Məhkəmə qərarları › İş №e-2-2(117)-232/2023

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-232/2023

14.02.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-232/2023 14.02.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, ərizəçi Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs qarşı “fiziki şəxsin dövlət büdcəsinə olan vergi üzrə 1024,12 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1986,84 manat, İşsizlikdən Sığorta Fonduna olan 0,21 manat, İcbari Tibbi Sığorta Fonduna olan 225,07 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AA –*******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: Ərizəçi Bakı şəhəri X1 üzrə Baş İdarəsi Maraqlı şəxs qarşı “fiziki şəxsin dövlət büdcəsinə olan vergi üzrə 1024,12 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1986,84 manat, İşsizlikdən Sığorta Fonduna olan 0,21 manat, İcbari Tibbi Sığorta Fonduna olan 225,07 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AA –*******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, ərizə və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarının 23-cü bəndinə əsasən Hacıqabul rayonu Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasna aiddir. Ərizədən ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Maraqlı şəxs qeydiyyat ünvanı Hacıqabul rayonu, Navahı Ə/D, Navahı kəndidir. Odur ki, ərazi aidiyyəti üzrə hazırki işə Şəki Kommersiya Məhkəməsində baxılmalı olmadığından ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 35.1, 152.1.3,355-5.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Ərizəçi Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs qarşı “fiziki şəxsin dövlət büdcəsinə olan vergi üzrə 1024,12 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1986,84 manat, İşsizlikdən Sığorta Fonduna olan 0,21 manat, İcbari Tibbi Sığorta Fonduna olan 225,07 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AA –*******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar