələr bağlanmışdır. Müqavilələrin alınmış avans dəyərinin xam pambıq şəklində qaytarılması hissəsi podrat müqaviləsi, borc qaytarıldıqdan sonra yetişdirilmiş xam pambığın qalan hissəsinin satışı isə alğı-satqı müqaviləsi olmuşdur. Cavabdeh öhdəliyini lazımınca icra etməyərək borcunu ödəmədiyindən tərəflər arasında alğı-satqı baş tutmamış və yalnızca tərəflər arasında münasibətlər podratdan irəli gəlmişdir. Bundan başqa tərəflər arasında bağlanmış müqavilələr həqiqi hüquqi vəziyyəti əks etdirməklə tərəflərin iradə ifadəsinə uyğun bağlanılmış və etibarsız olmamışdr. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xam pambığın alqı-satqısına dair xx.xx.2021-ci il tarixli, 18/21-011 nömrəli müqaviləyə əsasən fermer Cavabdeh ona məxsus Yevlax rayonunun Kövər kəndində yerləşən 18 ha torpaq sahəsində pambıq becərməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı, MMC isə məhsulu qəbul etməyi və müqavilə müəyyən olunmuş şərtlər daxilində istehsalçının borclarını çıxmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərini istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehin sifarişi əsasında 380 manat məbləğində şum, 218,50 manat məbləğində rotor mala, 263,50 manat məbləğində mala çəkmə, 180 manat məbləğində kanal çəkmə, 45 manat məbləğində kanal doldurma, 142,50 manat məbləğində çiyid səpini, 648 manat məbləğində kultivasiya, 161,50 mnat məbləğində kultivasiya gübrə, 216 manat məbləğində rotasion kultivasiya, 152 manat məbləğində baraza, 942,50 manat məbləğində dərman səpini, 1575 manat məbləğində pambığın kombaynla yığımı, 190 manat məbləğində tirə kipləşdirici, 7300 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 2682,34 manat məbləğində gübrə və dərman, 972 manat məbləğində çiyid nəzərə alınmaqla, ümumilikdə, 16068,84 manat məbləğində dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. Bu hal iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktı, ödəniş tapşırıqları ilə təsdiq olunur. Beləliklə müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avans vəsaitini və görülmüş işlərin dəyərini xam-pambıqla ödəməli və borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə iddaçı almalı idi. Lakin cavabdeh müqavilənin şərtlərini lazımınca yerinə yetirməmiş və mövsüm başa çatsa da, 6996,76 manat məbləğində, 8896,52 kq xam pambıq təhvil vermiş, 955 manat məbləğində ödəniş etmiş, qalan borcunu hazırkı dövrə kimi ödəmədiyindən ümumilikdə 8117,08 manat məbləğində ödənilməmiş borcu qalmışdır. xx.xx.2023-cü il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktından da göründüyü kimi tərəflər aralarında həmin aktla müqavilənin icrası ilə bağlı akt tərtib edildiyi tarixə qarşılıqlı hesablaşmalar üzrə üzləşmə aparmış, üzləşmə cavabdeh tərəfindən imzalanmış, cavabdeh tərəfindən 6996,76 manat həcmində subsidiya məbləği ödənilmiş, yekun borc 9072,08 manat müəyyən olunmuşdur. Eyni zamanda iddiaçı cavabdeh tərəfindən 955 manat nəğd ödəniş edildiyini bildirir ki, həmin ödəniş də nəzərə alınmaqla ödənilməli borc ümumilikdə 8117,08 manat təşkil etmişdir. xx.xx.2023-cü il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktı cavabdeh tərəfindən imzalanmışdır. Bu səbəbədən həmin borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı oluğundan təmin edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (8117,08 manat) ödənilməli dövlət rüsumu 101,17 manat təşkil edir. İddiaçı tərəfindən 1,18 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edildiyindən ödənilməmiş qalan 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı onun tərəfindən ödənilmiş 100 manat mediasiya xərcini və 1,18 manat dövlət rüsumunu cavabdehdən tələb etdiyindən həmin məbləğlər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 8117,08 manat borc, 100 manat mediasiya xərci və 1,18 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilməmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-230/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-230/2024
12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver